Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı və ədibin ev-muzeyinin təşkilatçılığı ilə gorkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda ədibin məzarı ziyarət edildi.
Tədbirdə kitabxananın və Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları, kitabxananın fəal oxucuları, ədibin ailə üzvləri iştirak etdilər. Anım tədbirində ev-muzeyinin direktoru Ülkər Talıbzadə və böyük elmi işçi Arzu Hacıyeva çıxış edərək ədibin yaradıcılığından, ictimai fəaliyyətindən danışdılar. Bildirildi ki, ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işlərilə də məşğul olmuşdur.
Sonda Abdulla Şaiq adına kitabxana filialında təşkil olunmuş sərgiyə baxış keçirildi.