
“Adiloğlu” nəşriyyatı tərəfindən İSMAYIL QƏZƏNFƏR OĞLU MƏCİDLİ ilə İLYAS ƏZİM OĞLU ƏZİMOVun həmmüəllifi olduğu “ƏSƏRLƏRİNDƏ YAŞAYAN SƏNƏTKAR” kitabı işıq üzü görüb. Kitabın redaktoru Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan Bölməsinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, jurnalist Allahverdi Təkləlidir.
Kitabda Gürcüstanın Qardabani (Qarayazı) rayonunda anadan olmuş, Tbilisi Moisey Toidze adına Rəssamlıq məktəbinin məzunu, Tarıyel Həsən oğlu Əliyevin sirlər, möcüzələr və kəramətlərlə dolu olan əsrarəngsiz sənət inciləri əks etdirilmişdir.
Tarıyel bu gün dövlətimiz tərəfindən tanınıb öz layiqli qiymətini almasa da, həyatda yaşamasa da, yaratdığı sənət əsərləri ilə tamaşaçılarının ürəklərində özünə ölməzlik, əbədi yaşarlıq qazanmışdır.
Kitabın ölməz sənətkarın tanıdılmasında böyük rolunu nəzərə alaraq, onun oxucular tərəfindən rəğbətlə qarşılanacağına əminik.