Blog

  • Müzəffər MƏZAHİM.”Meydan sənin deyil”

    mm

    Madam ki, ürəyin quş ürəyidir,
    Burda dayanmağın yeridirmi heç?
    Hədəf nişançının öz kürəyidir,
    Meydan sənin deyil, dayanma, gəl, keç.

    Gəlib dayanmısan yol ayrıcında,
    Bilmirsən gedəsən haraya indi.
    Həqiqət pas atıb dilin ucunda,
    Hay-küyün də gəlməz haraya indi.

    Səni təqib edən qorxaqlığındır,
    Düşübdür ardınca qaraba-qara.
    Sanırsan batmısan, qürub çağındır,
    Ruhun bədənində çəkilir dara.

    Zamanın gərdişi qorxudur səni,
    Uçuna-uçuna ömr eləyirsən.
    Sıxıb bağlamısan bərk-bərk,
    Ölü sükutu da hey ələyirsən.

    Haçansa söz deyib peşman olmusan,
    Dilinə yiyəlik öyrədibdilər.
    Öz cəsarətinə düşmən olmusan,
    “Necə”lik, “niyə”lik öyrədibdilər.

    Yazıq, nə görmüsən, bu ki, toydur, toy,
    Azmısan yel qovan dumanda, çəndə.
    Hər şeyi taleyin ümidinə qoy,
    Bəlkə Allah sənə yar ola, bəndə.

  • Müzəffər MƏZAHİM.”İnsanlığa”

    mm

    Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
    Hər bir insan saf əməl versin zəkat insanlığa.

    Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
    Eyləsinlər çox savab işlər barat insanlığa.

    Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
    Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

    Vermə əldən insafı, fürsət var ikən adil ol,
    Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

    Sözlərinlə, gəl, Müzəffər, qəlbləri abad elə,
    Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.

  • Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun 2016”yarmarkası keçirilib

    Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin maddi-texniki bazasını gücləndirmək, ən müasir tədris şəraitinə nail olmaq, praktiki dərslərin tədrisinə diqqəti artırmaq, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, məzunların işlə təminatı əsas hədəf kimi qarşıya qoyulub. Son illərdə universitetdə yeni istifadəyə verilən obyektlər, yaradılan elmi-tədqiqat və tədris mərkəzləri, alınan avadanlıqlar, bütövlükdə, tədris prosesinin müasir səviyyədə qurulması üçün yaradılan şəraitlər kadr hazırlığının səviyyəsinə öz müsbət təsirini göstərməkdədir. 17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak etməsi qeyd olunanların bariz nümunəsidir. Tələbələrimizə böyük hədiyyə olan kompleks dörd korpuslu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir.
    ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli bildirib ki, hazırda universitetin məzunların əmək bazarında uğurlu karyerası əsas meyar kimi qəbul edilir. Bunu nəzərə alaraq, universiteti bitirən məzunların əmək bazarında hərəkətinin koordinasiyası məqsədilə facebook sosial şəbəkəsində “ADAU Məzunları” adlı qrup və məzun bazası yaradılıb.
    Məzunların işlə təminatında universitetdə keçirilən ənənəvi məzun yarmarkaları da mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq universitetdə növbəti, 8-ci “Məzun 2016” yarmarkası keçirilib. Tədbirdə 130-a yaxın muəssisə və təşkilat iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara təklif olunub. Məlumat üçün bildiririk ki, bu il universitetdən 1198 tələbənin məzun olacağı nəzərdə tutulub.
    Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar, məzunlara uğur arzulayıblar.
    Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.
    Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, quraşdılrılmaqda olan müasir istixana kompleksi, təmiri yekunlaşan mühəndislik korpusu və digər obyektlərlə yaxından tanış olublar.

    Qalib Rəhimli,
    Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri

  • “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihə Azərbaycanda və xarici ölkələrdə

    [url=http://gundelik.info/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “Bayat” İctimai Birliyidir. “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihə xaricdə və Azərbaycanda həyata keçiriləcək.
    Layihənin őlkədən kənar ilk tədbiri 16 may 2016-ci tarixində Tűrkiyənin Ízmir şəhəri Ege Universitetinin nəzdində fəaliyyət gőstərən Tűrk Dűnyası Araşdırmalar Ínstitutnda baş tutdu.Tədbiri ilk olaraq MVQSYíB Tűrkiyə nűmayəndəsi Seyfeddin Ayakyay açaraq qonaqları salamladı və layihə haqqında məlumat verdi.
    Tədbirdə yerli və əcnəbi tələbələrlə yanaşı Universitetin əməkdaşları, media nűmayəndləri iştirak ediblər. Daha sonra Tűrk Dűnyası Araşdırmalar Universitetin Ízmir şöbə sədri Eren Ekici sőz alaraq tədbir haqqında őz műsbət fikrilərini səsləndirdi. Bir neçə tələbə və qonaqlar MVQSYÍB tərəfindən təşəkkűr belgəsi ilə təltif olundular.

  • “Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib

    edebiyyat-az.com xəbər verir ki, mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Texniki Universitetinin tələbələri, müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının “Poeziya” şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, müəllifin yaradıcılıq nümunələri haqqında ürəkdolusu danışıb, müxtəlif illərdə qələmə aldığı əsərləri mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib.
    Tədbir iştirakçıları müəllifin yaradıcılıq yolu və fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşüb, arzu və istəklərini dilə gətiriblər.Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər.Bugünkü görüşün yüksək səviyyədə gerçəkləşməsində və həyata keçirilməsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.

  • Qəşəm NƏCƏFZADƏ.”Dəfn mərasimində nitqlər”

    a00b078f5535b574230fb0232d7c2e5d

    Uilyam Folkner Nobel mükafatı alanda Nobel mükafatçısı Albert Kamyu onu təbrik etmək üçün Amerikaya gedir. Kamyu hələ Nobel almamışdı. Təntənəli məclisdə Alberti Folknlerə təqdim edirlər, lakin Folkner ona əhəmiyyət verməyib, sadəcə əllərini yelləyir. Albert uzun müddət kənarda dayanıb, Folkneri böyük şövqlə müşahidə eləyir və səssizcə vətəni Əlcəzairə qayıdır.

    Əslində Folknerin eqosu Albert Kamyu ilə səmimi görüşməyə imkan vermirdi. Amma bir neçə il sonra Kamyunun dəfnində ən təsirli nitqi də Folkner edir və onu dünya ədəbiyyatının klassiki adlandırır.

    Eləcə də F. Dostoyevski Nekrasovun dəfnində eyni tərzdə çıxış edir və onu A.S. Puşkindən böyük şair adlandırır. Dəfnə toplaşanlar etiraz edirlər: Puşkindən sonra. Dostoyevski yenə öz fikrində qaldığını israr edir: Puşkindən böyük.

    Bu, o zaman idi ki, Nekrasov ən yaxın dostu Dostoyevski ilə küsülü olaraq həyata “əlvida” demişdi. Ən yaxın dostlar Nekrasov, Dostoyevski, Turgenev və Belinski son vaxtlar bir –birlərini danışdırmırdılar. Səbəb də bu idi ki, Belinski rus mətbuatında Dostoyevskini daha çox şişirdir. Dostlar bunu qəbul etmir və nəticədə küsülü qalırlar. Halbuki Dostoyevskini Belinski ilə Nekrasov tanış edib, onun istedadlı bir yazıçı olduğunu bildirib. Nəticədə Belinskinin Dostoyevskini dünyanın ən böyük dahisi kimi təqdim etməsi dostları narazı salır. Nəticədə Nekrasovun dəfnində Dostoyevskinin mükəmməl nitqi rus ədəbiyyatında baş verən bu qarabasmanı yoluna qoyur. Folkner də belə. Deməli, həyatda belə şeylər olur və olacaq. Təkrar həyatın çeşməsidir. Əgər bir hadisə baş veribsə, deməli, həyatda onun bir neçə oxşarı da mövcuddur. Sadəcə görmək lazımdır.

    Azərbaycan ədəbiyyatında da belə idi. Əli Kərimin dəfnində Rəsul Rzanın məşhur çıxışı uzun müddət ictimai gündəmdə müzakirə olundu. Dünən adi şair kimi görünən Əli Kərim bu gün dahi kimi Göyçayda dəfn edildi. Əli Kərim bu haqda özü də gözəl deyib:

    Sən mənim qədrimi biləsən deyə,
    Bu cavan yaşımda ölümmü indi?

    Əli Kərim “Azərbaycan” jurnalının poeziya şöbəsinin redaktoru olub. Amma elə adamlara ön söz, təqdimat yazıb ki, onlar ədəbiyyatda qalmayıblar. İsa İsmayılzadə mənə danışırdı ki, Əli Kərimə şeir verirdik, amma Əli o şeirləri gec çap edirdi, ya da xoşuna gəlmirdi, bunu birbaşa demirdi, eləcə stolunun üstündəki vərəqləri guya o yan bu yana çevirib, şeirimizi axtarırdı və sonda bizə (Ələkbər Salahzadə ilə mənə) deyirdi, deyəsən itirmişəm, bəlkə yenisini gətirəsiniz?!
    Bəzən çox sevdiyin şair sənə ədəbiyyatda mane olur. Şair olanlar üçün deyirəm. Sevdiyin şairin imperiyasından çıxa bilmirsən, onu təqlid, təkrar edirsən. Ona oxşayrsan, ona bənzəyirsən. Gərək şair şairi sevməsin öyrənsin, oxusun. Əli Kərimin ən çox oxuduğu türkiyəli şair Orxan Vəli olub. Onun şərəfinə kiçik oğlunun adını Orxan qoyub. Amma Əli Kərimin heç bir misrası da Orxan Vəliyə bənzəmir. Çünki Əli Kərim Orxan Vəlini öyrənib. Adam bir şeyi öyrənəndə təkrarlamır, sevəndə təkrarlayır. Necə ki, Ramiz Rövşəni sevən şairlər var, eynən onun kimi şeirlər yazırlar, çünki sevirlər, təqlid edirlər, öyrənmirlər.
    Bəlkə, elə Folkner Kamyunu görəndə əlini ona görə yelləyib. Əsas sözünü Kamyunun dəfn gününə saxlayıb. Dosteyevski də belə. Nekrasov öləndən sonra həqiqəti deyib. Rəzul Rza da…
    Hələlik yenə nəsə gözlənilir… Sağlıq olsun, gözləyək!

  • Rafiq ODAY.”Gəlsək” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Ramiz Qusarçaylıya

    Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
    Dost haylasa, biz də yığışıb bu haya gəlsək.

    Bizdə belədir dosta məhəbbət ta əzəldən,
    Gərəkdi səni dost dediyin dost saya, gəlsək.

    Dost mehrinə, dost sehrinə möhtacdı könüllər,
    Az, ya ki çoxuq-varmı bir hacət saya, gəlsək?

    Enək düzünə, dərəsinə, dağına qalxaq,-
    Kimdir ki, qoyan zəhməti getsin zaya, gəldək.

    Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
    Bir kəlmə ilə tərzimə dura qaya, gəlsək.

    ODAY, di tez ol Ramizə bir ismarıc eylə,
    Nolar yığışıb bir gecə QUSARÇAYA gəlsək?!

  • Rafiq ODAY.”Tapammıram” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Min ildi yol gəlirəm, izimi tapammıram,
    Əyrilər at belində, düzümü tapammıram.

    Qılıncdan kəsərlidi deyirdi-söz,-babalar,
    Nədən mən o kəsərli sözümü tapammıram?!

    Deyirdim gözüm kimi qoruyaram mən səni,
    Səni oyaq bir yana, gözümü tapammıram.

    Bir-birinin üstündə gör nə qədər ələk var,
    Bu ələklər altından üzümü tapammıram.

    Kim üz tutramsa-dilində “döz” kəlməsi,
    Mən döz deyənlərdə dözümü tapammıram.

    Mən də dərdin əlindən dağa pənah apardım,
    Qan içində titrəyən dizimi tapammıram.

    Həm mürşidəm, həm mürid, həm dərvişəm, həm seyid,
    Rafiq ODAY mənəmmi?-Özümü tapammıram

  • Təkamül nəzəriyyəsini müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir

    ramiqveliyev

    Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır.

    Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır. Darvin “yaşamaq uğrunda mübarizə”nin insan irqləri arasında da olduğunu iddia edirdi və onun nəzəriyyəsinə görə bu mübarizədə “seçilmiş irqlər” üstün gəlir. O, avropalı ağ insanları “seçilmiş irq”, asiyalı və afrikalı irqləri isə, yaşamaq uğrunda mübarizədə geridə qalmışlar hesab edirdi. Təkamül nəzəriyyəsinin bu qaranlıq fikrinə görə, hələ tam inkişaf edib mədəniləşməyən bu “insanabənzər meymun”ları istənilən şəkildə öldürmək, inhisar etmək olar. Hələ “tam insan olmayan” bu varlıqların öldürülməsi, məhv edilməsi isə təkamül prosesinin təbii gedişatıdır. Darvinin öz sözləri, əslində, təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi olmayan yırtıcı bir idiologiya olduğunu isbat etməkdədir: “Bəlkə də, əsrlər çəkmədən, yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri yer üzündən tamamilə siləcəklər. Eyni zamanda insanabənzər meymunlar da hökmən yox ediləcəklər. Beləliklə, insanla onun ən yaxın qohumları arasındakı boşluq daha da genişləyəcək. Bununla, ortada hazırkı ağ irqlərdən belə daha mədəni irqlər və hazırkı zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan pavian növü meymunlar qalacaq”. (Charles Darwin, The Descent of Man, 2-ci nəşr, New York, A L. Burt Co., 1874, səh. 178)

    Bəzi din xadimləri və “ziyalı”lar bilməlidirlər ki, canfəşanlıqla elm donu geyindirib müdafiə etdikləri təkamül nəzəriyyəsinin şərtlərinə görə, onların kəllə sümükləri ölçülərək mədəni irqə mənsub olmadığı müəyyən edilir. Bəli, səhv oxumursunuz. Darvin türklərin meymunla insan arasında tam təkamül keçirməmiş aşağı irq olduğunu və yaxın gələcəkdə tamamilə məhv ediləcələri kəhanətini irəli sürür. 1881-ci il, iyulun 3-də dostu Uilyam Qrahama yazdığı məktubunda Darvin türkləri belə təhqir edir: “Xatırla ki, çox da uzaq olmayan əsrlər əvvəl türklər tərəfindən basıldığı zaman Avropa millətləri necə risk altında qalmışdılar. Gör, bu fikir indi bizə necə gülünc gəlir. Avropoidlər kimi tanınan daha mədəni irqlər yaşamaq uğrunda mübarizədə türkləri darmadağın etmişlər. Dünyaya çox uzaq olmayan gələcəkdən baxdığım zaman hələ neçə-neçə aşağı irqlərin daha mədəniləşmiş irqlər tərəfindən dünya miqyasında məhv ediləcəyini görürəm”. (Fransis Darvin, “Çarlz Darvinin həyatı və məktubları”, cild 1, Nyu York: D.Appleton and Company, 1888, səh. 285-286)

    Təkamül nəzəriyəsinin ortaya atdığı dırnaqarası seçkin irqlərin digər irqləri “insan yerinə qoymama” məntiqinin günümüzdə də davam etdiyini görürük. Bunun əsas səbəbi isə bu fərziyyənin insanlar üzərindəki təsirinin hələ də davam etməsidir. Keçdiyimiz günlərdə İngiltərənin baş naziri Devid Kemeron ölkəsinin müstəmləkələrdə etdiyi səhvlərə görə üzr istəməsinin doğru olmayacağını iddia etmişdir. Kemeronun nəzərdə tutduğu “səhvlər” isə milyonlarla insanın qətlə yetirilməsidir.

    Bütün bu həqiqətlər isə dünyamıza bəlalar gətirən, nəzəriyyədən daha çox batil din hökmündə olan təkamül fərziyyəsinin insanlar üzərindəki təsirini aradan qaldırmağın nə qədər əhəmiyyətli olduğunu göstərir.

    Təkamül nəzəriyyəsinə əsasən, seçilmiş irqlərə mənsub olmadıqları, dolayısı ilə meymunla insan arasında bir varlıq hesab edildikləri halda bu nəzəriyyəni müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir.

    Ramiq VƏLİYEV,
    “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin sədri

  • Dünyada aclıq deyil, sevgisizlik problemi var

    sevincxanimhaqverdizade

    Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir.

    Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Bütün cənubi Afrika ölkələrində 230 milyon ton qida istifadə edilir, eyni miqdar qida da inkişaf etmiş ölkələrdə hər il tullanılır. Buna nümunə olaraq Almaniyanı göstərmək mümkündür. Ştutqart Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Almaniyada hər il 11 milyon ton qida tullanılır. Bu da bir almanın ildə 235 € miqdarında qidanı heç istifadə etmədən israf etməsi deməkdir. Bu məbləğ dünya səviyyəsində 1.5 milyard insanın illik gəlirinə bərabərdir.

    Dünyada israfın miqdarı təəccüb doğuracaq dərəcədə böyükdür. Hazırda dünyada istehsal edilən qidanın 30%-i istifadə edilməmiş tullanılır. Başqa sözlə desək, istehsal edilən qidanın 1/3-i evlərə çatmadan zibilə gedir. ABŞ-da istehsal edilən qidanın 40%-i yeyilmir, Avropada isə hər il 100 milyon ton yemək istifadə edilmir. Hər il israf edilən 1.3 milyard tonluq qida isə 1 trilyon $ deməkdir.

    Bu statistikani bir az da davam etdirsək, daha da qorxunc məqamlarla rastlaşarıq. Dünya Bankının təqdim etdiyi hesabata əsasən, inkişaf etmiş ölkələrdə tullanılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq qədərdir. Bir sözlə, bu gün dünyada aclıq və ya qıtlıq problemi deyil, sevgisizlik və laqeydlik problem var. Uşaqlar əslində aclıqdan deyil, qorxunc bir sistemin qorxunc bir nəticəsində ölürlər.

    2015-ci ilin may ayında Fransada israf mövzusu ilə bağlı sevindirici bir qərar alındı. Parlamentin qəbul etdiyi qərara əsasən satılmamış qida maddələri zibilə atıla bilməz. Qanuna əsasən satılmamış qidanı istifadəsiz hala gətirmək də qadağandır. Buna görə də, satılmamış qidanın bağışlanması, heyvan yemi olaraq işlədilməsi, gübrə kimi əkinçilikdə istifadə edilməsi lazımdır. Eyni zamanda sahəsi 400 kv metrdən böyük olan supermarketlərin xeyriyyə qurumları ilə müqavilə bağlayıb satılmayan qidaları bağışlaması lazımdır.

    Fransada adambaşına ildə 20-30 kg qida tullanılır. Bunun 7 kg-nın paketi belə açılmır. Bu israf 12-20 milyard € deməkdir. Bu miqdarın yoxsulluqla mübarizə aparan hər hansı bir Afrika ölkəsi üçün necə böyük bir miqdar olduğunu xatırlatmağa ehtiyac yoxdur. Fransanın bu addımı başda inkişaf etmiş ölkələr olmaqla bütün dövlətlər üçün bir nümunə olmalıdır. Nəzərə alsaq ki, supermarketlər ən çox israf edilən yerlərdən biridir, ilk addımın bu sektorda atılması da sevindirici haldır. Qanunu pozanların həbs və ya böyük miqdarda cərimə edilməsi israfdan çəkindirmək baxımından çox önəmlidir. Ancaq bu qanunun digər israf edilə bilən sektorları da əhatə etməsi, eyni zamanda Fransanın bu addımından digər ölkələrin də nümunə götürməsilazımdır.Çünki otellər, turistik mərkəzlər, restoranlar kimi sektorlarda israfın miqdarı ağlasığmaz dərəcədə böyükdür. Yüksək xidmət üçün israfa ehtiyac yoxdur. Dünyada bu qədər insan aclıqdan əziyyət çəkərkən, qidaların atılması başqalarına qarşı laqeydlikdən, eyni zamanda xudbinlikdən başqa bir şey deyil.

    Qurani-Kərimdə Rəbbimizin: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Əraf, 31) ayəsi ilə israf haram edildiyinə baxmayaraq bir sıra islam ölkələrində də külli miqdarda israfa yol verilir.

    Ancaq bütün bunlar hər nə qədər insanları israfdan çəkindirmək baxımından faydalı olsa da, əsl həll yolu deyil.İsraf kimi bir bəla ancaq insanların eqoistliklərini və acgözlüklərini tərgitməkləriylə aradan qalxar. Bunun yolu isə sevgidir. Sevgini bilməyən insandan şəfqət, mərhəmət, fədakarlıq gözləmək, paylaşmanın bəxş etdiyi sevinci bilməsini gözləmək lüzumsuzdur. İstər başqa dövlətlərdə, istərsə də çox yaxınında olsun, insanların aclıqdan ölməsi onu heç narahat etməyəcək.

    Dünyadakı aclıq və qıtlıq probleminin həlli insanlara sevgini öyrətməkdədir. Bu problemi gündəmə gətirən qurumlar, fəallar məsələnin həll yolu kimi sevginin, şəfqətin gözəlliyinindən də bəhs etməlidirlər. Çünki yalnız özünü düşünən, başqalarına qarşı laqeyd insanların dünyadakı bu faciəni görməklərini ancaq buyolla əldə etmək mümkündür.

    Sevinc HAQVERDİZADƏ

  • Etibar Vəliyevi doğum günü münasibətilə təbrik edirik! (16 may 1963-cı il)

    12305585_1494065097563795_938509399_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri media mükafatları lauretını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    NİYƏ BƏXTİ YATIB GÖRƏN BU QIZIN

    Bu qızın dərdi var, bəxti kor olub.
    Qismətin tapmayıb dərdi qor olub.
    Bəlkə sevənlərin gözü tor olub,
    Niyə bəxti yatıb görən bu qızın.

    Bəlkə açılmayıb hələ yuxası,
    Bəlkə oyanmayıb qara çuxası.
    Unvana yetməyib bəlkə duası,
    Niyə bəxti yatıb görən bu qızın.

    Bir dünya, o qara göz içindədi.
    Sevgidən alışan köz, içindədi.
    Hələ demədiyi söz, içindədi.
    Niyə bəxti yatıb görən bu qızın.

    Bəlkə gözə gəlib, qaşında çat var.
    Dilinin altında qənd var, nabat var.
    Murada çatacaq, bəxtində at var,
    Niyə bəxti yatıb görən bu qızın.

    Gözəldi yerişi, hüsnü-camalı,
    Mükəmməl, yetkindi ağlı-kamalı.
    Ağ atlı oğlandı fikri, amalı,
    Niyə bəxti yatıb görən bu qızın.

    Ona söz atıbdı ağ atlı oğlan.
    Yerəmi batıbdı ağ atlı oğlan.
    Bəlkə də yatıbdı ağ atlı oğlan,
    Niyə bəxti yatıb görən bu qızın.

    QARA GÖZLÜM

    Sil ay qara gözlüm, gözün yaşını.
    Dayan, mən ağlayım sənin yerinə.
    Sən danış bir kitab yazım, sonrada,
    Kitabı bağlayım sənin yerinə.

    Dərdini ovudub, könlünü alsam,
    Qara tellərini daraqlayaram.
    Səninçün ağlamaq istəsəm əyər,
    Yenə o kitabı varaqlayaram.

    Sənin göz yaşını mürəkkəb edib,
    Hələ neçə kitab yazıla bilər.
    Vusalə yetməyən, nakam eşqinə,
    Gün gələr bir qəbir qazıla bilər.

    Unut, dərdlərini ölmüş kimi bil.
    Ölənlə ölməzlər ay qara gözlüm!
    Vusalın geriyə dönüşü yoxsa,
    O dərdi bölməzlər ay qara gözlüm!

    HEYIF

    ( VƏFASIZ DOST ÜÇÜN )

    Bəzən dağ döşündə daş çürük olur.
    Budaqsız ağacda baş çürük olur.
    Quru çürük olur, yaş çürük olur.
    Çürük ağacıma, daşıma heyıf.

    Namərdə qapımı bağlamışam da.
    Söz deyib qəlbini dağlamışam da.
    Dost bilib dərdinə ağlamışam da.
    Gözümdən tökdüyüm yaşıma heyıf.

    Əvvəl dağda olub, xaş yeyən olub.
    Sonra namərd olub, baş yeyən olub.
    O zalım süfrəmdə aş yeyən olub,
    Çəltikimə heyıf, aşıma heyıf.

    Şeytan nə ac olur, nə də nəfsi tox.
    Bir əlində yaydı, bir əlində ox.
    Şeytandan baş açdım, o namərddən yox.
    Ağappağ ağaran başıma heyıf.

    İndi ayırmışam dostu, düşməndən.
    Dağların başında dumanı, çəndən.
    Bir gün Əzrayil da can umar məndən.
    Ömür yarı olub, yaşıma heyıf.

    Etibar ha danış, ha alış, ha yan.
    Dostun hər sözünə can deyərdin, can.
    Deyərdin gözümdü, onu qoruyan,
    Kipriyimə heyıf, qaşıma heyıf.

    SÖZ

    Sözü dilimdən çıxarın,
    Onun çəkisinə baxın.
    Sözü mənim gözlərimə,
    Eynək əvəzinə taxın.

    Baxım söz ilə dünyaya,
    Acı görüm, toxu görüm.
    Kimi nazənin gözəllə,
    Mən söz ilə yuxu görüm.

    Dilimdə söz, gözümdə söz.
    Gəlin ətrini qoxuyun.
    Ürəyimdən keçən sözü,
    Mənim gözümdən oxuyun.

    İlahidən gələn sözü,
    Yerə düşməyə qoymayın.
    Baxışında söz oxunan,
    Gözə dəyməyin, oymayın.

    Bəzən baxışlarda olur.
    Deyilməyən söz qiymətı.
    Zəif olanda bilinir,
    Eynək altda göz qiyməti.

    Söz Leylimdi, mən Məcnunu.
    Gah divanə, gah dəliyəm.
    Sözü ilham pərim deyir,
    Mən onun yazan əliyəm.

    Kəsirsən kəs çörəiymi,
    Kəsmə sözümü İlahi.
    Söz ilə qidalanıram.
    Qıyma sözümə İlahi.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    NEYLƏSİN

    Söz sağaltmaz hər yaranı,
    Apardı sellər Saranı,
    Araz kəsibsə aranı,
    Yurdun sağ, solu neyləsin.

    Səngimirsə əsən külək,
    Zülmə göz yuyursa fələk,
    Həsrətdən yanırsa ürək,
    Yağan qar, dolu neyləsin.

    Xəbər yoxdu Qarabağdan,
    Bülbül küsüb bağça, bağdan,
    Ellər köçübsə yaylaqdan,
    Cığırı, yolu neyləsin.

    Daş üstündə qalmayıb daş,
    Yoxdu yaxın bir dost, sirdaş,
    Həmzələr çoxalıb qardaş,
    Yazıq Koroğlu neyləsin

    TUFAN GƏLSƏ

    Ağılla bax, səbirlə bax hər işə,
    Onsuz da var neçə qayğı, əndişə,
    Aralıqda şeytan gəzir həmişə,
    Uyma sözün şəkərinə, balına.

    Olanları, qalanları düşün bir,
    İgidlərlə, yaxşılarla ol əlbir,
    Qəlbi təmiz gözəllərə könül ver,
    Baxma onun camalına, xalına.

    Bu dünyadan nə ürək, nə göz doyur,
    Tanrı özü bəndəsinə göz qoyur,
    Sən otur say, bir gör fələk nə sayır,
    Qismət, tale yazılıbdı alnına.

    Gecə- gündüz yazı yazan oyaqdı,
    Bu dünyadan gileylənmək nahaqdı,
    Ağaclar da bir- birinə dayaqdı,
    Tufan gəlsə vay təklərin halına.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GET

    Dost-tanışı bərkdə sına,
    Qoyma sözün düşə, sına,
    Yaxşıların qapısına,
    İşin düşsə, ürəklə get.

    Çəmənlər nur dənizidi,
    Gözəllər gül bənizidi,
    Gül-çiçək sevgi rəmzidi,
    Hər görüşə çiçəklə get.

    Yaxın bilmə hər yetəni,
    Sayma namərdi,gədəni,
    Bir yoxsulu, bir xəstəni,
    Yoxlamağa çörəklə get.

    OYANMADIQ

    Oyandım şirin yuxudan,
    Xocalını mələr gördüm.
    Allah, Allah bu dünyada,
    Nələr gördüm, nələr gördüm.

    Kəlbəcəri, Fizulini,
    Gözü yaşlı, ağlar gördüm,
    Bir ah çəkdim, qəlbim yandı,
    Boynu bükük dağlar gördüm.

    Laçın kimi bir məkanı,
    Yanan gördüm, viran gördüm,
    Sinəsi çadırla dolu,
    Yaylaq deyən aran gördüm.

    Cəbrayılda qəddi sınan,
    Körpü gördüm, çinar gördüm.
    Zəngilanı, Qubadlını,
    Od içində yanan gördüm.

    Şuşamızın sinəsində,
    Çalın- çarpaz dağı gördüm.
    Ağdam kimi bir şəhərdə,
    Əli qanlı yağı gördüm.

    Bu necə dövrandı Allah,
    Haqsızı zirvədə gördüm,
    Üz tutdum qoca dünyaya,
    Boş söz, yalan vədə gördüm.

    Başımız yaman qarışdı,
    Əldən verdik bu torpağı,
    Qarı düşmən əsir aldı,
    Cənnət yurdu-Qarabağı.

    Duz basmadıq yaramıza,
    Top atdılar oyanmadıq,
    Ana yurdun, doğma elin,
    Keşiyində dayanmadıq.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ŞUŞA

    Ulu babaların əmanətidi,
    Canım, ciyərimdi gözümdü Şuşa.
    Doğma Vətənimin şan-şöhrətidi,
    Nəğmə beşiyimdi, sözümdü Şuşa.

    Gözəldi yurdumun çiçəyi, gülü,
    Bənzərsiz yaranıb xarıbülbülü,
    Hüsnü heyran edib şeyda bülbülü,
    Qeyrət qalasıdı, dözümdü Şuşa.

    Vermərik heç zaman biz Qarabağı,
    O çölü, çəməni, o cənnət bağı,
    Qoy düşmən anlasın, qoy bilsin yağı,
    Bizimdi, bizimdi, bizimdi Şuşa.

    QARABAĞLI

    O doğma torpağı, yurdu talandı,
    Nəyi var alışdı, binəsi yandı,
    Düşmən həqiqəti, olanı dandı,
    Adladı Arazı gözləri bağlı,
    Qürbətdə neyləsin bəs qarabağlı?

    Viranə qoydular şəhəri, kəndi,
    Zalımlar tutdular bərəni, bəndi,
    Ayrılıq, göz yaşı saçında dəndi,
    Dövrandan heç bir şey kəsməyir ağlı,
    Qürbətdə neyləsin bəs qarabağlı?

    Ümidi itməyib gözləyir hələ,
    Yurda məhəbbəti düşübdü dilə,
    Gərib sinəsini borana, selə,
    Ürəyi yaralı, sinəsi dağlı,
    Qürbətdə neyləsin bəs qarabağlı?

    Bu necə zamandı, bu necə dövran,
    Yetmməyir hayına böyük Yaradan,
    Hələ yerdə qalıb bu tökülən qan,
    Yurdundan köç edib aranlı, dağlı,
    Qürbətdə neyləsin bəs qarabağlı?

    Qalıbdı cənnəti, yurdu yuvası,
    Hanı o yaylağı, suyu, havası,
    Düşmən əlindədi bürcü, qalası,
    Ürəyi vətənə, torpağa bağlı,
    Qürbətdə neyləsin bəs qarabağlı?

  • Rahilə DÖVRAN.”Bahar təranələri”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Könlüm təbiətdə qonaqdır bu gün,
    Nərgiz, lalələrin açılıb eyni.
    İlham qəfil coşan bulaqdır bu gün,
    Dağlar sərgiləyib gözəlliyini.

    Qırmızı örpəkli üzü duvaqlı,
    Lalələr can atır ayla görüşə.
    Çiçəkli çəmənlər al-əlvan xalı,
    Dağ çayı bənzəyir nazlı gülüşə.

    Bulaq alqış alır qonaqlarından,
    Şövq ilə söyləyir zümzüməsini.
    Öpürlər bulağın dodaqlarından,
    İçirlər bal dadan hər zərrəsini.

    Həzin simfoniyadır quşların səsi,
    Oxşuyur qəlbləri, ruha can verir.
    Oxunur həyatın bahar nəğməsi,
    Obalar, meşələr, çəmən sevinir.

    Dövran da qoşulur bu gözəlliyə,
    Süzülür varağa ürək sözləri.
    Hər nəğməm bir könül, qəlb təzələyə,
    Oxuyan hər kəsin gülə gözləri.

