Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini 

Mənimçün darıxıb ,dönəsi olsan
Səssiz incikliyi soyunub yey gəl.
Üşü mənsizliyin qaranlığında
Boynuna açdığım qucağı gey, gəl.

Hicran dağlarına ələnər dolu.
Bixəbər dolaşıb, itirmə yolu.
Sağını unutsan, xatırla solu.
Sevgi dostluğuma yenilsin hey, gəl.

Sevdiyin saçımı yola dəli yel,
Bu hüzn qadına biraz bağla bel.
Çöhrəmə sancdığın sevinci tel-tel
Doldur bir qədəhə, əlində mey gəl.

Tökülsün saçlarım,sınsın dizlərim
Səhvini aparsın, mənim düzlərim
Naxoş ürəyimdən çıxan sözlərim
Olsun ürəyinə bir qəmli ney, gəl.