YOX İMİŞ…
Qavalı neynirəm, dəfi neynirəm
İçimdə inləyən saz havası var.
Sırası pozulmuş səfi demirəm,
Qərib durnaların öz cəfası var.
Dinər könlümdəki yaralı nəğmə,
Susar göy üzünün “kişnəyən atı”.
Qəmim qol qaldırıb oynayan nəğmə,
Sevdamın dərd adlı toyu- büsatı.
Boşuna aşmışam o gədikləri,
Dağın o tayı da boş ümid imiş.
Elə nağıl imiş söylədikləri,
Vətəndən savayı cənnət yox imiş…
Sevinc Qərib