Teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.

Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib

Mənbə: https://azertag.az/