18 may 2019-cu il tarixində saat 15:00-da Azərbaycan Respublikası Təhsil İnstitunun aparıcı elmi işçisi, zərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru şairə Adilə Nəzərinin “Topla məni, İlahi” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək.
Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti