Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.
Demirəm ki, əhdinə düz,
Bircə mənəm bu dünyada.
Ancaq özgə təravətli,
Bir çəmənəm bu dünyada.
Düşmüşəm haqq sorağına,
Şöləyəm el çırağına,
Haqsızlığın ayağına,
Çətin enəm bu dünyada.
Demə, bu mənəmlik nədir,
Nəcibənin düzdü vədi,
Haqq adında bir əbədi,
Ömür-günəm, bu dünyada.