ŞƏRƏFLİ ÖMÜR

Bu dəfə müsahibim Pirallahı rayonunun sakini 186 saylı orta məktəbin Tarix müəllimi Hüseynov Yaqub Əli oğludur.Əziz oxucularım, Yaqub müəllimin həyatına səyahət etsək, görərik ki, bu şərəfli ömrü layiqincə yaşamağı bacarmışdı.
Yaqub müəllim 1953-cü ildə Gürcüstan Respublikasının Dmanisi (keçmiş Başkeçid) rayonunun Aşağı Qarabulaq kəndində anadan olub.1959-cu ildə həmin məktəbdə birinci sinfə daxil olub.1969-cu ildə orta məktəbi qonşu Kirovski kəndində bitirmişdir.1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olub.Həmin ildən keçmiş Başkeçid kəndində Tarix müəllimi kimi çalışır.1973-1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.1975-ci ildən həmin məktəbdə yenidən Tarix müəllimi kimi pedaqoji fəalliyətini davam etdirmişdir.Yaqub müəllimin atası da müəllim olduğuna görə, müəllimlik həvəsi ona atasından keçmişdir.Hüseynov deyir ki, hər bir sənət özünə görə layiqli və şərəflidir.Hamı kimi,Yaqub müəllimin də özünə məxsus ailəsi, vətənə layiqli qürurlu övladları var.Müəllimin həyat yoldaşı Göyçək müəllimə Azərbaycan Dillər Universitetini bitirib.Hal-hazırda Pirallahı rayonunda 243 saylı orta məktəbdə müəllim işləyir.Dörd övladı, yeddi nəvəsi var.Böyük qızı Hüseynova Nazilə ailəlidir.İki övladı var.İkinci övladı Hüseynov Famil anasının çalışdığı orta məktəbdə Tarix müəllimi işləyərək atasının sənətini davam etdirir.Familin həyat yoldaşı Günel müəllimə də həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.Üçüncü övladı Hüseynova Naibə 235 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir.Dördüncü övladı Hüseynov Xəqani Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.Həmin sahə üzrə mühəndis işləyir.
Xəqaninin həyat yoldaşı Natəvan xanım Pirallahı rayonu 10 saylı Birləşmiş rayon Xəstəxanasının sakinlərinin sağlamlığının keşiyində duraraq həkim işləyir.Yaqub müəllim 40 ildən artıqdır ki, müəllim işləyir.Ömrünün iki ilini Pirallahı rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdlərinə həsr edib.1990-cı ilin yanvar ayından yaşayış yerini dəyişdiyinə görə bu rayonda çalışır.Dərs verdiyi şagirlər müxtəlif peşənin sahibləridirlər.Yaqub müəllim onların hər biri ilə ayrı-ayrılıqda fəxr edir.
Hamımızın bildiyi kimi, bu yaxınlarda Yaqub müəllimin 60 yaşı tamam olur.Altmış illik yubiley münasibəti ilə müəllim heyəti onu təbrik edir, ona bundan sonrakı işlərində müvəffəqiyyətlər arzulayır.Bu təbrikə “İlham çeşməsi” qəzetinin müxbiri mən Salatın Sabir qızı qoşulur, ona zambaq kimi şux qamət, qızılgül kimi ətirli günlər, günəş kimi parlaq ömür yolu arzu edir.Yaqub müəllimə yazdığım “Müəllim” şeirimi oxuculara çatdırıram:

MÜƏLLİM

Hər şeydən şirindir adı dünyada,
İncə bir şərəfdi, sözdü müəllim.
Böyük ziya verdi bizə müəllim,
Hər çətin anlara dözdü müəllim.

El-oba düşəndə dara-çətinə,
Heç nədən qorxmadı yenə müəllim.
Qəddini əymədi düşsə çətinə,
Başını dik tutub gəzdi müəllim.

Uymadı heç kəsə şərəfli müəllim,
Ziyasın payladı bizə müəllim,
Salatın, unutma həyatdı müəllim,
Bilikdi, zəkadı, şərəfdi müəllim.

/p