SƏADƏT ASƏF


DÜŞÜNCƏ
Sinəmdə ürəyim qəmlə döyünür,
Gündüz örpəyini çəkir kölgəyə.
Qaranlıq çökəndə gecə öyünür,
Dərdlidir düşüncəm sözlü ölkəmdə.

Mənə nəğmə deyir,mənə yaz deyir,
A gülüm ağlama təbiət kimi.
Hər görünən işıltı gur işıq deyil,
Sızlama dağlarda dumanlar kimi.

Qəmli fikirlərim düzülür yola,
Asılır könlümün səadət səsindən.
Nə ola sevincim daimi ola,
Ruhuma ruh qata öz nəfəsindən.

Elə şeir deyə,elə naz edə,
Dinləyib sakitcə qulaq asam mən.
Kövrələ sevimli hissim ,düşüncəm,
İtə dərdlərimdən olan duman ,çən.

Səadət ruhumun öz izi ola,
Saflığı geyinə zirvə qarından.
Pıçıltı zəng edə vaxt yollarından,
Gələn zamanımın dolayarından.