Azərikimya” İstehsalat Birliyinin akt zalında idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs¬sislərin iştirakı ilə cari ilin avqust ayının 5-dən sentyabr ayının 5-dək – bir ay müddətində Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı əldə olunmuə uğurların, eyni zamanda əməyin mühafizəsi və texniki təhlükəsizilik sahəsində qeydə alınan qayda pozuntularının müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin İçraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qotunması üzrə müavini Vüqar Kərimov açdıqdan sonra, Əməyin mühafizəsi və ekologiya şöbəsinin hesabatı dinlənilmiş, əsaslı təmir zamanı əldə olunan uğurlar və qeydə alınan qayda pozuntularının keçən ilki əsaslı təmirlə müqayisəli şəkildə slaydlar vasitəsilə hesabatı təqdim edilmişdir.
Qeyd olunmuşdur ki, təmir işləri uğurla başa çatdırılsa da, təmir zamanı bir sıra qayda pozuntuları da qeydə alınmışdır. Müşavirədə məruzəətrafı çıxışlar dinlənilmiş, istehsalat rəhbərləri qeyd olunmuş nöqsanların aradan qaldırılması və bir daha təkrarlanmaması üçün həyata keçirilən tədbirlərdən danışmışlar.
Tədbirdə Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı yaxşı işi və nümunəvi davranışı ilə fərqlənən bir qrup kimyaçıya fəxri fərman və pul mükafatı təqdim olunmuşdur.
Sonda “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev müzakirə olunan məsələyə münasibətini bildirərək tövsiyələrini vermiş, təltif olunan kimyaçıları təbrik etmişdir.
Rafiq ODAY,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru,
respublikanın Əməkdar jurnalisti