Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Hörmət elə qəhərindən yanmışa
Nəfəsinə könül səsim qarışa.
Dodağından can evinə qaçmışa
Üfür neyi, nəfəsinə bax elə..
Cümlə cahan sevda ilə dolanda
Qısqanclıqdan ağ bənizin solanda
Eşq zənciri qor atəşə qalanda
İnci kimi boğazına tax elə..
Uzaq dayan eldən, burax davasın,
Bulandırma nəm cənubun havasın,
Sözünün yox, sən özünün mənasın
Ürəyimə mismar kimi çax elə..
Qızıl qalsa yerdə əsla paslanmaz,
Göz yaşından ürək yanar, islanmaz,
Yar dönəndə yaramızdan iz qalmaz.
Kölgəsində bəyan olar ağ elə..
13.04.2023