Sən-gülsən,həyat-çəmən-
Çiçək aç mənə tərəf,
Elə bil bu dünyada təkcə
sənsən birdə mən-
Yaxınlaş mənə tərəf.
Duymaqdayam qəlbini,
Duyuban sevdim səni,
Anlatmaqçün sevgini-
Dağlar aş mənə tərəf.
Yadlaşmaram heç vədə,
Vəfalıyam sözümdə,
Hamı sino getsə də-
Uzaqlaş,mənə tərəf.
Saçımda yel də olsan,
Dən tutmuş tel də olsan,
Yağmurlu sel də olsan-
Çağla,daş mənə tərəf!
İnan,gülüm,mənə sən;
Ömrümdə bir dənəsən,
İstəməzdim dönəsən
Nailac,mənə tərəf…