
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
İçimdə bir ümid var- hardan baxsam üzsüzdür.
Sənə çıxan yollarda istiqamət dümdüzdür.
Gecələrim gündüzdür.
Unudurdum az qala- insanmışam, daş deyil.
İçindəki sevgiyə gözlərim sirdaş deyil?!
Eşq – gözlərdə “yaş” deyil?!
Sən Tanrının cibindən mənə düşən siftəsən
Sən nə gözəl şükürsən? Xatırlanmaq istəsən,
-mənim gözüm üstəsən!
Dünyanın sevinci su ,dərdi balıq olaydı..
Sənin su dənizinin tək balığı olaydım,
İçib səndən doyaydım.
Bu yolu tapdın, bildin -“yol sevginin yoludur” .
Sarılmaq ev yoludur,bizə gedən yol odur.
Sevgi necə uludur.
Ümidimin dibi də, Tanrıların cibi də,
Sarılmağa qucaq da, dənizlərin dibi də.
Daha sənin əlində.
İçimdə bir ümid var- hardan baxsan üzsüzdür.
Sənə çatan döngədən istiqamət dümdüzdür.
Bundan sonra gündüzdür.
Bir cavab yazın