1420096_539588196125935_356646828_n

Müəllifləri Rasim Nəbioğlu və Müşfiq Cabiroğlu olan “Vüqar Əhmədin yaradıcılıq yolu” kitabı 2013-cü ildə “MBM” nəşriyyatında 384 səhifə olmaqla, 500 tirajla nəşr olunub.Ön sözün müəllifi ilahiyyat elmləri doktoru, professor, akademik Vasim Məmmədəliyev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlı, rəyçilər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli, Azərbaycan Milli Konservatoriyasının professoru Rafiq Musazadədir.
“Vüqar Əhmədin yaradıcılıq yolu” monoqrafiyasi görkəmli şair, yazıçı, alim, tənqidçi, publisist, musiqişünas, dramaturq, tərcüməçi və pedaqoqun 50 illik ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur.Monoqrafiya müəllifləri respublikada və xaricdə geniş tanınan Vüqar Əhmədin ədəbi-bədii və elmi-pedaqoji yaradıcılığını ətraflı təhlil və tədqiq etmişlər.
Bu kitab ilk növbədə gənclərə ünvanlanmışdır.Daha sonra elm, tədris müəssisələrinin, mədəni-maarif ocaqlarının tələbələri və əməkdaşları, həmçinin magistr, dissertant, doktorantlar, habelə, kütləvi oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.