  • Rahilə DÖVRAN.”Könlümün Sultanı”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Bahar təravətli ay gözəl gəlin,
    Könlümün sultanı seçmişəm səni.
    Qışmətdən əlimə yetişib əlin,
    Künlümün sultanı seçmişəm səni.

    Sən könül bağçamın qönçəsi, gülü,
    Sən mənim ömrümün süsən-sünbülü.
    Sən xarı çiçəyin sevən bülbülü,
    Könlümün sultanı seçmişəm səni.

    Nərgizlər, lalələr kölgəndə qalar,
    Qızılgül hüsnünə baxıb əl çalar.
    Yasəmən ətrini tək səndən alar,
    Könlümün sultanı seçmişəm səni.

    Sən ruhumsan mənim, həm də canımsan,
    Həm balım, pətəyim, həm də şanımsan.
    Damarımda axan qızıl qanımsan,
    Könlümün sultanı seçmişəm səni.

    Sənintək bir gözəl yarana, çətin,
    Zirvə qarı kimi pak məhəbbətin.
    İffətli, namuslu, əyilməz, mətin,
    Könlümün sultanı seçmişəm səni.

  • Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”

    12647929_456084107917624_702711598_n

    Üzünü ağ etmir üzgörənliyin,
    Üzünün suyunu töküb gedirsən.
    İçindən bulanıb üzünün suyu,
    Suyunda lillənib çıxıb gedirsən.

    O qədər üz görüb üzün dünyada,
    Üzünün ağlığı üzdə qalmayıb.
    Üzünü çevirib üzlər üzündən,
    Üzünə üz tutan üz də qalmayıb.

    Üzünün suyundan gözüm su içmir,
    Üzündə bozarır saxta qürurun.
    Səndə bu üz ki var,çətin durula
    Üzündə,gözündə Məhəmməd(s.) nuru.

    Üzünə tutmağa ələk gəzirsən,
    Üzündə üz varmı ələk tutası?
    Hələ söz deməyə bir üzün də var-
    Üzünə çökdükcə içinin pası?!

    Çevirib astarın üzünə üzün,
    Üz varmı bir daha üzə çıxasan?
    Çətin ki qədərin bataqlığından,
    Nəfsinin üzündən üzə çıxasan.

    Azərbaycan.Quba.
    30.05.2000.

  • Abdulla MƏMMƏD.”Külümdə közərən gileyəm,gülüm”

    12647929_456084107917624_702711598_n

    Bir cüt göz gəzirəm məni ağlaya,
    Yağan göz yağışı qəmi dağlaya.
    Ürək arayıram məni bağlaya,
    Qəribə eşqimin qərib selinə.

    Sevilə bilmədim sevdiyim qədər,
    Sevinə bilməyən sevgimmi hədər?!
    Sevdim,sevdiyimə sevindi qədər
    Daş atıb ömrümün sükut gölünə.

    Dil açır sözümə dönən o çağım,
    Qürbəti andırır dinən o çağım.
    Kimi isitdisə dünən ocağım,
    Bu gün ağız büzür nəmli külünə.

    Qınama dünyanı-dünya qəbirdə,
    Xəncəri korşalan qınam səbirdə.
    Gülmə içimdəki göyərən dərdə,
    Ağla qəribsəyən tənha gülünə.

    Bu sevda ot deyil göyərə bir də,
    Od deyil alışa bu qərib dərdə.
    Başıma iş açma durduğum yerdə,
    Calayıb yalanı qəlib dilinə.

    Gözə kül üfürüb sovurma külü,
    Külümdə közərən gileyəm,gülüm.
    Sözümü izləyən güləyən,gülüm.
    Çətin ki o çağlar düşə əlinə!

    22.04.2016.
    Azərbaycan.Quba.

  • Mais TƏMKİN.”Ər igidlər, qəhrəmanlar”

    10646868_273655359498567_6620189188081019440_n

    * * *

    Ər igidlər, qəhrəmanlar,
    Elin dərdinə yananlar,
    Əbədiyyət qazananlar,
    Bu dünyada ölməz olur.

    Şəhid olub köçənlərim,
    Yağıları biçənlərim,
    Vətən andı içənlərim,
    Öz əhdindən dönməz olur.

    Torpaq udub çox ərləri,
    At oynadan ərənləri.
    Ülviyyətin şölələri,
    Daim yanar, sönməz olur!

    Vətən üçün töküb qanlar,
    Vətənləşdi qəhrəmanlar.
    Şan-şöhrətə ucalanlar,
    Zirvələrdən enməz olur!

  • Mais TƏMKİN.”Çıx, cənnət yurdumdan, ey yağı düşmən!2

    10646868_273655359498567_6620189188081019440_n

    Kafirlər cənnətdə yaşaya bilməz,
    Qoyma bu cənnətə ayağı düşmən!
    Halal çörəyimə haram qatdınız,
    Sandın bu neməti sən ağu, düşmən.
    Sənin bu torpaqda haqqın nə gəzir?
    Çıx, cənnət yurdumdan , ey yağı düşmən!

    Niyyətin məkrli, qəsdin qan tökmək,
    Yurdumu talayıb, dağıdıb sökmək.
    Yaraşmaz qarşında bizə diz çökmək,
    Biz əldən vermərik torpağı, düşmən!
    Kafirlər cənnətdə yaşaya bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Sən bizi bu yolda yora bilməzsən,
    İradə əzmimi qıra bilməzsən,
    Ordumun önündə dura bilməzsən,
    Çaxarıq başında çaxmağı, düşmən!
    Rəzillər cənnətdə yaşaya bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Zəngəzur bizimdi, Göyçə bizimdi,
    Sən hələ olmamış, öncə bizimdi.
    Hətta Yerevan da , məncə, bizimdi,
    Onda Rəvan olub o axı, düşmən..
    Sən layiq deyilsən bizim cənnətə,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Rəvanı döndərib Yerevan etdin,
    Sən bunu özünə şöhrət-şan etdin.
    Azad vətənimdə nahaq qan etdin,
    Güzəştə getmərik bu dağı, düşmən!
    Çıx cənnət yurdumdan, ey yağı düşmən!!

    Hazırıq hər zaman sənlə döyüşə,
    Niyyətim, məramım çətin dəyişə.
    Dərdimin dərmanı olub həmişə:
    O zəm-zəm,- o İsa bulağı, düşmən!
    Kafirlər Kövsərdən su içə bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Toxunma ,,Yallı”ma, halal ,,Cəngi”mə
    Şeirimin, nəğməmin xoş ahənginə.
    Bayquşsan, keçərsən bir gün cəngimə,
    Caynağım Qartalın caynağı, düşmən!
    Bu cənnət məkanda sənə yoxdu yer,
    Çıx cənnət yurdumdan, ey yağı düşmən!

    Qarabağda doğan səhər mənimdir,
    Ana Vətən şöhrətimdir, şənimdir.
    Qələbə mənimdi, zəfər mənimdir,
    Sancarıq Rəvanda bayrağı, düşmən!
    Kafirlər cənnətdə yaşaya bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!!!

  • Müzəffər MƏZAHİM.”Bəlkə də…”

    mm

    Doğulduq, yaşadıq, dərk elədik ki,
    Dünya özümüzük, fələk özümüz,
    Torpağa, havaya ərk elədik ki,
    Yenidən dünyaya gələk özümüz.

    Analar doğmayıb taleyimizi,
    Tale anaları doğub bizimçün.
    Alıb dərdimizi, gileyimizi,
    Sevinci bal kimi yığıb bizimçün.

    Olan olacağın yol göstərəni,
    Gələcək zamandır arzular hələ.
    Yalan becərəni, yalan dərəni,
    Təmizə çəkəcək çox sular hələ.

    Dünyada hər şey var, tapılar haqq da,
    Həqiqət axtaran naşı olmasa.
    Bəlkə də saflaşa bilməzdi insan,
    Gözünün dupduru yaşı olmasa.

    Ürək duyğuların düyüncəsidir,
    Bir ömrə sığışıb boşala bilməz.
    İnsan kainatın düşüncəsidir,
    Torpağa qarışıb daş ola bilməz.

    Doğulduq, yaşadıq dərk elədik ki,
    Dünya özümüzük, fələk özümüz.
    Torpağa, havaya ərk elədik ki,
    Yenidən dünyaya gələk özümüz.

  • Müzəffər MƏZAHİM.”Bir ələ baxır”

    mm

    Dünya gəlir-çıxarlıdır,
    Hərəsi bir ələ baxır.
    Alan saysız, satan təkdir,
    Tərəzi bir ələ baxır.

    Ölüm sonudur qorxunun,
    Yozumu yox bu yuxunun,
    Neçə şaxəlı arxının,
    Bərəsi bir ələ baxır.

    Ömrü yuntək didən yolun,
    Ruhunu incidən yolun,
    Bu dünyadan gedən yolun,
    Çarəsi bir ələ baxır.

  • Debüt: Aysel NƏSİRZADƏ (Zəngilan rayonu).Yeni şeirlər

    Aysel Nəsirzadə 1986-cı il dekabrın 20-si Zəngilan rayonunda doğulub.2010 cu -ildə Bakı Dövlət Unverstetinin Fəlsəfə ixtisası bitrib. 2009 cu ildə “Sükutdan asılmış ruh” adlı şeirlər kitabı nəşr olunub. Ailəlidir 2 övladı var

    YUXUDAN DURDU ÇOXU

    Yenə elə bu gecə,
    İçimə ağlamışam.

    Hıçkırtım öz içimdə,
    Göz yaşıma boğulub.

    Səsləşib sükutumla,
    Gecənin kor sükutu
    Zülmətin qucağına,
    Yeni bir “mən”doğulub.

    Fikirlər tikan kimi
    Dəlir-deşir ruhumu.

    Çəkilmək bilmir bir an,
    Gözümün yorğunluğu.

    Səhər Azan səsilə,
    Gözümə gələn yuxu,
    İndi mən necə yatım? !

    Bu nə vaxtın gəlişi,
    Sən də gecikdin mənə
    Yuxudan durdu çoxu.

    * * *
    Bir gün gələcək deyə,
    Hər gün gözlədiyim sən.

    Ömrünü gəlişinə,
    Anba-an həsr etmişi

    Bir gün ayıracaq qədər,
    Demək heç sevməmişsən.

  • Aysel NƏSİRZADƏ.”Sükutdan asılmış ruh”

    Sükutdan asılmış ruh,
    Ruhsuz qalmış bədən.

    Mənasız həyat,
    Mənasızlıqdan doğan sən.

    Biz əksiliklərin vəhdəti,
    Vəhdətinsə əksiyiyik.

    Nə qədər istəsək də,
    Taleyin qadağa etdiyi
    Qovuşa bilməz cütlüyük.

  • Aysel NƏSİRZADƏ.”Nöqtələndin”

    Oxumağa can atdığım,
    Sual dolu hekayəmdin.

    Vergülləri arta-arta
    Çevrildin bir nidaya.

    Dəyərsiz bir cümləylə,
    Sevimli hekayəmin sonunu bəlirlədin.

    Rəvac verdin vidaya
    Bu da son,
    Nöqtələndin.

  • Esmira RƏHİMLİ.”Dua” (Povest)

    esmira

    Maşın əfsanəvi gözəlliyi olan kənd yolları ilə yavaş-yavaş irəliləyirdi. Yol get-gedə daralırdı. Görünür bir neçə gün öncə yağan yağış torpağı islatdığı üçün yolun kənarları sürüşmüşdü. Hələ də yağışdan nəm olan torpaq qızılı qəhvəyi rəngə çalırdı. Yola döşənən daşlar sürüşərək seyrəldiyindən yol çala-çuxur olmuşdu. Sürücü maşını saxlayıb: – Daha sürə bilmirəm. Yollar pisdir, maşın xarab olar. Burdan o yana piyada gedin – dedi.
    Ömər başını narazı halda bulayıb dedi:
    – Deyəsən yenə yağacaq. Hava yaman tutulub.
    Ömərin yaxin dostu Ərkam ingilis qonaqlarını ailəvi olaraq İstanbulun qərbində yerləşən qədim Çatalcanın İncəğiz kəndini gəzdirməyə, oradakı mağaraları göstərməyə gətirmişdi. Bu Henri Ceyms, xanımı Anna ve qızları balaca Aleks idi. Onlar butik oteldə iki ayrı otaq kiraladılar. Birində qonaqlarını rahatladılar, digərində isə özləri yerləşdilər. Buranın əvvəllər ev olub sonradan otelə çevrilməyi aşkar görünürdü. Kənd yerlərində belə otellər turistlərin diqqətini müasir otellərdən daha çox çəkir. Ayrı-ayrı otaqların hamısının qapısı ümumi bir həyətə açılırdı. Otaqların birində otel işçiləri yerləşmişdi. Damında isə səhər yeməyi üçün üstü örtülü eyvan düzəldilmişdi. Onlar bir qədər dincəlib yorğunluqlarını aldıqdan sonra kəndi gəzmək qərarına gəldilər. Ömər isə heç dincəlmək haqda düşünmürdü.
    O, fotoaparatını və ona quraşdırmaq üçün ştativi götürüb çantasına qoydu. Ərkam qonaqlarına dedi:
    – Dostum həvəskar fotoqraf olduğu üçün daima hansısa bir kadrı çəkə bilməyəcəyinə görə narahatdır. Birdən kölgə azca çəkilər, işıq bir az o tərəfdən düşər… Daha nə bilim nələr.
    Sonra o üzünü Ömərə sarı tutub dedi:
    – Qardaşım, bir dincəlib istirahət eləsənə! O cür işin var, neyləyirsən bu fotoqraflığı? Çörəyin bundan çıxmır ki! Onsuz da sən həvəskar fotoqrafsan. Amma bu işlə elə ciddi məşğul olursan ki, elə bil nə olub!
    – Dincəlirəm Erkam, dincəlirəm. Öz işim birlikdə işlətdiyimiz şirkətdəki təmir və tikinti işləridir. O işlə yalnız qazanc məqsədi ilə məşğul oluram. Foto ilə məşğul olmağı isə həqiqətən çox sevirəm. Hər dəfə uğurlu fotolar alınanda elə bil dünyanı mənə verirlər. Onda mənə elə gəlir ki, dünyanın ən gözəl fotolarını məhz mən çəkirəm və ən qeyri-adi anları mən tuturam.
    Azca türkcə anlayan Henri Ömərə onunla həmrəy olduğunu bildirdi:
    – You are right! The photography is wonderful hobby!
    Ömər onun simasında özünə yeni bir həmfikir tapmasına sevindi:
    – Foto sanki zamanın bir anını tutub saxlayır. Elə deyilmi? Nə vaxtsa çəkilmiş fotolara baxanda elə bil adamı bir anlığa keçmişə aparır. Foto sənəti ilə maraqlanmağım həyatımı çox dəyişdi. Əslində hər şey vətənimə olan sevgidən başladı. Məndə onun gözəl guşələrinin fotosunu çəkmək həvəsi oyandı. Daha sonra quşları, heyvanları və insanları çəkməyə başladım.
    Həmfikiri ilə bir az söhbət etdikdən sonra Ömər çantasını kürəyinə salıb bayaq gəldikləri kəndin girişindəki əsas yola cıxdı. Ömər dayanıb ətrafa göz gəzdirdi. Ətraf maraqlı, zəngin kadrlarla dolu idi. Lakin çox çəkmədi ki, bayaqdan göyün üzünü almış qara buludlar şaqqılldayıb yagış tökdü. Şimşəyin səsindən qocaman palıd ağacının altındakı kişilər, küçədəki insanlar narahat olub dağılışmağa, ev-eşiklərinə çəkilməyə başladılar. Elə Ömər də getmək istəyirdi ki, kəndin içindən iki əli də yüklə dolu bir qızın gəldiyini gördü. Qızın yükü ağır olduğundan o ləngiyirdi.
    Yağış az vaxt ərzində onu əməlli başlı islatmışdı. Qız yağışdan qurtulmaq üçün tələsdiyindən əlindəki kisələri sürüməyə başladı. Elə bu vaxt kisələrdən biri onun əlindən çıxdı və içindəki hər şey, ərzaq və tərəvəzlər yerə dağıldı.
    Ömər ona yaxınlaşdı:
    – Bu saat sizə kömək edərəm.
    Qız baxışlarını qaldırıb ona baxdı. Onun baxışlarında məchul bir kədər var idi. O: – Narahat olmayın mən özüm yığaram – deyərək içini çəkdi və ərzaqları tələsik yığmağa başladı. Nədənsə Ömərə elə gəldi ki, o ağlayır. Həyəcanla: – Niyə ağlayırsız, nə baş verib? – deyə soruşdu. Qız tutularaq: – Ağlamıram, yağışdandır – deyə cavab verdi. Ömər ona bir daha nəzər saldı. Qızın başına bağladığı yaylığın altından çıxan saçlarından süzülən su üzünə yanaqlarına axırdı. Ömər: – Bəlkə də onun kirpiklərinin islanmasında müqəssir yağışdır. Bəs onda bu gənc qızın baxışları nədən bu qədər qəmlidir? – deyə düşündü.
    – Çəkinməyin, deyin. Bəlkə sizə köməyim dəyər.
    Qız gülümsəməyə çalışaraq: – Təşəkkür edirəm. Heç bir şey lazım deyil. Hər şey yaxşıdır – dedi.
    Ömər: – O zaman icazə verin sizə yardım edim. Yükünüz ağırdır. – deyib kisələri qaldırdı.
    – Tez-tez belə ağır yük daşıyırsız?
    – Neyləmək olar? Artıq alışmışam. Əvvəllər ulağımız var idi. Bazarlıq eləyib ona yükləyirdim. Sonra çörək puluna görə atam heyvanı satdı. İndi gücüm çatsa da, çatmasa da özüm daşımalıyam. Bazara getməyə həmişə vaxtım olmur. Ona görə hər şeyi birdən alıram. Həm də çox alanda ucuz verirlər.
    Öməri gülmək tutdu:
    – Vaxtınız olmur deyirsiz? Mən elə bilirdim bu sözü yalnız biz şəhərlilər deyirik. Kənd yerlərində isə hamının boş vaxtı olur və onlar bizim kimi vaxt problemlə üz-üzə qalmırlar.
    Ömərin gülməsindən bu kədərli qızın da eyni açıldı. O da gülümsəyərək dedi:
    – Ailəmiz böyükdür, vaxt çatdırmaq olmur.
    Onlar azca getmişdilər ki, qız dayandı. İrəlidəki qapını göstərib: – Mən çatdım. Zəhmət çəkdiniz, çox sağ olun! – dedi. Kisələri Ömərdən aldı və indicə göstərdiyi köhnə taxta qapının önünə gəldi. O, Ömərə baxıb gülümsədi, əllərində yük olduğundan qapını çiynilə itələyib açdı və içəri keçdi.
    Bu qız Ömərə çox qəribə görünmüşdü. O danışığına, ləhcəsinə görə kübar şəhər qızlarından heç nə ilə fərqlənmirdi. Yalnız əynındəki kəndsayağı libası onun kənd qızı olduğundan xəbər verirdi.

