
Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
İlan tək qıvrılıb yatıb,
Gözləyir qınında ölüm
Hamıdan uzaq dayanıb,
Hamının yanında ölüm
Ölüm də ölür vaxt olur,
Xoşbaxt olur, bədbaxt olur,
Vaxt olur tərki – taxt olur,
Boğulur qanında ölüm
Bilmirik , harda gizlənir,
Səs çıxarmır, gəlmir hənir,
Qabağına diyirlənir,
Ən yaxşı anında ölüm
Qorxudu içində hər kəsin,
Son anda duyuruq səsin,
Gizlənibdi Axilessin,
Min il dabanında ölüm