TƏRCÜMEYİ-HAL
Orxan Zaman (Əlibəyov Orxan Səfər oğlu) 1992-ci il may ayının 23-də Füzuli rayonunda anadan olub.İlk təhsilini Bakı şəhərindəki 260 saylı orta məktəbdə alıb.2009-cu ildə həmin məktəbi bitirib.2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk qələm təcrübələri olan poeziya örnəklərini hələ yeddinci sinifdə ikən yazmışdır.Gənc ədibin ilk şeirləri “Ədəbiyyat naminə”, “525-ci qəzet”, “Bizim söz”, “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində, “Davamçılar” adlı uşaq antologiyasında, müxtəlif ədəbiyyat portallarında işıq üzü görüb.
2010-cu illərində Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Kitab aləmi” Nşəriyyat Poliqrafiya Mərkəzi tərəfindən “Sevgi sonatası” adlı ilk şeirlər kitabı işıq üzü gördü.Müəllifin ilk kitabı oxucular tərəfindən yüksək qarşılandı.Hal-hazırda “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
Yeriyirəm,
Bom-boş küçələrin qaranlığında…
Aram-aram,
Yağır buz yağışı.
Həm də necə
Elə bil bu damlalar mənə pıçıldayır:
“O, dönəcək, o gələcək”.
Küçənin boş qalmış səkilərində
Özümü dənizdən uzaqda qalmış
balıqçı sanıram.
Qorxuram,
Səni təkliyimdə itirib tapmaqdan.
Səkinin işıq dirəklərindən süzülən
sarı rəngli işığın parıltısında,
Sənin qayğılı üzünü görürəm.
Əllərimi işığa uzadıram,
Sənə toxuna bilmirəm.
Bəlkə sənsən deyə baxıram
Baxdıqca uzanan bu boşluqlara…
Amma sən deyilsən.
Hər küçədə, hər tində səni görürəm,
Amma bilirəm ki, bu küçələr kimi
mənim də ürəyim boşdur.
Və bilirəm nə yazıq ki,
Bu kimsəsiz küçələri, nə də
mənim içimdəki boşluğu dolduracaq
bir kimsə yoxdu…
***
Qaranlıq gecə…
Üç şey:
Ay, sən, xəyyallar,
Şirin-şirin duyğular.
Qapıda qışın qarı,
Ürəkdə hərarətin,
Nələr söyləyir mənə,
Sənsiz yaşamaq çətin.