    ***
    Maraqlı fotolar çəkmək üçün Ömərin gözü burada gözəl bir məkanı tutmuşdu. Yaşıl örtüklə zəngin olan bu yerin bir tərəfi yamac kimi üzü yuxarı çıxır, get-gedə dağ kimi yüksəlir, ən yüksək yerinə çatdıqda isə kəskin bir şəkildə, divar kimi aşağı enirdi. Həmin bu yerdə qədim mağaralar var idi. Ömər burada günəşin çıxışını, batışını sübh çağının dumanını, şehinı çəkmək istəyirdi. O üzdən də növbəti gün səhər tezdən hələ gün çıxmamış axşamdan hazırlayıb qoyduğu çantasını götürərək yola çıxdı. Ömər arzusunda olduğu həmin yerə gəlib çatdıqda fotoaparatını ştativə bərkidərək günəşin qalxmasını gözləməyə başladı. O foto işinə ürəkdən vurğun idi. Buna görə də hər yarpağa, budağa, quşa qiymətli bir xəzinə kimi baxırdı. Xüsusilə də təbiət onun üçün bitib tükənməyən mövzu, iş materialı idi. Ömər diqqətini toplayaraq ətrafı süzdü. Qəribə bir hiss ona hakim kəsildi. Burada sanki ondan başqa da kimsə var idi. Bu hiss onun diqqətini obyektivdən yayındırırdı. Təbii ki, buraya ondan başqa da müxtəlif insanlar, turistlər gələ bilərdilər. Öməri çaşdıran bunun məhz bu saatda, hələ gün çıxmamış, ala toranlıqda baş verməsi idi. O günəşin doğmasını çəkmək üçün fotoaparatı ştativə quraşdırmalı, işləmək üçün bir neçə məkan seçməli olduğundan tez gəlmişdi. Bəs ondan başqasını bura belə tezdən gətirən nə ola bilərdi?
    Günəşin ilk şüalarını göstərməsilə quşlar oyanıb cikkildəməyə başladılar. Lakin ətrafa yayılan bu həzin nəğmənin içində başqa bir səs də var idi. İnsan səsi! Bu səs qadın pıçıltısını xatırladırdı. Öməri vahimə basdı. Bu kim ola bilərdi?! O, səsin hardan gəldiyini təhmin etmək üçün sakit dayanıb dinləməyə, ətrafa göz gəzdirməyə başladı. Pıçıltı quşların səsinə qarışaraq meşəyə yayıldığından o, bir şey ayırd eləyə bilmirdi. Bəlkə bu səs zirvəsində dayandığı dağın sıldırımlarındakı mağaralardan gəlirdi? Lakin bu sakit, küləksiz havada onun sağ tərəfindəki kolların ətrafa açılmış budaqlarının titrəməsi onun diqqətini çəkdi. Ömər fotoaparatının obyektivini açdı. Onu hazır vəziyyətdə tutaraq ehtiyatla irəlilədi. Bu məchulun nə, kim olduğunu bilmək, onu görən kimi çəkmək istəyirdi. Bu zaman o, kolların arasındakı boşluqda hündürlüyü təxminən yarım metr olan yumruvari bir qaraltı gördü. Cəld bu qaraltının fotosunu çəkdi. Lakin bu qaraltı çəkiliş anında çıxan çıqqıltıdan səksənərək dik atıldı və insan boyunda oldu. O, var gücü ilə qarşısına çıxan kolları, budaqları aralayaraq qaçmağa başladı. Ömər qorxaq ada eyildi. Hətta dostları ona öz aralarında qurd ürəkli də deyirdilər. Lakin kimsəsiz, ala qaranlıq meşədə belə bir səhnə ilə üzləşən Ömərin heyrətdən az qala ayaqları yerə yapışdı, əlləri sustaldı. O, özünü ələ alıb titrəyən barmaqları ilə cəld bu məchul məxluqun bir neçə fotosunu çəkdi.
    Ömər həyatda ilk dəfə belə bir şeylə rastlaşdığından heyrətlənmiş, sarsılmışdı. O, evə qayıdıb tələsik fotoları aparatdan kompüterinə köçürtdü. Nə qədər səssiz olmağa çalışsa da dostunu yuxudan oyatdı. Ərkam narazı halda: – Nə olub yenə? Səhər tezdən hardan gəlirsən? – deyərək qalxıb oturdu. Ömər dedi:
    – Səhər-səhər meşənin içilə gedib hündür təpənin üstünə çıxdım ki, günəş təzə qalxdığı anları yaxalayıb gözəl çəkilişlər edim. Lakin mənə qalan bu anlaşılmaz kadrlar oldu.
    Ərkam ona məhəl verməyib, onu yuxudan belə tez oyatdığı üçün narazı halda əl-üzünü yumağa getdi. Qayıdanda Ömərin kompüterindəki fotolara maraqla baxmağa başladı. Ömər bu kadrları gah böyüdür, gah kiçildir, onlara diqqətlə baxırdı. Kadrlarda dəqiqlik az idi. Yalnız bir qaraltının irəliləyərkən fotosunun çəkildiyi hiss olunurdu.
    – Elə bunları çəkmisən? Bəs uğurlu fotolar var?
    Ömər gözünü monitordan çəkmədən: – Uğurlu fotolar elə bunlardır. Qəribə bir şeylə rastlaşdım. Bu bir qaraltı idi. Bunun nə olduğunu anlaya bilmədim. O məndən qorxub qaçdı. Tələsik onu çəkməyə çalışdım. Bir neçə kadr çəkə bildim. Lakin kadrlardan bunun nə olduğu anlaşılmır. Kabusdur nədir?! – dedi.
    Ərkam gözlərini qıyıb monitordakı şəkilə diqqətlə baxdı.
    – Bu nədir belə? Budur bax, burada əl görünür! Bax, açıq-aydın görünür bu bir əldir, insan əli!
    Ömər bir az da həyəcanlandı:
    – Necə olub ki, bayaqdan bunu görməmişəm! Bu doğrudan da əldir!

    ***

    Ömər Çatalcada qaldığı hər gün, hər an ətrafda yeni maraqlı kadrlar görür, onları fotoaparatının yaddaşında əbədiləşdirmək həvəsilə kəndin küçələrinə çıxırdı. O vaxt itirmək istəmir, çoxlu sayda fotolar çəkməyə can atırdı. Burada təkcə mənzərə, qədimdən qalmış köhnə kənd evləri deyil, həm də insanlar öz mehriban simaları ilə çox maraqlı idilər. O, kiraladıqları evə gedərkən keçdikləri kəndin girəcəyindəki əsas yola çıxdı. Maraqlı kadrları tutmaq üçün gözlərini qıyıb ətrafa baxmağa başladı. Fotoaparatını ştativə bərkitdi. Köhnə evləri, daş döşənmiş küçələri bir neçə dəfə çəkdi. Evlərdən birinin taxta eyvanında bir qız məhəccərə saldığı köhnə palazı süpürgə ilə çırpırdı. Ömər bu maraqlı kadrı da çəkdikdən sonra bu qızı hardasa gördüyünü, onu bir yerdən tanıdığını düşündü və çox tez də xatırladı. Bu o idi. Kəndə gəldikləri ilk gün yağışa düşən, əlindəki ağır yükünü çəkə bilmədiyindən dağıdan qız! Həmin qız ona təşəkkür eləyib elə bu evin qapısından içəri girmişdi.
    Qız yaylığını alnından dartıb boynun ardında düyünləmişdi. Uzun şabalıdı saçları kürəyinə tökülmüş, çox işlədiyindən yanaqları pörtmüşdü. Bəyaz dərili üzü tərlədiyindən ay kimi parıldayırdı. Qız iri palazın hər iki üzünü yaxşı-yaxşı çırpdıqdan sonra məhəccərin üstündən dartdı, qatlayıb evə apardı. Ömər gülümsəyib öz-özünə pıçıldadı:
    – Gözəl qızdır…
    Bu qızın kim olduğunu öyrənmək marağı ona güc gəlmişdi. O küçədə oynayan uşaqlardan birini yanına çağırıb soruşdu:
    – Bu eyvanda indicə palaz çırpan qızı tanıyırsan?
    – Dəlini deyirsən?
    Ömər təəccüblənib duruxdu:
    – Məgər o dəlidir? O ki, ağıllı qızdır!
    Uşaq yekə kişi kimi əlini əlinə vurub güldü:
    – Bütün kənd bilir ki, o dəlidir! Sən bilmirsən?
    Öməri maraq götürdü. Axı o qızla danışanda onda cüzi də olsa ağılsızlıq görməmişdi. Ömərin könlündən həmin qızı yenə görmək, onu danışdırmaq keçdi.
    O, fürsət tapanda bura gəlir, özünü foto çəkirmiş kimi göstərir, əsil məqsədi üçün fürsət gözləyirdi. İstəyi o qızı bir daha görmək, onunla bir daha rastlaşmaq, qismət olsa onunla bir daha danışmaq idi. Lakin qız gözə dəymirdi. Evlərinə də gəlib-gedən yox idi. Elə bil burada heç kəs yaşamırdı. Birdən Ömərin diqqətini qarşıdan gələn iki qadın çəkdi. Onların əllərindəki yüklərindən bazardan qayıtdıqları aşkar görünürdü. Qadınlar Ömərə yaxınlaşanda ayaq saxladılar. Bir-birlərilə övladlarından, ailələrindən danışdıqdan sonra sağollaşıb ayrıldılar. Qadınlardan birisi getdikdən sonra o biri qadın əlindəki yükü yerə qoyub dayandı. Onun gəlib yükünü aparması üçün kimisə gözlədiyi aşkar hiss olunurdu. Ömər fürsətdən istifadə eləyib ona yaxınlaşdı.
    – Teyzə, üzr istəyirəm, sizdən bir şey soruşa bilərəmmi?
    Qadın, – Bəli, oğlum, soruş – dedi.
    – Bu eyvanlı evdə gözəl bir qız yaşayır. Onun barəsində soruşmaq istəyirəm.
    – Həəə, o qız? Bax, oğlum, sənə düzünü deyəcəyəm. Mənim də sən yaşda oğlanlarım var. İstəmərəm ki, onlardan hansı birisə dəli qız alsın. Birdən gözəlliyinə aldanıb ona vurularsan haaa… Bax, deyirəm, qız dəlidir! Başını bəlaya salma! Yarlı-yaraşıqlı oğlansan, dəli qız sənin nəyinə gərəkdir?!
    – Yox, teyzə, mən onu heç tanımıram. Elə-belə soruşdum, elə-belə… Onun dəli olduğunu nədən bilirsiz?
    – Bax, oğlum, səhər gün çıxmamış o, ya harasa gedir, ya da hardansa gəlir. Ağlı başında olan adam da belə şey eləyər?
    Ömərin marağı bir az da artdı. Axı bu qızla şəxsən danışmış, söhbət eləmişdi. O xoş təsir bağışlayan, mədəni, ağıllı bir qız idi.
    Ömər gözlənilməz, müəmmalı hisslərin əlində çaş-baş qalmışdı. O haqlı idi, yoxsa bu qızı dəli hesab eləyən kənd camaatı? Ona xəbərdarlıq edən qadının sözlərini bir daha xatırladı: “Birdən gözəlliyinə aldanıb ona vurularsan ha!” Ömər: “Vurulmaram, niyə vuruluram ki?!” – deyə düşündü. Bəs onda niyə o bu qız barəsində bu qədər çox fikirləşirdi? Niyə həmin qız ona belə sirli görünürdü?

    ***
    Ömər qızın eyvanda palaz çırparkən çəkdiyi şəklini kompüterində böyüdərək baxır, onu anlamağa çalışırdı. O, Ərkamın kompüterə yaxınlaşdığını görüb soruşdu:
    – Bu qız haqda təəssüratın necədir, onun haqda nə düşünürsən?
    – Yalnız onu deyə bilərəm ki, çox gözəl qızdır.
    – Bizim küçədə yaşayır. Taxta eyvanlı suvanmamış daş evi görmüsənmi? Bax, o evdə yaşayır.
    – Dostum, sən aşiq olmusan!
    – Yooox, nə aşiq canım?!
    – Niyə də yox! O gözlərə kim sevdalanmaz?!
    – Bilirsənmi, qonşular ona dəli deyirlər. Amma mən onunla danışmışam, o qız kifayət qədər ağıllıdır. Lakin nədənsə o, mənə də çox qəribə göründü. Bu qızda nə isə bir sirr var. Onu görmək, onunla bir daha danışmaq, bu sirri çözmək istəyirəm. O isə nəinki küçəyə, heç eyvana da çıxmır.
    – Bura bax, dostum, gəlsənə evlərinə gedək!
    – Nə danışırsan?! Gedib nə deyəcəyik?
    – Eh, o qədər bəhanə tapmaq olar ki!
    – Məsələn, nə?
    – Məsələn, deyə bilərik ki, guya biz onların evlərini almaq istəyirik. Sonra bir şeyi bəhanə eləyib deyərik ki, daha alası olmadıq. Nəyimizə gərəkdir onların evləri?
    – Doğrudan da, bəs deməzlər ki, nəyinizə gərəkdir?
    – Deyərik k, alıb butik otel eləmək istəyirik. Necə fikirdir?
    – Məncə ağlabatandır.
    – Ağlabatan nədir?! Əladır, əla! Macəranı sevirəm!

    ***
    Ev sahibi yaşlı bir adam idi. O qonaqları hörmətlə qarşılayıb əyləşməyə yer göstərdi. Ömər ilə Ərkam keçib oturdular. Evdə adam çox idi. Kişi: – Oğlanlarımdır, beş oğlum var – deyə gülümsədi. İki azyaşlı uşaq qaça-qaça gəlib ona sarıldılar. Yaşlı adam: – Bunlar da nəvələrimdir – dedi. O, uşaqları bir-bir əzizlədikdən sonra üzünü qonaqlara tutdu:
    – Gəlişinizin məramını bilmək istəyərdim. Sizə nədə yardımçı ola bilərəm?
    Ömər ehtiyatla: – Biz iş adamıyıq. Sizin kənddə turistlər üçün kiçik bir otel, bir də kiçik restoran açmaq istəyirik. Bunun üçün bir neçə yer gözaltı eləmişik. Bunlardan biri də sizin evinizdir. Düşündük ki, sizin evinizi satmaq fikrinizin olub olmadığını öyrənək – dedi.
    Kişi ona diqqətlə qulaq asdıqdan sonra: – Hə, deməli evimizi almaq istəyirsiz – dedi.
    Ömər ətrafa göz gəzdirib: – Bəli, bura elə biz istədiyimiz kimidir. Geniş dəhliz və çoxlu kiçik otaqlar… – dedi.
    Çox çəkmədi ki, Ömərin görmək istədiyi qız əlində sini içəri girdi. O, qonaqlara qəhvə gətirmişdi. Qız: – Xoş gəlmisiz – deyib içində qəhvə fincanları olan sinini qonaqlara uzatdı.
    Ömər arzusuna çatmışdı. Bəli, bu o idi. Ömər gözlərini qızın gözərinə zillədi. Qız qonağın ona diqqətlə baxdığını hiss edib baxışlarını qaldırıb ona baxdı. O dəqiqə onu tanıyıb özünü itirdi və nədənsə çox həyəcanlandı. Elə bu dəm otağın qapısı ağzında beli şal ilə, alnı qatlanmış baş yaylığı ilə sarınmış gənc qadın göründü. Qadın bir əlilə belini, bir əlilə başını tutmuşdu. O üz-gözü ilə qıza işarə eləyib dəhlizi göstərdi.
    – Yeri!
    Qız o dəqiqə dəhlizə çıxdı. Qadın ona təpindi:
    – Uşaqlar burda nə gəzirlər? Onları niyə yatırtmamısan?
    – Axı hələ yedizdirməmişəm…
    – Nəyi gözləyirsən? Of, bu qız məni öldürəcək! Tez ol, uşaqları götür, gəl dalımca!
    Qız danlandığını qonaqların eşitdiyinə görə pərt olmuşdu. O cəld geri qayıdaraq uşaqları götürdü və otaqdan çıxdı. Yaşlı kişi başını yelləyib qadının dalınca narazı halda baxdı.
    – Gəlinimdir… Eh, bizim günümüz budur. Özü heç nə eləmir, elə hey tələb eləyir, əmr eləyir. Oğlum da onun tərəfini tutur deyə, üstünə getmək, bir söz demək olmur. Bütün işlər yazıq qızımın boynunda olmasına baxmayaraq həmişə, hər işdə günahkar da odur. Eh, nə isə… Deyirəm barı adam yanında özünü belə aparmasın. Qızımdan ötrü çox narahatam. Bu evdə onunla çox pis davranırlar. Axı o buna layiq deyil.
    Ərkam kişiyə ürək-dirək vermək üçün: – Narahat olmayın, əmi, qızdır, İn şa Allah ərə gedər, yaxşı bir evə düşər hər şey düzələr – dedi. Qoca: – Eeeh, birini bilirsiz, birini yox. Axı onu kim alar kasıb kişinin qızıdır. Bir də axı… Heç bilmirəm necə deyim, axı kənddə onun adı dəli kimi çıxıb. Ona görə də elçi gələnlər ya gicə, ya da çolağa görə gəlirlər. Mən də qızımı bədbəxt eləmək istəmədiyim üçün vermirəm. Eeeh, nə isə… – deyə gileyləndi.
    Ərkam özünü məsələdən xəbərsiz göstərib, guya təəccüblənirmiş kimi soruşdu:
    – Bəs adı niyə elə çıxıb?
    – Bilirsənmi oğlum, bir söz ki çıxır, camaatın ağzına düşür, sonra daha… Elin ağzı torba deyil ki yığasan!
    – Bəlkə ev qızıdır, təhsil görmədiyi üçün avamdır. Kiminsə yanında bilməyib nəyisə səhv danışıb, ona görə adı belə çıxıb?
    – Yox, oğlum, elə deyil. Mənim Ayişəm çox ağıllı, savadlı qızdır. O, İstanbulda lisey bitirib. Təhsilini Universitetdə davam elətdirmək istəyirdi. Lakin arzusu ürəyində qaldı.
    – Niyə?
    – O, təhsil aldığına görə lap kiçik yaşlarından bir qohumumun evində qalırdı. Tənha, yaşlı qadın idi. Qadın Allahın rəhmətinə qovuşduqdan sonra qardaşı uşaqları evini satdılar. Ayişəm də qayıtdı yanıma. Mən də daha yaşlanmışam, təhsil xərclərinə görə pul da düzəldə bilmirəm. İndi bütün işlər onun boynundadır, hamıya o baxır. O qədər işləyir ki, yorğunluqdan üzülür. Əgər bu evi satsam kiçik ev alaram, pulun qalığı ilə oğlanları evləndirərəm. Bəlkə Ayişəmin də işi azalar. Siz bir otaqları gəzin baxın. Evin arxa tərəfində həyətimiz var, ora da baxın. Doğrudur, həyət çökəkdir, yağış yağanda su ilə dolur. Alsanız buna bir çarə fikirləşməli olacaqsınız.
    Yaşlı adamın dəvətilə onlar otaqlara baxmaq üçün yerlərindən qalxdılar. Ömər dəhlizdə Ayişə ilə rastlaşdı. Qız bir anlıq ona baxsa da sonra ona məhəl verməyib tələsik otaqlardan birinə keçdi. İçəridən qardaşlarından birinin səsi gəlirdi:
    – Niyə belə gec gəldin? Bir az cəld ola bilməzdin? Gəl, gəl ayaqlarımı ovxala!
    Bu vaxt o biri otaqdan digər qardaşının səsi eşidildi:
    – Ayişə, harda qaldın?! Gəlib çıxsana, qız!
    Ayişə özünü yenicə səsi gələn qardaşına yetirmək istəyirdi ki, gəlin hardansa çıxıb dəhlizdə peyda oldu. O əsəbi görünsə də qonağa görə yavaş danışmağa çalışdı:
    – Sən hələ də burdasan? Bəs paltarları kim yuyacaq?
    Ayişə niyə ləngidiyinin səbəbini izah etmək üçün əlilə indicə çıxdığı otağın qapısını göstərib özünə haqq qazandırmaq istədi. O, elə: – Mən… – demişdi ki, gəlin onun sözünu kəsdi:
    – Sus, danışma! Uşaqlar yatıb! Paltarları niyə yumamısan?
    – Mən…
    – Sənə demədim sus?!
    Gəlin qonağın ona mat-mat baxdığını görüb tərbiyəli qadın olduğunu göstərmək üçün onun üzünə məsum bir təbəssümlə gülümsədikdən sonra Ayişənin qolundan tutaraq çəkib apardı.
    Ömər artıq qocanın nə dediyini eşitmirdi, onun fikri Ayişənin yanında qaldığına görə bütün diqqətini onların nə danışdığında cəmləşdirmişdi. Qızı qabağına salıb aparan gəlinin səsi hələ də gəlirdi:
    – Səhər açılandan heç nə eləməmisən! Evləri yığışdırdın, xörəyi bişirib qabları yudun, deməli daha heç nə eləməyəcəksən?! Bəs paltarları kim yuyacaq?
    – Axı mən…
    – Demədim danışma?! Uşaqları oyadacaqsan!
    Ömər otaqlara baxdıqdan sonra ağlına maraqlı fikir gəldi: “Deyəsən axı buranı doğurdan da kiçik otel eləmək olar!” Əvvəl bu sözü bəhanə xatirinə desələr də indi bu fikir ona daha real və maraqlı görünürdü.

    ***
    Ömər əl telefonundakı zəngli saatı sübh tezdən zəng vursun deyə quraşdırmışdı. Lakin o, sübh açılmamış artıq öz sevimli məkanında, meşənin gözəlliyinə heyran olduğu həmin o mistik yerində idi. Onu bu dəfə buraya cəlb eləyən foto çəkməkdən daha çox keçən dəfə günün bu saatlarında baş vermiş hadisə idi. Bəlkə burada naməlum məxluq, bir meşə məxluqu yaşayırdı ki, onu ancaq Ömər tapmış, kəşf etmişdi?
    Gün ərzində günəşdən qızmış hava səhərə yaxın sərinləşdiyi üçün şeh düşməyə başlamışdı. Ömərin tutmaq istədiyi an da elə günün bu vaxtı idi. Onun ehtimalına görə nə baş versə elə bu vaxt baş verəcək, gözlədiyi məxluq indicə görünəcəkdi. Ömər üzü gün çıxana dayandı. Artıq günəşin ilk şüaları göyün üzünü işıqlandırmağa başlamışdı. Buludların kənarları parıldadığından göyün üzü parça-parça görünürdü. Göyün üzü işıqlanmağa başlasa da sıx ağaclar işığın meşənin içərisinə düşməsinə imkan vermirdi.
    Meşənin sükutunu sübh çağı oyanan quşların səsi pozurdu. Ömər dayanıb meşənin hənirtisini dinləməyə çalışdı. Quş cikkiltisindən başqa heç bir hənirti olmadığı üçün yad olan hər hansı səsi o dəqiqə ayırd etmək olardı. Bu an Ömər həmin səsi, o sirli pıçıltını bir daha eşitdi. Səs keçən dəfə olduğu kimi yenə də astadan nə isə deyirdi. Ömər yerindən tərpənmədi, dizlərini qatlayıb aşağı əyildi və diqqətlə qulaq asmağa başladı. Ara bir bəzi sözlər açıq-aydın eşidilir, bəzən də anlaşılmaz olurdu.
    – Məni düşdüyüm bu zülmdən qurtar. Nə gücüm çatır, nə də səbrim… O Yusif peyğəmbəri ki quyudan, zindandan qurtardın… Məni də xilas elə… Mən də sənin qulunam…
    Bu gənc qadın səsi idi. Əvvəlcə Ömər onun kiminləsə danışdığını zənn elədi. Lakin tezliklə dua elədiyini anladı. Qadın astadan davam elədi:
    – Dualarım qəbul olunana qədər sənə dua eləyəcəyəm… Göz yaşlarımı sil… Üzümü güldür… Əsirlikdən qurtar…
    Görəsən bu dərdli qadın kim idi? Onu kim incitmişdi, kim əsir götürmüşdü? Bəlkə həmin o kabus?! Ömərin ürəyindən dara düşmüş bu qadına kömək eləmək keçdi, bəlkə elə bu qadın meşədə yaşayır, bəlkə də İnceğiz mağaralarında? Bəlkə də onu burada məcburi saxlayırlar? Ömər ona yaxınlaşıb nə baş verdiyini, ona necə kömək edə biləcəyini soruşmaq istədi. Ayağa qalxıb səsin gəldiyini təxmin etdiyi tərəfə addımladı. O uzaqda deyildi, dizi üstə oturmuş, başına qara ilə boz rəngin qarışığında bir örtük salmışdı. Örtük qadının gözlərinin üstünə düşdüyündən yalnız burnu və çənəsi görünürdü. Bu onun gənc olduğunu anlamaq üçün yetərli idi. Ömər addımlarını yerə yavaşca basaraq ona yaxınlaşıb yanında oturmaq, onunla danışmaq, dərdini soruşmaq istəyirdi. Lakin nə qədər ehtiyatlı olsa da qadın ona kiminsə yaxınlaşdığını hiss edib diksindi. Ömər keçən dəfəki kimi qaçmasın deyə onun çiyinlərindən tutdu. Qadın çırpındığı üçün arxası üstə yerə yıxıldı. Ömər onu daha möhkəm tutmağa çalışaraq: – Sən kimsən? – deyib, başını tamamilə örtmüş örtüyü üzündən kənarlaşdırmaq istədi. Lakin alnından dəyən qəfil və güclü zərbə onu dayandırdı. O qadını buraxıb əlini alnına apardı. Əli torpaq qarışıq qana bulaşdı. Qadın quş kimi yerindən sıçrayıb qaçdı. O qadının hürkdüyü üçün onu daşla vurduğunu anladı. Bu kabus deyildi. Gerçək qadın idi. Ömər onun sısqa çiyinlərini hələ də ovuclarında hiss eləyirdi.
    Ömər Ərkamı oyadıb narahat eləməmək üçün sakitcə içəri girdi. Qaşının üstündən axan qan yanağını da bulaşdırmışdı. O soyuq su ilə üz-gözünü yudu. İslatdığı yaş dəsmalı alnına qoyub arxası üstə divanda uzandı. Lakin Ərkam oyaq olduğundan onun gəldiyindən xəbər tutmuşdu. Ərkam ona yaxınlaşıb – Sənə nə olub, Ömər? – deyə soruşdu.
    – Heç… Bir az əvvəl meşədə yıxılmışdım… Alnım daşa dəyib əzildi.
    – Sən də yaralanmaq üçün münasib zaman tapdın ha… Axı biz bir-iki günə yığışıb geri qayıtmalıyıq?
    – Sən qayıt… Mən ürəyimi burda qoyub heç yerə gedən deyiləm. Ayişəni özümlə İstanbula aparmayınca geri qayıtmayacağam.
    – Əlbəttə, bu sənin şəxsi işindir, amma səni başa düşə bilmirəm… İstanbulda qızmı yoxdur? Orda o qədər gözəl qız var ikən…
    – Qızların çoxu gözəl ola bilər, lakin hər qız onun qədər məsum ola bilməz. Mən ondakı məsumluğa məftun olmuşam!
    – Bəs bu kənddə onun haqqında gəzən söz-söhbətlər necə, səni narahat eləmir?
    Ömər gülüb: – Boş ver! Görəsən kim niyə görə çıxardıb o sözü?! Bəlkə kiminsə çirkin qızı var, qorxur ki, elçilər onun qızını yox, Ayişəni alarlar – dedi.

    ***
    Ömər çox narahat idi. Ürəyi sıxılır, canını qoymağa yer tapa bilmirdi. Çünki onlar tezliklə İstanbula qayıtmalı idilər. Fikri Ayişənin yanında qaldığından daha fotoya olan həvəsi də onu əvvəlki qədər çəkmirdi. İmkan tapan kimi Ayişə gilin taxta eyvanlarının qarşısında dayanır, onun çıxmasını gözləyirdi.
    Bu dəfə səhər-səhər hava çox dumanlı olduğundan göz-gözü görmürdü. Belə havada foto çəkmək də mümkün deyildi. O fikrini dağıtmaq üçün bir az gəzmək qərarına gəldi. Dumanlı havada hara gedəcəyini bilmədən gəzişərkən bir qız ilə üz-üzə gəldi. Elə bil göydən düz onun qarşısına düşmüşdü. Ömər onu o dəqiqə tanımasa da qız onu tanıdığından dayanıb diqqətlə üzünə baxmağa başladı. Bu Ayişə idi. Ömər ona: – Ayişəm! – deyə səsləndi. Qız gülümsəyib yavaşca:
    – Mənim adım Ayişədir. Ayişəm deyil – dedi.
    – Bəs atan səni niyə Ayişəm çağırır?
    – Çünki mən onun Ayişəsiyəm.
    – Olarmı mən də sənə Ayişəm deyim?
    Ömər ətrafına baxdı. Heç kəs yox idi. Dumandan ətraf daha da görünməz olmuşdu. Lakin o Ayişənin getmədiyini, yaxında olduğunu hiss edirdi. Ömər yüksək səslə onunla danışmağa davam elədi:
    – Mənim də Ayişəm ol! Səni burada, bu əziyyətin içində qoyub getməyəcəyəm, Ayişəm! Eşidirsənmi?! Ayişəm!!!
    Lakin heç bir səs gəlmədi. Qız elə bil qeyb olmuş, quş olub göyə uçmuşdu.

