Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqranomluq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin Gundelik.info-ya bildiriblər ki, bu dərs ilində aqranomluq fakültəsinə 212 nəfər tələbə qəbl olunub. Qəbul olunan tələbələrin 211 nəfəri Dövlət sifarişli, 1 nəfər isə ödənişli təhsil alır. Bu isə ötən illlərlə müqayisədə 4 dəfə çoxdur. Önəmli olan bir də odur ki, qəbul olan tələbələrdən 82 nəfəri qızdır.
Görüş zamanı rektor İbrahim Cəfərov deyib ki, sizin təhsil almağınız üçün universitetdə hər cür şərait yaradılıb. Əsas odur ki, yaradılan şəraitdən səmərəli istifadə edə biləsiniz. Ən vacibi dil biliklərinizi artırmalısınız. İndi istehsalat təcrübələrinin mahiyyəti də tam dəyişib. Tələbə həm nəzəri biliklərini sınaqdan çıxarır, həm də çəkdiyi zəhmətin qarşılığında əmək haqqı alır.
Görüşdə tələbələr çıxış edərək yaradılan şəraitdən razılıq edib, təklif və arzularını səsləndiriblər. Demək yerinə düşər ki, bu gün aqranomluq fakültəsinin 122 tələbəsi yeni istifadəyə verilən taş şəraitli yataqxanada yaşayır