Buraxma fürsəti, buraxma əldən,
Göydə qərar tutub, yerdə tapılmaz.
Harayla, harayın qalar içində,
Xeyirdə görünüb, şərdə tapılmaz.
Nə çiçəkdən soruş, nə otdan soruş,
Nə suadn xəbər al, nə oddan soruş,
Nə yardan, yoldaşdan, nə yaddan soruş,
Namərdə səs verib, mərdə tapılmaz.
Ömür səfərini bitirmə vaxtsız,
Karvanı mənzilə yetirmə vaxtsız,
Hüseyn ARİFİ itirmə vaxtsız,
O elə şairdi, bir də tapılmaz.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur