Aşkın bazarında canlar satılır,
satıram canımı-alanı olmur…
MÖVLANƏ

Mövlam,beh-bazara bələdəm mən də,
desən: “Can şöhrətdi,şandı!”–alarlar,
bazarla canını ismət gedəndə,
görsələr-imanın yandı–alarlar.

Dünya çox dyişib–bəlkə bilmisən?
səsin var içimdə–bəlkə gəlmisən?
nədir şair canı hürə bilməsən?
hürsək,deyərlər: “Bax,qandı!!”–alarlar.

Dersən: “Nə məclisdir bu vurhavurda,
millət nə haldadır,sən nə tavırda!?”
boş ver…şairlərdir,Şah Sarayında–
məthə ad,mükafat,sandı–alarlar.

Hələ bu ölkədə qızğın ziyadə,!
çox adam boş qoyub ağzın ziyadə,
qururğan,bərkgedən,azğın ziyadə!!
qızsa da,köpüyün,sondu,alarlar!

Duyuram,çəkdiyin cəfa nəyimiş,
“Viranə”-dediyin dünya nəyimiş!
bizlərə tarix də biganəyimiş,
getsə də torpaqlar-qandı,alarlar!

Tüküsün yazaram “Qan alanların”,
bu Yurdu göylərə qaldıranların,
baxma ədasına “Can alanların”,
nazlana,nazlana…candı,alarlar!

18.06.2001.”Səninlə” kitabımdan