Bu gün Sumqayıt şəhərinin 67 yaşı tamam olur. 22 noyabr 1949-cu ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakının Sumqayıt rayonuna rəsmi şəkildə Sumqayıt şəhəri statusu verilib. Şəhər statusu alarkən Sumqayıtın əhalisinin sayı cəmi 17 200 nəfər idi. Ötən 67 il ərzində Sumqayıt bir şəhər kimi tədricən formalaşmağa başlamış, yeni məhəllələr, mikrorayonlar salınmış və sənaye müəssisələri inşa edilmişdir. Otən dövr ərzində şəhər əhalisinin 20 dəfədən də çox artmasının kökündə də məhz həyata keçirilən bu tikinti işləri dayanır. İnsanlar, əsasən də gənclər respublikamızın bütün rayonlarından axışıb Sumqayıta gəlir, buradakı tikinti və quruculuq işlərində çalışır, sonra da ailə quraraq Sumqayıtı özlərinə tale şəhəri seçirdilər. Buna görə də uzun müddət (elə bu gün də) Sumqayıt “gənclər şəhəri” adlandırılmışdır. SSRİ dövründə əsas kimya müəssisələri burada inşa olunduğundan, sonradan Sumqayıtın adına “kimyaçılar şəhəri” də əlavə olundu.
Şəhərin tikilib-qurulma¬sında, inkişaf etmə¬sində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ona görə də Sumqayıtın adı Ulu öndərin arzularının gerçəkləşdiyi, böyük diqqət və qayğı göstərdiyi şəhər kimi ölkəmizin şanlı tarixinə düşmüşdür. Heydər Əliyevin Azər¬baycana rəhbərlik etməyə başladığı dövrdən Sumqayıt inkişafının yeni mərhə¬ləsinə qədəm qoymuş, mədəni-sosial obyektlərin, məktəb və yaşayış binala¬rı¬nın tikintisi daha sürətlə aparılmağa, maşınqayırma, qara və əlvan metallurgiya, yüngül sənaye, kimya sənayesi yüksək sürətlə inkişaf etməyə, istehsal olunan məhsullar yüzlərlə ünvana göndərilməyə başlamışdı.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Sumqayıtın iqtisadi xəritəsində bir çox yeni, müasir tipli sənaye ob¬yekt¬ləri yer almağa başladı. Şəhərdə tullantısız, müasir texnolo¬giyalar əsasında inşa edilmiş «Azkom¬pozit», «Güntex», «Basf Kaspian» müəssisələri, «Bismak» qida-sənaye kom¬plek¬¬si, “Gilan” tekstil, yeni Elektrik stansiyası, “Sağlam qida” aqrar-sənaye kompleksi və s. istifadəyə verilmiş, «Azərboru»nun istehsalat fəaliy¬yəti bərpa edilmişdir.
Bu gün regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafında, şəhərin, simsınin gozəl¬ləş¬dirilməsində Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalan və bu siyasəti daha geniş miqyasda davam və inkişaf etdirən Prezident İlham Əliyevin müstəsna xidmətlə¬ri vardır. Prezident İlham Əliyevin Sumqayıta mütəmadi səfərləri, hər səfərin də təməl¬qoyma və ya açılış mərasimləri ilə müşayiət olunması bu gün Sumqayıtın regionun ən iri sənaye şəhərlə¬rindən birinə çevrilməsinin əsasını qoymuşdur. Respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafında müstəsna əhəmiyyəti olan Sum¬qayıt Texnologiyalar Parkının istis¬mara verilməsi ölkə¬mizdə elektro¬energetikanın inki¬şafına, onun mövcud potensialının daha da möhkəmlən¬diril¬mə¬sinə, enerji müəssisələ-rinin yenidən qurulma¬sına və müasir¬ləşdirilməsinə geniş imkanlar açmışdır. Sumqayıtda Mis emalı zavodunun, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış yağ fabri¬kinin, kağız və karton istehsalı kombinatının istis¬mara verilməsi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqa¬mətində atılmış yeni, çox vacib addım kimi dəyərləndirilməlidir.
Dövlət başçısının Sumqayıta hər səfəri sumqayıtlıların yaddaşında silinməz izlər buraxmışdır. Bununla belə qeyd etməliyəm ki, 27 sentyabr tarixli səfər digər səfərlərə nisbətdə daha zəngin, daha əlamətdar olmuş, Sumqayıt və sumqayıtlılar üçün yeni bir mərhələnin başlanmasının göstəricisinə çevrilmişdir.
Möhtərəm Prezidentimizin bu tarixi səfərinin detallarına girməzdən öncə, bu səfərə qədərki son bir il ərzində Sumqayıtda həyata keçirilmiş layihələrə diqqət çəkmək istərdim.
