rafiq-oday

Çağdaş Azərbaycan ədəbiyyatının əsas tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin bədii yaradıcılıq fəaliyyətinə dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər və layihələr nəticəsində çağdaş Azərbaycan ədəbi prosesində müsbət dəyişikliklər müşahidə olunur.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin tanıdılması istiqamətində mühüm addımlar atan “Kimyaçılar şəhəri” Sumqayıtda fəaliyyət göstərən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı əsası və bünövrəsi Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi Heydər Əliyev tərəfindən qoyulan “Dövlət gənclər siyasəti” nin prioritet istiqamətlərindən biri də istedadlı yazarlara dəstək olmaqdan ibarət olduğunu nəzərə alaraq, bu istiqamətdə məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirməyə davam etdirir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, yaxın günlərdə AJB Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçiriləcək “Çağdaş Azərbaycan nəsrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycandan üç xanım yazarın nəsr sahəsindəki bədii yaradıcılıq nümunələri dərc olunmaq üçün Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayında dərc olunması nəzərdə tutulub.
Layihənin rəhbəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odaydır.
Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı olacaq.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü