Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi yeni loqosunun təqdimatını edib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş loqonu Mərkəzin rəhbəri Orxan Sadıqov təqdim edib. Tərkibində alov, sünbül, nar və xarıbülbül simvollarından istifadə edildiyini bildirən Mərkəzin rəhbəri bu rəmzlərin mənalarını da açıqlayıb: “Zərdüşt peyğəmbərin bu coğrafiyada yaşaması odpərəstliyi önəmli edib. Bu baxımdan loqoda alov yer alıb. Eyni zamanda, xarıbülbül də Qələbənin rəmzidir, ona görə də simvolda bu güldən də istifadə edilib. Nara gəldikdə isə bu, bütün Azərbaycanı özündə birləşdirən bir rəmzdir. Sünbül isə Şirvanşahlar və digər dövlətlərin gerbində olub və bu, tərəqqini, həmçinin bolluğu özündə birləşdirir”, -deyə O.Sadıqov qeyd edib.
Eyni zamanda, Mərkəzin internet səhifəsinin də hazırlanaraq tezliklə təqdim ediləcəyi vurğulanıb.