    ***

    – Salam-əleyküm, xoş gördük!
    – Salam-əleyküm, xoş gəldiniz!
    – Necəsiniz?
    – Təşəkkür edirik! Siz necəsiz?
    – Biz də yaxşıyıq, sağ olun! Biz Ayişəni oğlumuz Ömərə istəməyə gəlmişik.
    – Eləmi? Çox gözəl! Amma bu çox ciddi məsələdir. Mən oğlanlarımı da çağırım bu söhbətdə hamı iştirak eləsin.
    Yaşlı adam dəhlizə çıxıb ilk rastlaşdığı oğlundan evdə olan digər qardaşlarını da çağırmasını tapşırdı. Qardaşlar gəlib ədəb-ərkanla salamlaşdıqdan sonra əyləşdilər. Onlardan ən böyüyü üzünü elçilikdə özü də iştirak edən Ömərə tutub dedi:
    – Deməli, Ayişəni istəməyə gəlmisiniz… Onu hardan tanıyırsan?
    – Sizin evdə görmüşəm…
    – Neçə dəfə görüşmüsünüz?
    – Onunla bir dəfə təsadüfən küçədə görüşmüşdük.
    Digər qardaş üzünü atasına tutub etirazını bildirdi:
    – Baba, sənə çox deyirdik qızı İstanbula oxumağa göndərmə! Budur bax! Tərbiyəsi yaxşıca korlanıb! Küçədə oğlanla görüşüb!
    O biri qardaş onun bu sözlərini təsdiqlədi:
    – Hə, doğrudur. Dinləmədin bizi… Bax gör şəhər onu necə xarab eləyib! Küçədə oğlanla tanış olub!
    Qardaşı: – Ayişə! – deyə hirslə qızı çağırdı. Ayişə tələsik yaylığını bağlaya-bağlaya gəldi.
    – Keç otur!
    Qız dinməzcə keçib oturdu. Üz-gözündən halsız və qızdırmalı olduğu hiss olunurdu. O biri qardaş: – Ayişə, bu oğlanı hardan tanıyırsan? Səni istəməyə gəlib! Qız, eşidirsənmi? Cavab versənə! – dedi.
    Ayişə pis vəziyyətdə qalmışdı. O susur, tez-tez əlini alnına aparır, başını aşağı salırdı. Böyük qardaş üzünü Ömərə tutub qəzəblə əlini əlinə vurdu:
    – Bəs sən nə cəsarətlə bizim bacımızla küçədə görüşmüsən? Sənə bu həddi kim verib? Sənin kimisini güllə qabağına qoymaq da azdır!
    Bayaqdan sakit oturmuş digər qardaş dilləndi:
    – Bir dayan! Sən nə danışırsan? Biz adam öldürənik? Pis oğlana oxşamır. Yaxşı başlıq versə qızı ona verərik.
    Ömərin ata-anası deməyə söz tapmır, üzündən peşmançılıq yağan Ayişəyə və onun qardaşlarına baxırdılar.
    Ömərin atası tərəddüd etmədən dedi:
    – Biz Ayişə üçün istədiyiniz məbləğdə başlıq verməyə hazırıq!
    Ayişənin atası bu söhbətdən sanki diksinərək ayıldı. O böyük oğluna təpinərək dedi:
    – Sən kimsən ki, mən olan yerdə qərar verirsən?! Mən hələ ölməmişəm! Ayişəmi də satmaq üçün bazara çıxarmamışam!
    Yaşlı adam üzünü Ömərin atasına tutaraq: – Siz arxayın olun, ortada heç bir başlıq söhbəti ola bilməz! Ayişəmin atası mənəm, mən sizə deyirəm, qız sizindir! Verdim getdi! – dedi.

    ***
    Ayişə ağ gəlinlikdə mələyə oxşayırdı. Atası ona xeyir-dua verib alnından öpdü. Qız xeyir-duasını alıb yenicə evdən çıxmaq istəyirdi ki, yanında dayanmış qardaşı arvadı onun qolundan tutdu. Ayişə ona sarı döndü. Qadın gözlərini geniş açaraq ona baxırdı. Bir dəqiqə susduqdan sonra yavaşca dedi:
    – Ayişə, sənə qarşı çox amansız və haqsız olmuşam!
    – Bu nə sözdür? Niyə elə deyirsən?
    – Sənin haqqında kənddə gəzən söz-söhbəti mən yayırdım. Qorxurdum ki, birdən ərə gedərsən, işlər tökülüb qalar üstümə…
    Qadının “kənddə gəzən söz-söhbəti mən yayırdım” ifadəsi Öməri o qədər heyrətləndirdi ki, az qala yeni bir şey kəşf eləyibmiş kimi çığırıb hamını toplamaq istədi. Lakin qadının yaşla dolmuş gözləri Öməri saxladı.
    – Ayişə, məni bağışla! Sizin evinizə gələndən mən yeyib yatır, sən isə qul kimi işləyirdin. Dediyim təhqirlərə, acı sözlərimə bir kəlmə də olsun cavab vermirdin. Boynumda haqqın böyükdür. Haqqını halal elə!
    – Allah bağışlayandır, mən nəkarəyəm?! Allah bağışlasın! Haqqımı halal eləyirəm!
    – Çox işlədiyinə görə gecələr yuxuda əl-ayağının ağrısından zarıyırdın. Mən bunu bir qıraqdan seyr eləyəndə sənə yazığım gəlirdi. Amma səhər açılan kimi yenə də səni işlədirdim.
    – Halal eləyirəm!
    – Həyət yağış suyu ilə dolanda qurşağa qədər soyuq suyun içinə girib suyu vedrələrə çölə boşaldırdın. Mən isə isti evdə… Mən…
    Gəlin başını aşağı salmış, barmaqlarını bir-birinə keçirdərək sıxmışdı. Ayişə onun sinəsinə yapışdırdığı çənəsini ovuclarına alıb başını qaldırdı, gözlərinə baxıb gülümsədi:
    – Halal eləyirəm!
    Atası əlindəki quranı qaldırıb Ayişənin başının üstünə tutdu.

    ***
    Onlar maşınla Çatalçadan uzaqlaşırdılar. Ayişə hər cürə söz-söhbəti, incikliyi geridə buraxıb yeni həyata başlayacaqdı. Ömərin gözəlliyinə vurulduğu, fotolar çəkməyə cəhd etdiyi, lakin kabusla rastlaşdığı həmin o vahiməli dağın yanından keçəndə Ayişənin dağa sarı həyəcanla boylandığını görüb dedi:
    – Tək burda bəxtim gətirmədi, işim uğurlu alınmadı. Çox gözəl
    yerdir, lakin təəssüf…
    Maşın yaxınlaşdıqca qızın səbirsizləndiyi hiss olunurdu. Onlar dağın lap yaxınlığından keçəndə qız gözlənilmədən sürücüyə: – Qardaş, lütfən maşını saxlayarsanmı? – dedi. Sürücü: – Baş üstə! – deyib maşını saxladı. Ayişə Ömərə: – Bir az gözlə, tez qayıdacağam – deyib tələsik maşından düşdü. Ömər onun ardınca: – Hara gedirsən? Məni də gözlə! – demək istəyirdi ki, qız gəlinliyinin ətəklərini əllərinə yığıb ondan çıxmayan cəldliklə maşından uzaqlaşdı. Budaqlardan tuta-tuta üzü yuxarı irəliləməyə başladı. Ömər: “Ayişə bu vahiməli dağda qorxar, yarı kabus, yarı gerçək qadınla rastlaşar” – deyə düşündü və tələsik maşından düşərək onun ardınca getdi.
    Ömərin ardınca gəldiyindən xəbərsiz olan Ayişə inadla irəliləyirdi. Birdən dizlərini qatlayıb yerə çökdü və əllərini irəli uzatdı. Qəfil sakitləşib dua eləməyə başladı:
    – Allahım, məni zindandan qurtardığın üçün sənə təşəkkür eləməyə gəldim! Xilas elədin, hələ üstəlik ürəyimdən kədəri götürüb yerinə gözəl bir hiss qoydun! Eşq! Onu elə sevirəm ki! Gözlərinə ilk baxdığımda ona aşıq oldum! Nənəm deyirdi ki, sübh vaxtı dağın başında dua eləsən duaların qəbul olunar. Axır ki duamı eşitdin! Sənə minnətdaram, Allahım!”
    Ömər diqqətlə səs çıxartmadan, nəfəsini içinə çəkib qulaq asırdı. Bu həmin səs idi! Həmin kabus qadının səsi! Necə olub ki, bu vaxta qədər bunun fərqində olmayıb? Deməli, dua eləyən eyni adamdır! Yəni doğrudan da burada rastlaşdığı həmin vahiməli qadın elə Ayişə imiş?!
    Ömər onu hürkütməmək üçün sakitcə yaxınlaşdı. Ayişə onun gəldiyini bilmədiyi üçün diksinib qəfil yerindən sıçradı. Qorxub qaçmaq istədi. Ömər onu tutaraq: – Ayişəm, qorxma mənəm! – dedi.
    Ayişə Ömərin onun sözlərini eşitdiyi üçün narahat olmuşdu, nə edəcəyini bilmirdi. Ömər onu bərk-bərk qucaqlayıb dedi:
    – Mən hər şeyi eşitdim. Bu gözəl sözlərin üçün sənə təşəkkür edirəm!
    Ayişə başını onun sinəsinə söykəyib sakitləşdi. Maşında yol boyu başını Ömərin çiyninə qoyub onun danışdığı sözlərin heç birinə cavab vermədən susdu. Ömər isə hey danışır, planları ilə onu tanış eləyir, kefini açmağa çalışırdı:
    – Evinizi atandan aldım. Pulunu da artıq verdim ki, qardaşlarının şəraitini istədiyi kimi düzəldə bilsin. Oranı butik otel eləyəcəyəm. Sənin otelin olacaq. Sonra gəlirinə daha birini alarıq. Gələcəkdə sənin bir neçə otelin olar. İş qadını olarsan. İstanbulda təhsilini də davam etdirərsən. Sən ağıllı və çalışqansan. Bacararsan! İndiyə kimi sənə dəli deyən həmkəndlilərin sən ora gedəndə ayağının tozuna da həsrət çəkəcəklər!
    Ayişə yanaqlarından yaşı sılıb gülümsədi:
    – Əlbəttə, axı mən sənin Ayişənəm!

  • Esmira RƏHİMLİ.”Könlüm”

    esmira

    Nə olub, yenə də eynin açılmır?
    Ey mənim qubarlı, qəhərli könlüm.
    Elə bil üstündən tufanlar keçib
    Vurulub salınmış kədərli könlüm.

    Olmazın dərdlərin düşüb yadına,
    Təbib olmayanlar baxıb halına.
    Duzu dərman bilib basıb yarana,
    Göz yaşların axıb zəhərli könlüm.

    Bayquşlar nə bilər gülün ətrini,
    At arısı çəkməz şəmin qəhrini.
    Kafir səccadəni, ellər qədrini,
    Bilməz, a bağlardan bəhərli könlüm.

    Üzün elə döndü, getdi qatarlar,
    Geri dönərmi heç ötən baharlar?
    Körpə uşaq kimi hıçqırıb ağlar,
    Bir vaxt şad gördüyün fərəhli könlüm.

  • Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”

    esmira

    Qaşları can alan xəncər, gözləri qövğadır, dedi.
    Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi.

    Bax ki, viran can evim, rəhm eylə, aman dilədim,
    Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi.

    Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim,
    Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi.

    Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim,
    Güldü, bu nə xam xəyal, bu nə xam sevdadır, dedi.

    Ey dildar, həmdəmim ol, səhraya sərin su ələ,
    Sənin ki tək sirdaşımn xaliqi-mövladır, dedi.

    Dedim bir gəl bu bağa, bağban ol, bağın olaram,
    Gəlmədi, bu nə fitmə, nə qanlı fətfadır, dedi.

    Əsməra, söylə necə dərdimə dərman eləyim?
    Sənin o dərd bildiyin dünyaya zibadır, dedi.

  • Esmira RƏHİMLİ.”Əsgər”

    Esmira

    Gəl, öpüm alnından, qəhrəman əsgər!
    Sənin gözlərində Vətənim gülər!
    Sənin silah tutan əlin mübarək,
    Var olsun şəhərin, elin mübarək!
    Sənin ayağının altından öpən,
    Tapdayıb keçdiyin yolun mübarək!
    Hünər ananındır, qəhrəman odur,
    Örpəyi bayraqdır qala yurduma!
    Alnı açıq olsun, gözləri aydın
    Sən tək oğul verib Ana yurduma!
    Gəl, öpüm alnından, qəhrəman əsgər!
    Sənin gözlərində Vətənim gülər!

  • Esmira RƏHİMLİ.”Axıdıb göz yaşımı bağrımı xak eyləmisən” (Qəzəl)

    Esmira

    Axıdıb göz yaşımı bağrımı xak eyləmisən,
    Yumusan yanağımı nə yaxşı, pak eyləmisən.

    Ey Rəbb, şükr eylərəm ki, yaradıb küllü aləmi,
    Mərhəmət sahibisən, bizi də xalq eyləmisən.

    Özündən başqasına əymə qulunun boynunu,
    Çünki tək ibadəti yalnız sən haqq eyləmisən.

    Qəzəbinlə bağları səhrayi-çöllü-biyaban,
    Sevgin ilə çölləri çikəkli bağ eyləmisən.

    Sevməsin əğyar məni, sən sev ki, bu yetər mənə,
    Sevdiyinçün torpağı ucaldıb dağ eyləmisən.

    Əsməra giley etməz, sual eylər, görən niyə,
    Dilimi qılıncdan sərt, qəlbimi yağ eyləmisən?

    01-V-2016

  • Müzəffər MƏZAHİM.”Bu yazıq Bəndəni…”

    mm

    Cəzamı verməyə gətirdin, Allah,
    Bu yazıq bəndəni bu şər dünyaya?
    Yoxsa doğulmamış etdimi günah,
    Götürüb tulladın bəşər dünyaya?

    Daddırdın həyatı bal, nobat kimi,
    Sonsuz arzu verdin amanat kimi,
    Ömrünə, bəxtinə mükafat kimi,
    Gətirdin qəlbində qəhər dünyaya,

    Verdin ədaləti, səmimiyyəti,
    İnsafı, mürvəti, gözəl niyyəti.
    Fəqət əsirgədin səlahiyyəti,
    Etdin bu yazığı yəhər dünyaya.

    Başından əsgilmir qovğa, qalma-qal,
    Zərbəni vurduqca vurdun dalba-dal,
    Dərddən, ehtiyacdan tapdımı macal,
    Verə sevincini nəmər dünyaya?

    Ruhunu, cismini cəbrə bağladın,
    Bütün ümidini səbrə bağladın,
    Ömür örkənini qəbrə bağladın,
    Keçdi doğanaqdan kədər dünyaya.

  • Müzəffər MƏZAHİM.”Bizi”

    mm

    Nə qədər böhtandan, nahaqdan qaçdıq,
    Yenə gəlib tapdı şər, böhtan bizi.
    “Dosta” qapımızı ürəklə açdıq,
    Saldı min əzaba bu “nöqsan” bizi.

    Tarix zülmət yolda sınıq əsadır,
    Yalanın, yamanın ömrü qısadır.
    Duya bilərdikmi fitnə-fəsadı,
    Zaman etməsəydi imtahan bizi?

    Tutuldu yolumuz, bəndi-bərəmiz,
    Təkcə özümüzə qaldı çarəmiz,
    Dar gündə edilən tövbələrimiz,
    Qurtara bilmədi günahdan bizi.

    İşığa aldanıb zülmətdə qaldıq,
    Divə əsir olduq, töhmətdə qaldəq,
    Vüsal deyə-deyə həsrətdə qaldıq,
    Arxayınlıq yıxdı hər zaman bizi.

    Boylandıq tarixin xarabasından,
    Gördük yurdumuzu qoyublar viran,
    Vətənin dərdinə olmasaq həyan,
    Alarmı qoynuna bu məkan bizi?

    Dağılan məmləkət göz dağımıztək,
    Olanlar, keçənlər həqiqət, gerçək,
    Birləşə bilərik əl-ələ versək,
    Hələ də yaşadır bu güman bizi.

  • Mais TƏMKİN.”Ay şirindən şirin gözəl…”

    10646868_273655359498567_6620189188081019440_n

    Tərifini həm söz ilə,
    Həm saz ilə deyim- sənin.
    Toy-büsatda cuşa gəlib,
    El-obaya öyüm səni.

    Seçək elə guşə- məkan,
    Ya da olaq gəl, laməkan.
    Ürəyimdə çıxart tikan,
    Gül-çiçəklə ,,döyüm*” səni.

    Könül istəsəm ver, elə…
    Özünü mənə pir elə.
    Gözüm üstə sən yer elə,
    Hifz eləsin göyüm səni.

    Bir ilham ver, mən bülbülə,
    Gəl, səni bələyim gülə.
    İnanmıram baxmaq ilə,
    Camalından doyum, -sənin.

    Ay kamalda dərin gözəl,
    Təmkin deyir, pirim gözəl,
    Ay şirindən -şirin, gözəl,
    İstəyirəm yeyim səni.)

