Mən səni gözümdə çox böyütmüşəm.
Mən səni bir günlük sevsəydim əgər
qəlbimdə hisslərim ölüb gedərdi
insanıq kimisi sevməz sevilər
sənin məhəbbətin bax bu qədərdi.
İndi nəs desəmdə nə söyləsəmdə
nə sən dəyişəcən nə mən sevəcəm
sevgimin dərdindəm hər gün ölsəmdə
daha mən geriyə dönməyəcəyəm.
Alçalıb yaşamaq ömür gün deyil
mən səni sevirdim sən anlamadın
çalışdım qəlbimdə sənə yer verim
sənsə bu sevgiyə layiq olmadın.
Mən bu günə kimi çox söz demişəm
artıq yorulubdur yazan əllərim
arxanda sevgimçün çox əyilmişəm
daha sevmir deyir sənə ürəyim.
Mən səni gözümdə çox böyütmüşəm
bəlkə də cəhd edib alışacağam
artıq yorulmuşam çox dəyişmişəm
bu bir qismət imiş mən barışmışam.
Daha gərək yoxdur artıq sözlərə
ürəyim əmindir sevmədin məni
alışdın sadəcə mənim səsimə
indisə bəhanı qaçırır səni.
Fidan çox sevibdi səni ürəkdən
çətinki bir daha sevgiyə dönə
gedirəm sevdiyim o xoş diləkdən
sadəcə əlvida deyirəm sənə….
Çoxdandır yazmağa əlim gəlmirdi
Çoxdandır yazmağa əlim gəlmirdi
indi ürəyimdən bir sətir keçir
onu sevdiyimi axı görmürdü
sonunda qəlbimə söylədim bitir.
Nəyə lazım axı yalançı sevda
onu məcbur tutub saxlayanmazsan
sevmirsə ən azı özü yoxsada
sən özün dürüst qal insanlığında.
Nə üzül nə ağla nə də ki pis ol
gedəni halıyla başbaşa burax
bir gün peşman olub anladığında
əmin ol o özü tez qayıdacaq.
Əgər ürəyini yorğun salarsan
bir daha güvənin olmaz heç kəsə
bitirsə yenidən birdə başlarsan
son sözüm neyləyim daha nəyisə………………………..