Ekspert rəyim…
AYB-nin qarşıdan gələn qurultayı ərəfəsində Yazıçılar Birliyinin strukturunda yeniləşmə, kreativ islahatlara çoxdan başlanılıb. Yaradılan saytlar, elektron kitabxana, AYB Gənclər Şurasının yeni tərkibi, ədəbiyyatın müxtəlif istiqamətlərinə hıəsr olunmuş kulturoloji müzakirələrin təşkilindın sonra növbətii addım kimi dövlət büdcəsindən maliyyələşdirilən ədəbi orqanların rəhbərliyinə yeni nəslin nümayəndələrinin gətirilməsi də bununla əlaqədardır. İstər Elçin Hüseynbəyli, istərsə də Qulu Ağsəs həm yaradıcılıq potensialına, həm də mətbuatla işləmək bacarığına görə tanınan cavan qələm yoldaşlarımız sayılırlar.

“Ədəbiyyat qəzeti” redaksiyasında və ümumiyyətlə, bu tarixi-ədəbi mətbu orqanın həyatında yeniləşməylə bağlı bizim də təkliflərimiz çoxdur. Əgər yenicə təyin olunmuş baş redaktor bu təklifləri uyğun sayıb işlmək istəsə, inanırıq ki, bu qədim ədəbi nəşrin tarixində fərqli bir qəzeti görəcəksiz. Şəxsən mən qəzetin interaktiv saytının fəaliyyət göstərməsinin təşəbbüsüylə çıxış etmişəm və dünən redaksiyamıza qonaq gələn AYB rəhbərliyi qarşısında bu məsələni, eləcə də bölgələrdəki qələm adamlarımızın, xaricdə yaşayan azərbaycanlı yazarların, gənclərin yaradıcılığına diqqətin artırılmasının, dünya ədəbiyyatının təbliğinin, şəbəkə – İnternet ədəbiyyatının izlənilərək işıqlandırılmasının vacibliyini vurğuladım…