Yanırsa-canda nə var?
Donursa-qanda nə var?
Gözün-gözümdə olsun,
Gülüm,o yanda nə var?
Səhərin üzü bozdu,
Köz sönüb,üstü tozdu,
Münəccim yuxu yozdu;
demədi-sonda nə var?
Şimşəksiz yağmaq olmur,
Canı yamamaq olmur,
Cəhrəni yorma,gülüm,
Hər ipdən yumaq olmur,
Hər ipdən yumaq olmur,
Hər qərdi duymaq olmur,
Canım,səndə nə var ki-
həyatdan doymaq olmur?