  • Mais TƏMKİN.”Gözlərimdən yanağıma yaş damır”

    10646868_273655359498567_6620189188081019440_n

    Bir köhnə ev qalıb ata-babadan,
    Yağış yağsa, payız damır, qış damır.
    Az qalıbdır divarları uçula,
    İçəridən nəm çəkdikcə daş, damır.

    Haqq dedikcə yalan ,,bitir*” düzümdə,
    Ona görə ötüb keçmir sözüm də.
    Yarıb keçir, şırım açır üzümdə,
    Gözlərimdən yanağıma yaş damır.

    Zalımların başlarına qoyub tac,
    Məzlumları bu dünyada gəzir ac.
    Baş götürüb bu dünyadan, Mais, qaç:
    Fələk onsuz şairləri xoşdamır!!

  • Azərbaycan Dövlət Aqrar Universiteti inkişaf edir, səmimi bir ailəyə çevrilir

    http://s009.radikal.ru/i310/1605/0b/d99d9ab8b50c.jpg

    http://s017.radikal.ru/i435/1605/58/5a9fcac8666d.jpg

    http://s017.radikal.ru/i434/1605/d5/f408802b9a67.jpg

    http://s020.radikal.ru/i716/1605/7b/9a30cdf7a129.jpg

    İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görübvə bu iş indi də davam edir.
    Son üç ildə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.
    Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
    Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
    Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır.
    Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.
    Universitetin bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. 7 fakültənin əyani və qiyabi təhsil formalarında 5 minə yaxın tələbə təhsil alır ki, onların da tədrisi ilə 480-dək professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent vardır.
    2008-ci ildə universitetdə tələbə-müəllim nisbəti (bir müəllimə düşən tələbələrin sayı) 5,1 nəfər olduğu halda, hazırda bu rəqəm 11,1 – dir, tələbə qızların sayı 10 faiz təşkil edirdisə, hazırda 30 faizdən artıqdır.
    Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Konkret faktlar da deyilən fikiri təsdiq edir. Sessiya imtahanları əsasən kompüter vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın və obyektivliyin tam təmin olunması deməkdir. Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompyuter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompyuter düşür ki, buda respublikanın ali təhsil müəssisələrindəki orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.
    Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 3 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompyuter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir.
    Uzun illər acınacaqlı vəziyyətdə olan idman salonu əsaslı təmir edilib, zəruri trenajorlarla təchiz olunub və tələbələrin istifadəsinə verilib..Tələbələr üçün idman geyim formaları alınıb.
    Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında universitetimizin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb.
    Son imtahan sessiyalarında imtahanları “əla” qiymətlərlə başa vuran tələbələrin sayı əvvəlki sessiyaların nəticələri ilə müqayisədə yüksəkdir və bu da tələbələrin təhsilə marağının və məsuliyyətinin daha da artmasını göstərir.
    Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il ta¬rix¬li 348 nömrəli qərarı ilə təsdiq edil¬ən “Ali təhsil müəssisələrinin baka¬lavriat və ma-gistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qay¬daları”nın tələblərinə müvafiq olaraq tələbələrə kömək göstərmək, onların hüquqlarını və akademik ma-raqlarını qorumaq məqsədilə akademik məslə¬hət¬çilər (tyutor xidməti) üçün ştat vahidləri açılıb, bu sahədə təcrübəsi və səriştəsi olan şəxslər tyutor vəzifəsinə təyin olunub. 2015-ci ildə 23 tyutor Təhsil Nazirliyi tərə¬findən Gəncə Dövlət Uni-ver¬sitetində təşkil olunan iki aylıq seminarda iştirak edib və müvafiq sertifikat alıblar.
    Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin böyük rolu danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Bunlardan Ağcabədi rayonu“AQAT-AQRO” MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Azaqro- MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, Qarabağ taxılçılıq MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələrimiz pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunurlar.
    Qəbələ quşçuluq, Qəbələ premium, Ucar Mərcan broyler, Ağcabədi Aqat – Aqro MMC, BMS şirkəti, Şabran Səba şirkəti, Hacıqabul Quşçuluq fabrikində, Qəbələ Aqro kompleksdə baytarlıq ixtisasının V kurs tələbələri 6 aylıq təcrübə keçmişlər. Təcrübə zamanı bu müəssisələr tərəfindən tələbələr məişət şəraiti və əmək haqqı ilə də təmin olunublar.
    İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixti¬sası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Tür¬kiyənin Ondokuz Mayıs Universiteti arasında bağlanan müqaviləyə əsasən Türkiyədə isteh¬salat təcrübəsində olublar.
    “Əczaçılıq” ixtisasının 17 tələbəsi Türkiyənin Samsun şəhə¬rindəki Ondokuz Mayıs universitetində, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi təcrübə keçmək üçün Almaniya Respublikasında təcrübə keçib, mühəndislik fakültəsinin 5 tələbəsi Belçikanın və Türkiyədə yerləşən New–Holland texnikaları zavodunda təlimlərdə iştirak ediblər.
    2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə 2015-cil mayın 19-da keçirilən yarmarkada respublikanın 150-ə yaxın tanınan şirkət, müəssisə və təsərrüfat nümayəndəsi iştirak edib, məzunlara 1174 vakant iş yeri təklif olunub, 420 nəfər məzunun sənədləri müəssisələr tərəfindən qəbul edilib. Mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC və ADAU-nun işti¬rakçılığı ilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunda əmək yarmarkası keçirilib və məzunlara 106 iş yeri təklif olunub.
    Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün qarşıda duran ən ümdə məsələlərdəndir. Son illər bu sahədə müəyyən işlər görülüb, hazırda da qətiyyətlə davam etdirilir. Magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması çox vacib məsələlərdəndir. Mütəxəssis hazırlığının keyfiyyətini daha da yüksəltmək üçün belə tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
    Milli mentalitet baxımından da tələbə-müəllim münasibətləri universitetdə daha fərqlidir, hər bir əməkdaş, hər bir tələbə daim diqqət mərkəzindədir. Yubileyləri olan işçilərə statusuna uyğun rektorun müvafiq əmrləri ilə təşəkkürlərin elan edilməsi, hədiyyələrin verilməsi, təntənəli təbriketmə mərasimlərinin keçirilməsi artıq ənənə şəklini alıb. Tələbələrə qayğı, diqqət daha qabarıqdır. Hər hansı bir məsələ ilə əlaqədar tələbə müraciət etdiyi halda, ona dekanlıqlar səviyyəsində də, şöbələr səviyyəsində də operativ və diqqətlə yanaşılır. Bütün bu diqqət və qayğıya görə keçirilən tədbirlərdə tələbələr, xüsusən tələbə qızlar fəallıq göstərirlər.
    Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
    Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.

    Nüsrət Hüseyinov,
    Azərbaycan Dövlət Aqrar Universitetinin tədris şöbəsini müdiri, dosent

  • Abdulla MƏMMƏD.”Qərib gəldin,qərib getdin”

    12647929_456084107917624_702711598_n

    Mərhum yazıçı,həmyerlim Rahim Dünyamalının əziz xatirəsinə.

    Bu daş ağaran daş deyil,
    Yusa da yağış,qar daşı.
    Bu daşda əcəl göyərib,
    Bir də göylərin qarğışı.

    Qan damır daşın gözündən,
    Ağarır başım sözümdən…
    Cavandır yaşım özümdən,
    Cavandır hələ göz yaşım.

    Bu daş əzəldən ölçülüb,
    Dərdi boyuma biçilib,
    Gözümdə Dünya kiçilir,
    Heç olur sənsiz,qardaşım.

    Daşdan keçən sözün yaşdır,
    Ocağında közün yaşdır.
    Qara geyən dözüm yaşdır,
    Yaşdır ağaran baş daşın.

    Nəyin vardı-verib getdin,
    Söz dünyana varıb getdin.
    Qərib gəldin,qərib getdin,
    Sən öz yurdundan,yurddaşım.

    Bu daş düşmür daş başlara,
    Baş ağardan yad daşlara…
    Sən də köçdün yaddaşlara,
    Vay halına qara daşın!

    Azərbaycan.Quba.
    04.04.1999.
    P.S.”Ulduz” jurnalında 12.2000. tarixində dərc olunub.

  • Abdulla MƏMMƏD.”Sözdən sallana-sallana!”

    12647929_456084107917624_702711598_n

    Şair Məhəmməd Hadiyə.

    Yaxşı-yaman,yaman-yaxşı,
    Haram-hiylə,halal-naşı.
    Dünyanın itibmi başı,
    Bəmdə hallana-hallana?

    Ürəkdən gəlməyən sözü
    Yazanın ağ olmaz üzü.
    İkiliyə necə dözüm,
    Bütöv hallana-hallana?

    Haram mənim yarım deyil,
    Bütöv qəmdir,yarım deyil.
    Harın:”Mənə yarın!”-deyir,
    Qızıb yallana-yallana.

    Şeiri dərdə satan bilər,
    Alan bilməz,atan bilər…
    Nə çəkirəm-batan bilər,
    Sözdən sallana-sallana!

    12.01.2001.
    Azərbaycan.Quba.

  • Rahilə DÖVRAN.”Əlincə”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Günəş uca zirvəsindən boylanır,
    Yamacları çən- dumandır Əlincə.
    Hər qayadan bir salnamə oyanır,
    Tariximə şöhrət, şandır Əlincə.

    Qan rəngində çox qayası, çox yeri,
    Sinəsində nizə yeri, ox yeri.
    Şahinləri bürc üstündə əsgəri,
    Düşmən gəzir nə zamandır, Əlincə.

    Sınmış daşdır dəbilqələr, zirehlər,
    Sınmış daşdır cahangirlər, fatehlər,
    Daşdan qeyrət, daş cəsarət, daş hünər,
    Daşa dönmüş qəhrəmandır Əlincə.

    Əlincəçay ürək teli, qəlb simi,
    Ləpələri alıb gedir səsimi.
    “Ənəlhəqdir” mürşid, ustad Nəsimi,
    Haqq yolunda bir ümmandır Əlincə.

  • Rahilə DÖVRAN.”Ustad Vəli”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    /Unudulmaz el sənətkarı VƏLİ İSMAYILOVUN əziz xatirəsinə/

    Kərəm, Məcnun həvəsiylə,
    Dastan qoşub nəfəsiylə.
    Həzin tütək, hey səsiylə,
    Məftun edib xalqı, eli,
    Əfsanədir Ustad Vəli.

    Bülbül səs verib səsinə,
    “Yallı”sına,”Cəngi”sinə.
    Dönüb sənət incisinə,
    Nəğməsi, qoşma, qəzəli,
    Əfsanədir Ustad Vəli.

    İfasıyla güllər açar,
    Lalə, nərgiz ətir saçar.
    Qüssə, kədər eldən qaçar
    Altun, qızıldandır əli,
    Əfsanədir Ustad Vəli.

    Sara gəlin süzüb gələr,
    Xan Çobanım üzüb gələr.
    Durnam qatar düzüb gələr,
    Ram eləyər tufan, seli,
    Əfsanədir Ustad Vəli.

    Gur çeşmədir şux ilhamı,
    Sənətinə vurğun hamıə
    Dövran, sorsan-Vəli hanı?
    “Əbədidir nur əməli”,-
    Əfsanədir Ustad Vəli!…

  • Rahilə DÖVRAN.”Yaşadım”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    /Ustad Məmməd Arazın-

    “Bu da belə bir ömürdü yaşadım” –şeirinə/

    Zaman-zaman seyrəlibdir dost,tanış,
    Dörd fəslim də qışdır, yağır qar, yağış.
    Əllər göydə, Rəbbə dua, yalvarış,
    “Bu da belə bir ömürdü yaşadım”.

    “Ətdən çəpər, yad gözünə oxdu”lar,
    Hanı oğul?,hanı qzım? –yoxdular.
    Körpü altdan axıb keçdi çox sular,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Xatirəynən, xəyallarnan ovundum,
    Hisslərimə vəkil oldum, sovundum.
    Fələk çarpdı,tərsim oldu uvandım,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Araz üstə Xudafərin, daş kilim,
    Ömür boyu Təbriz dedi, hey dilim.
    O tay dərdi, əbədilik nisgilim,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Qurban ollam pak adına vətənin,
    Ocaq oldum gur oduna vətənin.
    Vətən daşı olub Ana vətənin,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Intizardı həm Borçalı, Savalan,
    Şuşa, Laçın,Ağdam,Göyçə,İrəvan.
    Qəlbi,bağrı, yurdu kimi hey talan,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Məmməd Araz ocağından od alan,
    Dövran oldum, el-obaya səs salan.
    Odlar qızı,kökü üstə ucalan,
    “Bu da belə bir ömürdü yaşadım”.

  • Rahilə DÖVRAN.””Hey mənə düşdü”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Gülərkən hər kəsin bəxti, qisməti,
    Iqbalın tərs üzü, hey mənə düşdü.
    Qorudum ocaqda iffət, isməti,
    Atəşin qor, közü, hey mənə düşdü.

    Zamanın çəmini taparkən biclər,
    Şan- şöhrət qazandı çox səylər, giclər.
    Mənsəbə çatarkən fərsiz, biveclər,
    Əməlin ən düzü, hey mənə düşdü.

    Yaşamım bir savaş, günlərim qovğa,
    Fələk çömçəsində, olmuşam dovğa.
    Zənn etdim kor bəxtə, bəlkə gün doğa,
    Fələyin çaş gözü, hey mənə düşdü.

    Nakəsə, namərdə boyun əymədim,
    Əzmimlə yüksəldim, döşə döymədim.
    Heç yerdə özümü, əsla öymədim,
    Dədə, baba izi, hey mənə düşdü.

    Çəksəmdə həyatda çox əzab, çilə,
    Cəfadan usanıb, gəlmədim dilə.
    Qələmdən süzüldü, dürr gilə- gilə,
    Şairin düz sözü, hey mənə düşdü.

    Haqq üçün düz oldum yaxına, yada,
    Dövrandan duyuldu, yalnız xoş səda.
    Ömürdən bir gün də, verməzkən bada,
    Zərin yek, dü üzü, hey mənə düşdü…

  • Rafiq ODAY.”Qarabağ” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bu gün əldən verilib ləli-cəvahir Qarabağ,
    Batini bizdə qalıb, yağıda zahir Qarabağ.

    Hopubdu ruhumuza, cismimizə, canımıza,
    Eyləyir qanımızla dövri-təzahür Qarabağ.

    Yüz belə zəncir ola, buxov ola, kündə ola,
    Sarsılmaz zərrə qədər ruhu azad, hürr Qarabağ.

    Bakıdan Məkkəyəcən köpü qurar ruhlarımız,
    Orda “Məscidül-həram”, burda “Təzəpir” Qarabağ.

    Bütün Türkü-əcəmin yaradılış nöqtəsidir,
    Bizə Kan, həm də Məkan, əvvəlü-axir Qarabağ.

  • Rafiq ODAY.”Əhsən, Səni var ol!” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Sumqayıt şəhərinin 60 illiyində yazılıb
    Çatdın bu gün altmış yaşa, əhsən, səni var ol,
    Var ol səni, hər an yaşa, əhsən, səni var ol.

    Qurmaq həvəsiylə buraya üz tutan hər kəs,
    Bir anda dönür qardaşa, əhsən, səni var ol.

    Gülzara dönüb səhralar insanın əliylə,
    Zinət vurulub hər daşa, əhsən, səni var ol.

    Gəlməz bu gözəl hüsnünə nöqsan, gecə-gündüz,
    Leysan ələnə, qar daşa, əhsən, səni var ol.

    Yüksək tutulubsan Ulu öndər nəzərində,
    Həm də yazılıb yaddaşa, əhsən, səni var ol.

    Min illərə imza atacaq bir inamın var,
    Mavi Xəzərimlə qoşa, əhsən, səni var ol.

    Bir nazlı gözəltək, Oday, ilham pərin oldu,
    De şövq ilə sən birbaşa əhsən, səni var ol.

  • Abdulla MƏMMƏD.”Allahına şükür elə”

    12647929_456084107917624_702711598_n

    İl ildən bəd gəlir,bala,
    Daşa tutur hər il bizi.
    Qəlbi dərd dəlir az qala,
    Başa çəkdikcə iblisi.

    Dünən-bu gün,bu gün-dünən,
    Sabah da bu günün tayı.
    Ağzından vurulub dinən,
    “Hop”demə keçməmiş çayı.

    Dil yalana,əl harama,
    Göz də talana alışır.
    Söz məlhəm olmur yarama,
    Gözdə qalana alışır.

    Saydığını sayma belə,
    Yerində saydığın yetər.
    ALLAHINA şükür elə,
    Hələ gün var bundan bətər!

