O obalar Vətnimin Qərbidir,
viran qaldı nə bağcalar,nə bağlar!!
yerlər var ki,”Ağrı” qədər qəlbidir,
bilin,”Ərmən dağlarıdır” o Dağlar!
Bəxtimizə didərginlik yazıldı,
aramızda dərin yarğan qazıldı,
qaraldılmış çıraqlarda sızıltı–
qarı düşmən dağlarıdı o dağlar.
Rahat olmaz həsrətinnən ölənlər,
unutmadı körpəikən gələnlər,
laylalarla anlatsınlar gəlinlər:
“Azərbaycan dağlarıdı o Dağlar!!”
O başında Ələsgərin məzarı,
bu tərəfdə Qazax ilə hasarı,
Dərələyəz–gülüstanı,gülzarı,
indi görsən–tikanlar da od ağlar!
İç-içəydi Dərələyəz–Şərurla,
boy atardıq,böyüyərdik qürurla
bada getdi bir şərəfsiz Qərarla–
ömrün qızıl çağlarıydı o çağlar!
Yağı düşmən,bu dünyaya bələdəm;
öləcəksən öz qurduğun tələdə!
ağlayıram tüstüsünə həl də,
söndürülmüş ocaqlardı o Dağlar.
Doğma ocaq,qurban olum tüstünə,
vallah,elə atılardım üstünə,
məni yenə sıxmaq üçün köksünə,
nisgil dolu qucaqlardı o Dağlar.
İnanıram,qayıdarıq gün gələr,
daşlar coşar,silklənər dərələr,
Vahid ƏZİZ,məndən başqa kim bilər
sənsiş necə qan ağladı o Dağlar…
11.03.2019.