Mandaloriyalı” filminin Qroqu personajının məşhur “Qremlinlər”dəki Gizmodan oğurlandığı bildirilib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Qremlinlər” filminin yaradıcısı Co Dante balaca Yoda adlandırılan “Mandaloriyalı” ekran əsərinin qəhrəmanı Qroqunun “Qremlinlər”dəki baş qəhrəman Gizmonun tam oxşarı olduğunu deyib: “Düşünürəm ki, bu qəbildən olan filmlər davamlı baxımlılığına görə mahiyyətcə balaca uşağı xatırladan Gizmo obrazına borcludurlar”, – deyə rejissor bildirib.

Qeyd edək ki, qeyri-adi qabiliyyətlərə, iri gözlərə və ifadəli qulaqlara malik iki balaca məxluqun həqiqətən çox oxşar görünməsinə baxmayaraq C.Dantenin bu iddiaları cavabsız qalıb.

Mənbə: https://azertag.az