GƏL

Səni ruhumdu axtaran,
Qanı yoxdu, canı yoxdu.
Yanında görməzlər onu,
Heç kimə ziyanı yoxdu.

Dərdindən çıx qırağa, gəl,
Bir özündən uzağa gəl.
Mənə çəkdiyin dağa gəl
Gəl, qorxma dumanı yoxdu.

Hardasa gül açıb bahar,
Hardasa örtüb yolu qar.
Nə bilim qarşıda nə var,
Ömrün yol nişanı yoxdu.

Elşən Əzim