rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

CAVABINI TAPAMMIRAM

“Könül dəftərim” – silsiləsindən

Çəkilibdir ərşə yuxum,
Göy buludlar kədər, ahım.
Sənsizliyim kabus, qorxum.
Kiprik yumub, yatamıram.

Qəm, qüssədir, qəlb düşməni,
Sancıb köksə,dərd qəməni.
Leyli edib sevdan məni,
Ahu-zardan, utanmıram.

Kimlər girdi aramıza?
Duz basdılar yaramıza.
Küsmək bizim haramıza?
Heç ağlımdan atammıram.

Ovsunlayıb hicran bizi,
Eşq tərk edib qəlbimizi.
İtirmişəm yolu, izi,
Vüsalına, çatammıram..

Durub saat, donub zaman,
Ömür deyil,yarsız bir an.
Necə yaşar, sənsiz Dövran?
Cavabını, tapammıram…

BAXMIR GÖZƏLİM

“Qəzəllərim” – silsiləsindən

Necə küsübsə məndən, üzə baxmır gözəlim,
Hicrindən od tutmuşam, közə baxmır gözəlim.

Nə qədər namə yazıb, etmişəm, – dərdi bəyan,
Uyub əğyarə yəqin, bizə baxmır gözəlim.

Çıxiram qarşısına, dayanaq göz- gözə biz,
Süzdürür baxışların, gözə baxmır gözəlim.

Hər sabah əldə kuzə, keçirəm hey qapıdan,
Salmışam neçə cığır, izə baxmır gözəlim.

Bircə “hə” kəlməsiçün, dolannam mən başına,
Neyləsin yazıq Dövran, sözə baxmır gözəlim.