Sevirəm, mən səni, ey nazlı dilbər,
İnsaf et, gəl sən də gülümsə barı.
Məhəbbət arzusu dilimdə əzbər,
İnsaf et, gəl sən də gülümsə barı.
Sənin camalında qəlbimə mehman,
Sən onu mənə ver dərdimə dərman.
Səninlə üzbəüz gəldiyim zaman,
İnsaf et, gəl sən də gülümsə barı.
Sən çeşmə başına gəldiyin günlər,
Dolanır başına şeyda bülbüllər.
Xoşbəxtdir dünyada deyib-gülənlər,
İnsaf et, gəl sən də gülümsə barı.
Bir belə ahu-zar, günlər içində,
Olar mı sizinlə pünhan dolanmaq?!
Astanı o dilbər yâda salarmı,
İnsaf et, gəl sən də gülümsə barı?!
Astan QASIMOV
Gündəlik Analitik İnformasiya Agentliyinin
Sumqayıt şəhər bürosunun rəhbəri.