Bu günlərdə yazıçı-publisist İradə Aytel özünün yutub kanalında yeni bir layihə reallaşdırdı. Layihə sosial təcrid günlərində valideynlərə dəstək xarakteri daşıyır və azyaşlı uşaqlar üçün nəzətdə tutulmuş videoroliklərlə yayınlanır. “Salam, azyaşlı uşaqların valideynləri. Sosial təcrid günlərində məhz sizə dayaq olmaq üçün yutub kanalımda hər gün videolarımı yerləşdirəcəm. Məqsədim uşaqların vaxtını səmərəli keçirmək və maarifləndirməkdir. Baxın, dinləyin, bəyənsəniz abunə olaraq növbəti buraxılışlardan da xəbərdar olun və estafeti balacalara verin. Burada hər gün yeni nağıllar da olacaq. Nağıllar uşaqların heç yerdə eşitmədiyi nağıllardır, xarici saytlardan özüm tərcümə edirəm”, deyərək, valideynlərə səslənən müəllif gündəlik yayınlanacaq “BağçaTV”-nin bu layihəsində məktəbəqədər uşaqları, əsasən də xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqları Azərbaycanın əlifbası, Dövlət atributları, tarixi günləri, coğrafiyası, ədəbiyyatı, musiqisi ilə tanış edəcəyini anons edir.
İlk günlərdən böyük marağa səbəb olan layihənin uğur qazanacağına ümid edirik.