
Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçi ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir! Ən qısa zaman kəsiyində minlərlə insanın həyatını yaxşılığa doğru dəyişməyi bacaran, Müəllim və müdavimlərə, abituriyentlərə təmənnasız olaraq dəstək olan, Ən şərəfli peşənin nümayəndəsi-MÜƏLLİM olduğunuz üçün Sizinlə qürur duyuram, fəxr edirəm. Nə yaxşı ki, varsınız! Uca Allah Sizi qorusun! Allah güc versin!🤲
Ay Aqil müəllim!
Sevimli müəllimim Aqil Əliyev üçün
Yazmadım bir şeir qalsın izimçün,
Bulmadım dərman da mən də dizimçün,
Görən, dəyişərmi hökmün bizimçün,
Yenə də kainat, ay Aqil müəllim?!
Şairin gözünə xəzəl göründü,
Aşığın sazında qəzəl göründü,
Bu həyat dünyadan gözəl göründü,
Yaxşı ki, var həyat, ay Aqil müəllim!
YAĞMUR da, İNCİ də güldü*, çiçəkdi,
Sinədə döyünən böyük ürəkdi,
De nəyə gərəkdi, nəyə gərəkdi,
Bu qədər zarafat, ay Aqil müəllim?!
Dərin hörmət və ehtiramla,
Kənan Aydınoğlu,
Bakı şəhəri. 13 noyabr 2024-cü il.
*gülmək mənasında işlənib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi.