Bəstəkarı Ramiz Mirişli
İfaçı Azər Zeynallı
Qulağa qurğuşun,sizlərdən uzaq;
bu körpə yollardan çəkməz gözünü,
gah için çəkərək,gah udqunaraq
baldan şirin deyər Ana sözünü.
Hardasan,qeyb olmuş qəlbi daş kimi?-
körpən hər kölgəyə,səsə aldanır,
“Uşaq evlərində” südlü aş kimi
laylalar hər kəsə eyni paylanır.
Qapısı bağlanar çox səadətin,
insan öz bəxtinə ağılar deyər,
“Körpələr evində” –analı yetim,
anası ölmüşə qibtə eləyər!
Silməklə qurumaz bu göz yaşları,
İlahim,insafı pay göndərəydin,
Allahım,nolardı–“atılmışları”
Sənə yalvarana övlad verəydin.
Qulağa qurğuşun,sizlərdən uzaq…