Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Heydər Əliyev Mərkəzində görüşü
İyul ayının 9-da Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Qaradağ rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə qrant müsabiqəsi ilə əlaqədar olaraq, tədbir düzənləndi.Tədbirdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Qaradağ rayonu Gənclər və İdman İdarəsinin Nümayəndələri, Lökbatan, Sahil, Qızıldaş, Buta qəsəbələrində yaşayan gənclər-gənc yazarlar və gənc idmançılar yaxından iştirak etdilər.Həmin tədbir saat 15:00-da Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutdu.Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Abbasov açdı.Elçin Abbasov ilk növbədə təbdir iştirakçılarını salamladı və dəvətlərini qəbul edib gəldiklərinə görə hər bir iştirakçıya öz dərin minnətdarlığını bildirdi.Sonra sözünün davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün imzaladığı sərəncamlardan danışdı.Öz çıxışını başa vurandan sonra isə gəncləri maraqlandıran sualları cavablandırmaq üçün sözü Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Vüsalə xanıma verdi.Vüsalə xanım da öz növbəsində tədbir iştirakçılarını salamlayıb təmsilçisi olduğu Gənclər Fondu haqqında iştirakçıları bilgiləndirdi.Sonra gənclərin suallarını cavabladı və layihələri haqqında olan bilgiləri dinlədi.Tədbirin sonunda isə Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Abbasov iştirakçılara uğurlar arzuladı.