Bənzəməzsən bu gülüstanda ,gülüm , tər süsənə,
Səni tay bilməmişəm laləyə , həm yasəmənə.
Mürğ-dil qönçeyi-xəndanını gördükdə, həmən,
Bağ-gülzarını tərk eyləyərək qondu sənə.
Səndə kim, rayihənin misl-bərabəri hanı ?
Müşk-ənbər yerinə dəvət olundun Vətənə.
Eşqi cürət biləni sanma fəqir əhli , nola ,
Aşiq olmazmı görən göz bu əvəzsiz həsənə ?!
Könlümün istəyi səndən ötəri çıxsa yola,
Bir şərəf vermiş olar hər ləpirim çöl-çəmənə.
Nur ilə pöhrələnirkən, ucalırkən , tələsib ,
Ruhumu gəl al apar , vermə bu torpaq bədənə.
Qoyma Agahı vüsalından uzaq, vəslə yetiş,
Ey gözəllər gözəli, eylə mənimçün həsənə.
Rəfail Agah Xaçmazlı