53 Saylı Tam Orta Məktəbin 6 ç sinif şagirdi
Vətən mənim and yerim
Vətən mənim and yerim
Vətən mənim doğma evim.
Vətənə qarşı çıxanlar
İnan düşmənimdir mənim.
Vətən birlik deməkdir!
Hər bir vətəndaşına
Arxa-dayaq deməkdir!
Romanlar yazaq
Bilirəm danışmağı bilirsən
Bilirəm oxumaq istəyirsən.
Ancaq oxumaq üçün gərək
Bütün hərfləri sən öyrənəsən.
A-dan Z-yə qədər əzbər biləsən.
Hərfləri birləşdirib sözlər öyrənək
Sözləri birləşdirib cümlələr quraq
Cümlələri birləşdirib mətnlər yazaq.
Mətnlərdən bəhrələnib romanlar yazaq.
Vətənimin tarixindən, öz keçmişindən
Gözəl təbiətindən əsərlər yazaq.
Azərbaycanın adını daim ucaldaq!
Novruz diləkləri
Arzumdur bu Novruzda
Hər tərəf yaşıllaşsın.
Arzumdur bu Novruzda
Küsülülər barışsın.
Gələn Novruza qədər
Qarabağım qayıtsın.
Arzumdur bu Novruzda
Gerçəkləşsin diləklər.
Sevinsin hər bir uşaq
Qoy döyünsün ürəklər.
Qoy dünyada sülh olsun
Gəlir iyunun biri
Çox sevinir uşaqlar.
Hazırlaşır həvəslə
Qeyd edirlər bayramı.
Onların sevincinə
Böyüklər də sevinir.
Uşaqların üzündə
Bir bayram ovqatı var.
Qoy dünyada sülh olsun
Uşaqlar xoşbəxt olsun.
Varlı, kasıb fərq etməz
Hər kəs bərabər olsun.
Canım atam
Canım atam, qanım atam
Mənim qəhrəman atam.
Bizlərə qayğı göstərdin
Bizi sevdin qorudun.
Bizi bağrına basdın
Daim yanımızda oldun.
Arxa-dayağımız oldun
Mənim qəhrəman atam.
Sən çox düşüncelisin
Bizi hər an sevirsən.
Biz səni çox sevirik
Səninlə fəxr edirik.
Mənbə: http://www.pressaz.az