Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Mən bir alov parçası, fövqəl bir fəlakətəm.
Ürəyimdə yanardağ,göz yatağım şəlalə.
Qayğılardan yonulmuş ömürlük xəsarətəm.
Doğmalarım didərgin, xəyallarım sülalə.
Mən pisliyi bilmərəm, hər pislik məni tapar.
Yastığımın boynuna ahdan qırış çəkərəm.
Qulağım guruldayar, yatağım qıcırdayar.
Sən ağlımdan keçərsən..
Bir gün yuxum çin olar, mən köksünə köçərəm.
Uşaq ağlım inanar, yolu şişə çəkərəm…
Şabalıdı gözümü çəkmərəm gözlərindən!
Ləbin astanasında nəfəsimdən köçərəm.
Təbii! Fəlakətəm..
Təbii fəlakətəm!
Bu fəlakət ruhuma ürəyim bəhanədir.
Dərdim xanə-xanədi.
Bülbülün yuvasında məskən salmış bayquş tək,
üzümdə görürsənmi çatlamış piyaləmi?!
Gözümdəki parıltı üzündən nişanədir.
Aynalar məni anlar..
Cəlladım, sən də anla!
Sənin axirətində yanmaq da şəhanədir.