Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Səhərdən axşama nağıl çapardı
Ayağı dəmirdən -taxta atımız..
Arabir gözümü yol aparardı
Xəyala boğardı -divar qatımız.
Hərdən qanadlanıb aylı gecədən
qığılcım saçardı həsrət -gözümə.
Arabir düşərdim atdan, keçədən
Gözümdən qaçardı şərbət -üzümə..
İçində kəpənək boğulur -deyə
gözüm zillənərdi qara sandığa.
Arabir ağlımda cavabsız: -‘niyə?
qürub dönə bilmir o uşaqlığa’.
Bir evi yuvaya nə çevirərmiş…
Sonralar öyrəndim, gülüstanını.
Arabir sığal da dərd devirərmiş,
Cənnətə çevirib zimistanını.
Gövdəmin ən sağlam yerindən kəsib
Keçmişi indiyə calaq edirəm…
Arabir taxtanın yaşını əzib
Bir gün yandırmağa qalaq edirəm..