Hər kəsin taleyi öz əlindədir,
Bunu xatırlayaq gərək biz müdam.
Özü yaradandır, özü qurandır,
Bu həyatda hər bir işgüzar adam.
Köməyi hər zaman ondan umursan,
Deyirsən, qadirdir, vahiddir, təkdir.
Gözləmə ki, sənin əyri işini,
Gəlib fələk özü düzəldəcəkdir.
Yaxşı işimizlə düzəlir bizim,
Olan səhvimiz də, “günahımız” da.
Daha fələklərdən kömək ummuruq,
Bəndəmiz də bizik, allahımız da…
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur