Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Mədəniyyət Nazirliyinin kollektivi Bakıdakı “Ana harayı” abidəsini ziyarət edib.
Qurum rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Mənbə: https://culture.gov.az/