Hər kəsə bəllidir ki, möhtərəm Prezidentimizin tapşırığına əsasən Bakı ilə yanaşı respublikamızın bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə respublikamızın ikinci böyük şəhəri sayılan, Bakı standartlarına uyğunlaşdırılması bir prioritet kimi qarşıya qoyulan Sumqayıtda xüsusi diqqətlə yanaşılır. Son bir ildə Sumqayıtın əsas girişindən başlayaraq “Göyərçin” abidəsinə qədər 5,2 kilometrlik Sülh küçəsinin yenidən qurulması, eni 14 metr olan küçənin hərəkət hissəsinin 22 metrə çatdırılması, yeni səkilərin salınması, yolun hər iki tərəfində yağış sularının axıdılması üçün suötürücülərin çəkilməsi, yol boyunca on minlərlə ağac və gül kollarının əkilməsi şəhərə daxil olanlarda ilkin təəssüratın formalaşması baxımından mühüm əhəmiyyət daşıyan bir layihə idi.
Umummilli liderin adını daşıyan parkının genişləndirilmiş şəkildə yenidən qurulması, yeni Heydər Əliyev Mərkəzinin tikintisi, Mərkəzin qarşısındakı meydanda Ulu öndərin əzəmətli abidəsinin ucaldılması, elə bu parkın ərazisində yeni Uşaq İncəsənət Məktəbinin, eyni zamanda gözəl memarlıq üslubunda Şahmat Məktəbinin tikilib istifadəyə verilməsi son bir ildə sumqayıtlılara bəxş olunan töhfələrdəndir.
Sumqayıtda icra olunan, uşaqdan böyüyə hər bir sumqayıtlının sevincinə səbəb olan layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin gözoxşayan tərtibatla yaradılmasıdır. Qeyd edim ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğunda olan bu bulvar kompleksi ümumilikdə 106 hektar ərazini əhatə edir.
Bu tikililərin sumqayıtlılar üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini Prezident İlham Əliyevin açılışlardan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə məmnunluq hissi ilə dilə gətirdiyi fikirlərdən də aydınca görmək olurdu. Ölkə başçısının xoş sözlərini görülmüş işlərə verilən yüksək qiymət olmaqla, bunu həm də bir avans kimi dəyərləndirmək olar. Çünki görülmüş işlərlə bərabər qarşıda hələ görüləcək çox işlər var və bu işlər bu gün də eyni ruh yüksəkliyi ilə davam etdirilir. Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsi, fasadlarının rənglənməsi, liftlərin yenilənməsi işləri davam etdirilir, küçə və xiyabanlar abadlaşdırılır, istirahət güşələri yeni görkəmə salınır. Həmçinin, “Kimyaçı” Mədəniyyət sarayının əsaslı təmiri ilə əlaqədar lazımı qüvvələr səfərbər olunmuş və işin tempi sürətləndirilmişdir. Mədəniyyət sarayı yüksək səviyyədə təmir olunaraq, nəzərdə tutulmuş vaxta kimyaçıların və şəhər sakinlərinin istifadəsinə veriləcəkdir. Həyata keçirilən genişmiqyaslı layihələr, aparılan təmir-bərpa, abadlıq və quruculuq işləri, insanların asudə vaxtlarının səmərəli təşkili, əməkçilərin sosial-rifah halının yaxşılaş¬dırılması baxımından atılan uğurlu addımlar, ekoloji sağlam mühitin yaradılması hər bir sumqayıtlının qəlbini fərəh hissi ilə doldurur və sabaha ümidlərini birə-beş artırır.
Bu gün Sumqayıt şəhərin¬dəki sənaye zonası ərazisində zəruri infrastruk¬tura və idarəetmə sisteminə malik, müasir texno¬logiyaların tətbiqi yolu ilə rəqabətqa¬bi¬liyyətli məhsullar isteh¬salı və xidmətlər göstə¬rilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət daşıyır. Bu parkın ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu kimi müasir istehsal müəssisə-lərinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirmək baxı-mından çox faydalıdır. Alternativ və Bərpa olunan enerjinin alınması məqsədilə tələb olunan qurğu və avadanlıqlar istehsal edən “Azgüntex” zavodu da bu baxımdan xüsusi önəm daşıyır. Zavodda artıq iki istehsal xətti – Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərir.
