Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin yekun turu keçirilib.
Müsabiqənin yekun turuna 3-ü həvəskar gənc olmaqla, F.Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 saylı Diyarşünaslıq klubunu təmsil edən 8 iştirakçı vəsiqə qazanıb.
İştirakçılar sərbəst vokal aşıq havaları və şah kökdə olan aşıq havası ifa edib.
Ə.Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, Aşıq Avdı Musayev, Aşıq Kəmalə Qubadlı, Aşıq Elməddin Məmmədli, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyevdən ibarət münsiflər heyətinin yekdil qərarı ilə I yerə Hüseynzadə Eldəniz Hafiz oğlu (N.Nərimanov adına mədəniyyət mərkəzi), II yerə Hüseynov Aqil Rasim oğlu (həvəskar gənc), III yerə Məmmədov Mehralı Novruz oğlu (4 saylı Diyarşünaslıq klubu) layiq görülərək fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Müsabiqəyə qatılan Məmmədov Fəqani Teyyub oğlu (həvəskar gənc), Cabbarov Xəqani Teyyub oğlu (4 saylı diyarşünaslıq klubu), Qurbanov Arif Qurban oğlu (N.Nərimanov adına mədəniyyət mərkəzi), Alıyeva Bəyaz Qasım qızı (F.Əmirov adına UMM), Hüseynov Ceyhun Həşim oğlu (həvəskar gənc) həvəsləndirici yerə layiq görülərək fəxri fərmanla tətif olunublar.
Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti
http://sumqayitfakt.az