11665411_1690704784490598_9087155491968421030_n

Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ulu Dədəm Qorqudun qopuzuyam, diliyəm,
Əyilməz Qazan xanın, qılınc tutan əliyəm,
O qanlı keçmişimin soyumamış külüyəm,
Dəmirqapı Dərbənddə, bir canlı əsərəm mən,
Bu dünyada varam mən.

Beyrəyin sərt baxışı, mənim gözlərimdədir,
Neçə min illiklərin, sözü sözlərimdədir,
Qırğının, qovhaqovun yükü dizlərimdədir,
O nanəcib düşmənin, yolunu kəsərəm mən,
Bu dünyada varam mən.

Güllədən dəlik-dəlik Qalamın divarları,
Qıfılı itkin düşmüş, dərbədər qapıları,
Hələ çox sayacağıq, gəlib gedən Xanları,
Demərəm ki ocağam, ya da ulu pirəm mən,
Bu dünyada varam mən.

Zeynəbəm, söz əhliyəm sözə bağlı insanam,
Əyridə çox uzağam, düzə bağlı insanam,
Sanmayın ki acizəm , gözü bağlı insanam,
Əksinə, deyirəm ki, qız cildində şirəm mən,
Bu dünyada varam mən.