Həyata keçirilən böyük layıhələrdən biri də Karbamid zavodudur. Ümumi ərazisi 39,27 ha olan zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Hazırda Layihənin təxminən 80%-i icra edilmişdir. Zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaqdır. Zavod gündəlik 1200 metrik ton Ammonyak və 2000 metrik ton karbamid istehsal edəcəkdir. Bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcəkdir. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650-660 min ton) daxili tələbatı (təxminən 150 min ton) ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır.
Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində SOCAR-ın daha iki qurğusu – polipropilen və yüksək sıxlıqlı polietilen zavodları inşa olunur. 2013-cü ildən təsis edilən və Kimya Sənaye Parkının rezidenti statusunu almış SOCAR-Polimer layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Hazırda zavodun tikintisi tam sürətlə aparılır. Polipropilen zavodunun istismara təhvil verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen zavodunun istismara verilməsi isə həmin ilin son rübünə planlaşdırılır. Ən qabaqcıl texnologiyalar əsasında tikilən zavodda istehsal olunan polimer məhsullarının təxminən 30 faizi daxili bazar üçün nəzərdə tutulub ki, bu da ölkə bazarında tələbatın tamamilə təmin edilməsi və bu məhsulların xarici bazardan idxalından asılılığın aradan qaldırılması deməkdir. Bu qurğular üçün tələb olunan propilen və etilen məhsulları “Azərikimya” İB tərəfindən tam şəkildə təmin olunacaqdır. Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının tikintisi tamamlandıqdan sonra, Sumqayıt Kimya Sənaye Parkında ərzaq və qeyri-ərzaq məhsulları üçün elastik qablaşdırmanın, etiket və yapışqan lentinin istehsalı üçün istifadə edilən BYPP lentinin (biaksial yönümlü polipropilen lent) istehsalı zavodunun tikintisinə başlanması planlaşdırılır. Bu, yüksək keyfiyyətli elastik qablaşdırma üçün istifadə edilən ən məşhur materialdır. Layihənin ikinci məqsədi Azərbaycanda plastik emal edən orta və kiçik müəssisələr üçün xammal bazasının yaradılmasıdır. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq.
«Azərikim¬ya» İB-yə gəlincə isə onu deyə bilərəm ki, SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra çətin və mürəkkəb peşə adamları olan kimyaçılarımızın iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əmə¬yi¬nin və sağlamlığının müha-fizəsi, təhlükəsizliklərinin təmin edilməsi sahəsində də ciddi dəyişikliklərə, müsbət dönüşə nail olunmuşdur. Yeni inzibati və məişət binaları tikilib istifadəyə verilməklə əməkcilərin sosial-məişət şəraitində müs¬bət dönüş yaradılmışdır. Kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları son altı ildə 3 dəfə artırılmış, bütün işçilərlə əmək müqaviləsi imzalanmış, tibbi sığorta və fərdi mühafizə vasitələri ilə 100 faiz təmin olunmuşdur.
“Azərikimya” İB-nin 2019-cu ilə qədərki hədəfi SOCAR-ın dəstəyi ilə mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarının tələb olunan miqdarda keyfiyyətli xammalla təmin edilməsi və “EP-300” istehsalatının effektliyinin artırılmasıdır. Bununla əlaqədar bu günlərdə “Azərikimya” İB ilə “TECHNİP İTALY S.p.A.” arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, Birliklə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı-PMC müqaviləsi imzalanmışdır. Həmçinin cari ilin may ayında SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında, həmçinin yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi də imzalanmışdır. Bütün bunlar da imkan verəcək ki, SOCAR-Polimer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa olunan polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarını yüksək keyfiyyətli və lazım olan miqdarda xammalla təmin edə bilək. Qeyd edim ki, bu zavodlar “Azərikimya” İB tərəfindən 150 min ton propilen və 100 min ton etilen məhsulu ilə təmin olunacaqdır. Bu zavodlarda istehsal olunan məhsullar həm xarici bazarlardan asılılığı minimuma endirəcək, həm də bu məhsullar əsasında yeni orta və kiçik müəssisələrin yaradılması mümkün olacaqdır.
Bu gün ölkə başçısının tapşırığı və rəhbərliyi altında görülən işlər nəticəsində Sumqayıt həm bir şəhər, həm də sənaye mərkəzi kimi böyüyür və inkişaf edir. Həyata keçirilən abadlıq və quruculuq işləri bizim gözlərimiz önündə icra olunduğundan əminliklə deyə bilərik ki, bu günə qədər görülmüş və bundan sonra görüləcək işlər nəticəsində Sumqayıt regionda aparıcı sənaye, ələlxüsus da kimya sənayesi mərkəzi olmaqla, ekoloji cəhətdən təmiz və gözəl şəhərlərdən birinə çevriləcəkdir.
Rafiq ODAY,
Əməkdar jurnalist