“Zirvə Tədris Mərkəzi” tərəfindən gerçəkləşdirilən “Zirvəkitab” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Soldan birinci küçə” adlı yeni şeirlər kitabı 116 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatçısı”, “Uğur” ədəbi mükafatı laureatı, gənc şair İntiqam Yaşar, məsləhətçisi isə 279 nömrəli orta məktəbin direktoru Südabə Abdullayevadır.
Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə istedadlı gənc xanım yazar Xəyalə Sevilin “Səni sevdiyimi bilməyəcəksən”, “Bəxtimə çıxan adam”, “Daş”, “Saçlarıma ay qonb” adlı şeirlər kitabları nəşr olunmuşdu.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.