Buludlar da at kimi  kişnəsəydi,

Göy geyib qanlı dağa 

düşsəydi.

Tövləbaşı qışqırsaydı 

Yasavul, qaravul…

O da köməyə gəlsəydi,

Olardım ona qurban. 

Bir iydə çiçəyi köynəkdən çıxınca 

Gör neçe fesil görür,

Qorxurmu, qorxur.

Bir körpə də qorxar,

Bu vəhşət səslərindən 

Daha yolçu yolunda olsun deməz

Daha yol qalmaz ona.

Bir libas ki, bu dünyada qan izi 

Kim deyir ki,

Bir yoxsulluq, bir ayrılıq, ən pisi!

O, yalandı inanma, hər şeyə bir çarə var. 

Yerin tərkindəki, ölüm ayaqlanıbdı 

Əsl müsibət budur. 

O kamal dünyalı saf-çürük insan 

Arif olana da söz qandirmasa,

Qamçı çəksən, at yaylanmaz yerindən. 

O yerdəki  insan başı,

insan qanı qatdam-qatdam…

Və od tutub yanırsan, ürəyin qubar-qubar.

2023-cü il, oktyabr.

Mənbə: https://edebiyyat.az/