    Gəl,mənimlə dil-dil ötmə,
    Get-özünə bir gün ağla.
    Dünyaçın özündən getmə,
    Yox olan gününə ağla.

    Nə bu dünya sənin deyil,
    Nə sən dünyanın,qadası.
    RƏBBİNİN önündə əyil,
    Olma şeytanın qidası!

    09.05.2001.
    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Tanrım,məni o dünyaya bağışla”

    12647929_456084107917624_702711598_n

    Bu dünyanı talan-saldı düyünə,
    Allı-güllü yalan saldı düyünə.
    Köçən köçdü,qalan qaldı bu günə,
    Tanrım,məni o dünyaya bağışla.

    Kimə baxsan-ürək dolu,göz dolu,
    İş görəndən vəd verən çox-söz dolu,
    Sevinənim,gülənim yox göz dolu,
    Tanrım,məni o dünyaya bağışla.

    Nə insaf var,nə mürvət var dünyada,
    Haqqı danan hərəkət var dünyada,
    Daşdan çıxan bərəkət var dünyada,
    Tanrım,məni o dünyaya bağışla.

    Əsəbini çəkmə belə tarıma,
    Ölüm haqdır-Haqqı danıb zarıma!..
    Bu dünyada bu üz ki var-qarımaz,
    Tanrım,məni o dünyaya bağışla.

    Ürəkli yox dayaq olsun birliyə,
    Yersiz gəlib divan tutur yerliyə.
    Dünya dərdmi,dərdmi dönüb sərgiyə?!
    Tanrım,məni o dünyaya bağışla.

    Yaxşı nə var-yığışır əl-ayağı,
    Məzarlaşır mərd böyüdən qucağı.
    Dərd üyüdən dəyirmandır ocağım,
    Tanrım,məni o dünyaya bağışla.

    Bu dünyanın əzabı bol qəbirdən,
    Kəfəni al,mayası tərs xəmirdən,
    İkiəlli yapışdığım səbirdən,
    Tanrım,məni o dünyaya bağışla!

    Azərbaycan.Quba.
    16.09.2000.
    Ps. 21-23.07.2001-ci ildə “Ekspress” qəzetində çap olunmuşdur.

  • Mais TƏMKİN.”Üst-üstə yığdığın ,,dağ” yalanların”

    10646868_273655359498567_6620189188081019440_n

    Tər basıb, əriyib dönərsən muma,
    Dəyməzsən adicə çırtdanmış tuma.
    Dönəcək palçığa, qaralmış quma:
    Üst-üstə yığdığın ,,dağ” yalanların.

    Daha sərinlətməz kölgələr- səni,
    Doğrultmaz ümidlər, bəlkələr səni.
    Tutub yaxasından, silkələr səni,
    ,,Ölən” yalanların, sağ yalanların.

    Ya toyda-nişanda, ya da ki yasda,
    Gələr sənə sarı, hey asta-asta.
    Çıxacaq qarşına qara libasda,
    Üzünə duracaq ağ yalanların.

    7.05.2016

  • Mais TƏMKİN.”Atasız ev, anasız ev”

    10646868_273655359498567_6620189188081019440_n

    Bu gün bizi halal zəhmətiylə boya-başa çatdıran Atamın haqqın dərgahına qovuşmağından üç ay keçir. Allah möhlət versəydi, bu gün Mayın 10-u 70 yaşı tamam olacaqdı… Allah heç birimizi qəfil ölümlərlə sınağa çəkməsin…Ruhun şad olsun, Ata!!

    Gözdən axan selə bənzər,
    Qəlbdən qopmuş telə bənzər.
    Bir saralmış gülə bənzər,
    Atasız ev, anasız ev.

    Gülüş qonmaz dodaqlara,
    Həyan olmaz uşaqlara,
    Dönər sönmüş çıraqlara,
    Atasız ev, anasız ev.

    Bulud örtmüş aya dönər,
    Nəşələri vaya dönər.
    Körpəsiz laylaya dönər,
    Atasız ev, anasız ev.

    Qardaşın gözdə nəmidir,
    Bacının sonsuz qəmidir.
    Baharda xəzan kimidir,
    Atasız ev, anasız ev!

    Ürəklərdə dərd-azardı,
    Bayatıdı, ahı-zardı.
    Qazılmamış bir məzardı,
    Atasız ev, Anasız ev!!

  • Mais TƏMKİN.”Ə kinə çiç karde pidə?”

    10646868_273655359498567_6620189188081019440_n

    Honiədəm vinde zinə,
    Çaşım mande mı bə kinə.
    Otəşıj jəy bəçmı sinə,
    Ə kinə çiç karde pidə?

    Dimij vəşdə bənə həşi,
    Sütdə mıni, qətdəm təşi.
    Bəmı duə de otəşi,
    Ə kinə çiç karde pidə?

    Dardi dödə dardi səpe,
    Xıdo şoyde, vində bə pe.
    Deşdə fərişton bə qəpe,
    Ə kinə çiç karde pidə?

    Bə astovə şər ğandedə,
    Çı oşımi səmandedə,
    Bə həşi məydon handedə,
    Ə kinə çiç karde pidə?

    Mınıj vinde diəro vite,
    Noz kardedə, itkə şite.
    Qıləy bəmı ,,ha” votdəni,
    Mais mandə süte-süte,
    Ə kinə çiç karde pedə??

  • Mais TƏMKİN.”Ağlı başdan çıxar, ay Meryem hanım”

    10646868_273655359498567_6620189188081019440_n

    Güzeller güzeli dostum Meryem Akalın hanıma

    Tanrım özü qoyub senin ismini,
    Pak yaradıb, saf yaradıb cismini.
    Her kim görsə, canlar alan resmini,
    Ağlı başdan çıxar, ay Meryem hanım.

    Kime kısmet olub, olarsansa yar:
    Ömr eder aləmde o kes bəxtiyar.
    Dünyaya sıqmayan güzelliyin var,
    Yok sene cahanda tay, Meryem hanım.

    Her arzuna, isteyine çatasan,
    Sevgini her şiyden uca tutasan.
    Ter çiçeksen, kızılgülsen, butasan,
    Gelmisen Tanrıdan pay, Meryem hanım.

    Könülden-könüle su tek akalım,
    Bu dünyaya gülerüzlə bakalım.
    Temkin deyir, güzel dostum, Akalın,
    Bu şiiri ellere yay, Meryem Hanım!

  • Azərbaycan Dövlət Aqrar Universitetinə böhtan atanlar…

    adau

    Dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, mətbuat xidməti, eləcə də digər qurumlar bildirib ki, universitetin qapıları bütün mətbuat nümayəndələrinin üzünə açıqdır və onlar istənilən mövzu ilə əlaqədar səlahiyyətləri çərçivəsində təhsil müəssisəsində araşdırma apara bilərlər. Bu hərtərəfli əməkdaşlıqla yanaşı KİV haqqında prezident İlham Əliyevin imzaladığı qanuna hörmət və obyektiv fikirə zəmin deməkdir.
    Çox təəssüf, bu cür imkan və şərait yaradılmasına baxmayaraq bəzi multi-media və kağız mətbuat yenə də birtərəfli qaydada, qarşı tərəfi dinləmədən ağızlarına gələni yazır, çirkli niyyətləri ilə Azərbaycan təhsil məkanında layiqli yer tutan ADAU-ya böhtanlarını davam etdirirlər. Onlar nə mətbuat haqqında qanuna hörmət edir, nə də şərəf və ləyaqətin təhqirinə görə məhkəmə məsuliyyətindən çəkinirlər. Sanki, bilərəkdən böhtan yolu tutublar və yalnız qara rəngli eynəklə həyata, inkişafa baxırlar. Bu isə ən azından xüdbinlik və nankorluqdur.
    “Politika.az” saytı isə gündəmdə ADAU-nun rektorunun siyasi məsələlərə yanaşması ilə qalmaq istəyir. “Gah nala, gah mıxa döyən” sayt guya diplom işinə 500 manat pul yığılmasından, rüşvətin baş alıb getməsindən yazır. Qəfil isə fikirdən uzaqlaşıb rektorun facebook səhifəsində olan insanların sosial və siyasi tərkibi ilə maraqlanır. Korluq və naşılıq o həddə çatıb ki, ən azından böhtan atdıqları 3 min insanın onları haqq divanına çəkməyini belə nəzərə almırlar. Bu dəhşətdir. Savadsızlıq və bu üzdən yaranan şantajdır.
    Bir daha mətbuat xidmətinin rəhbəri olaraq bildirirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetində həm qiyabi, həm də əyani təhsil formasında bütün imtahanlar test üsulu ilə götürülür və bura müdaxilə mükün deyil.
    Adamın yaxasından tutub soruşarlar ki, sübut elə bu təhsil müəssisəsində diplom işinə və imtahanlara 500 manatdan pul yığılır və “FB”-də rektorun 4 min dostundan 3mini muxalifətdir. Əsası olmayan fikirlər sahibini həmişə fəlakətə aparar. “Politika.az” saytı da fəlakət qarşısındadır və atdığı böhtanlara görə cavab verməli olacaq.
    “Politika.Az” yazır ki, “ Maraqlı məqamlardan biri odur ki, İbrahim Cəfərov bu barədə məlumat yayıldıqdan sonra mətbuata məhkəməyə verəcəyi ilə hədələsə də, sonradan bu istiqamətdə heç bir addım atmadı. Səbəbi bu günə qədər bəlli olmayan bu yanaşmanın nəyə bağlı olduğu da bilinmir. Amma reallıq ondan ibarətdir ki, ADAU rektoru Facebookda aktivdir və onun 4000 dostu arasında 3000-ə yaxını elə müxalifət düşərgəsinin nümayəndələridir.”
    Sitatı olduğu kimi götürdüm. Dəhşət budur ki, bu sayta yazanların nə üslub, nə də orfoqrafik savadı var. Amma di gəl böyük bir universitetin professor və müəllimlərinə “dərs” keçmək, böhtan atmaq iddiasına düşüb.
    “Politika.Az” sonda belə bir ümumiləşdirmə aparır: “Ümumilikdə götürdükdə virtual aləmdə müxalifətçi ilə hakimiyyət tərəfdarlarının dost olub, olmaması müzakirə predmeti ola bilməz. Üstəlik, Azərbaycanda belə bir tendensiya da yoxdur. Məsələn, mərhum liderimiz, Ulu Öndər Heydər Əliyev nəinki sabiq prezident Əbülfəz Elçibəylə görüşüb, öpüşüb, hətta o dünyasını dəyişəndə dəfnində iştirak edib. Məgər, YAP-çı deputat Aydın Mirzəzadə müxalifətçi deputat İkram İsrafilin oğlunun toyunda iştirak etməyibmi? Və ya müxalifət partiyalarının başında duran Sabir Rüstəmxanlının oğlu nəqliyyat naziri Ziya Məmmədovla qohum olmayıbmı?”
    Gətirdiyim sitatlar bir daha sübut edir ki, bu yazı xəstə və sərsəm təfəkkürün məhsuludur və sayt heç özü də bilmir ki, ADAU-nun rektorunu ləkələmək üçün hansı variantdan yapışsın.

    [b]Qalib Rəhimli,
    Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri[/b]

  • Şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet40

    svh3

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə şairə-publisist Rahilə Dövranın Türkçülük şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
    QEYD: Şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Kümbet” dərgisində çap olunub

    kumbet40

    svh

    svh2

    svh3

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şairə-jurnalist-publisist, gənc xanım yazar Şəfa Vəliyevanın “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülən gənc nəslin istedadlı nümayəndəsi Şəfa Vəliyevanın hekayəsi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
    QEYD: AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Şəfa Vəliyevanın “Ən sadə şəkil” hekayəsi “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet40

    kumbet40kam

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Yaradanların ən gözəli olan Uca Allahın mərhəmət, rəhm və kəramət sahibi olduğunu özündə ehtiva edən “Ey Bütün Ərşin Sahibi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə 2015-ci ilin noyabr ayında işıq üzü görən “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 38-ci sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
    QEYD: Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun “Ey Bütün Ərşin Sahibi” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • KÜMBET DERGİMİZİN 40. SAYISI HALİL SOYUER ÖZEL DOSYASI İLE OKUYUCULARI İLE BULUŞUYOR.

    kumbet40

    Ülkemizin saygın dergileri arasında yer alan KÜMBET Dergisi, kurum ve kuruluşlarla birlikte siz değerli okuyucularının destekleriyle 40. sayıya ulaşmanın mutluluğunu yaşıyor.
    Anadolu’da dergi çıkarmanın zorluğu büyük şehirlerdekilerin aksine gelişen bütün teknik imkânlara rağmen aşılmış değildir. Ancak elinizdeki dergi, Tokat Şairler ve Yazarlar Derneği bünyesinde yayın hayatına başladığı 2006 yılından beri büyük bir özveri ile sizlere kadar ulaştırılmaya çalışılıyor. Derneğimize ve dergimize gelen çok sayıdaki beğeni iletileriniz de elbette biz dergi emekçilerine apayrı bir şevk veriyor.
    Bu sayımızda birbirinden değerli şiirlerin yanında makale ve özellikle de araştırma yazılarıyla karşınızdayız. Türk şiirinin çok değerli, duayen bir ismi olan Halil SOYUER Dosyası ailesiyle de görüşülerek büyük bir özenle hazırlandı. Bu çalışmalar şair ve yazarları belgeselleştirmekle beraber, olması gereken bir vefanın da yerine getirilmesi anlamını taşıyor bizce.
    Prof. Dr. Nurullah Çetin, Prof. Dr. Ali Açıkel, M. Halistin Kukul, Bekir Yeğnidemir, Ekrem Anaç, Ergün Veren, Bekir Aksoy, Remzi Zengin, Ülkü Taşlıova, M. Necati Güneş, Hadiye Ardahanlı, Nevin Balta, Nihat Aymak, Semra Meral, Dilek Ekici, Doğan Kaya, İbrahim Düğer, Gülden Taş, Muhsin Demirci, Sündüs Akça, Sefa Veliyeva, Burhan Kurddan, Nermin Karagözoğlu, sizler için araştırdı, sizler için yazdı.
    Ve baharın güzel memleketimizi apayrı bir çiçek bahçesine çevirmesi gibi bu sayımızda kırka yakın şairimiz de yüreklerinde açan duygu çiçeklerini sizlerle paylaşmaya çalıştı.
    2016 yılının henüz dört ayı dolmadan Tokat Şair ve Yazarlar Derneği ülke genelinde şehir merkezinde çok sayıda etkinliğe imza atmayı başardı. Bunlar arasında Balıkesir Havran’da yapılan Halil SOYUER’e Vefa gecesi, Manisa Salihli’de Bizim Ece 13. Şiir Şöleni, Samsun Bafra’da KÜSADER Şiir Şöleni, Tokat Üzümören’de Bir Nefes Şiir Günü, gibi programlar yer aldı.
    Plevne Kahramanı Gazi Osman Paşa’nın 116. ölüm yıldönümü vesilesiyle Tokat Gaziosmanpaşa Lisesi Mezunları Derneği’nin düzenlediği Plevne Gezisine ve İstanbul’da düzenlen resmi törenlere derneğimizi temsilen dört kişi katıldı. Bu gezi ile ilgili değerlendirmeleri de bu sayımızda bulabileceksiniz.
    Derneğin hemen her ay yapılan Sabah Kahvaltılarında bu kez üç şairimizin imza günü de gerçekleştirildi. Derneğimiz üyelerinden Şaire Sündüs Akça’nın “Aşkın Mahrem Elleri”, Şair Rasim Yılmaz’ın “Kalbime Düşsün Yolların” ve Şaire Şerare Yağcıoğlu Kıvrak’ın “Eflatun Yürekler” adlı şiir kitapları okuyucularla buluştu. Ayrıca bu kahvaltılarda emekli olan üyelerimizden Prof. Dr. Münir Atalar ve Eğitimci Zeki Akar’a özel vefa programları hazırlanarak plaket takdim edildi.
    Diğer bir çalışma ise Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği il yapılan “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın altıncısının startının verilmesi oldu.
    41.Sayıda buluşmak dileğiyle diyoruz.

    Remzi ZENGİN/Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Müzəffər MƏZAHİM.”Tənhalıq”

    mm

    Torpağı , havası , suyu yerində,
    Payızı , baharı , yayı yerində,
    İncə gözəlliyi , boyu yerində,
    Niyə solub gedir bu fidan belə?

    Dürlü qayğılardan biçilib donu,
    Yellər sığal çəkər oxşayar onu,
    Nəğməli quşları yarpağı sanı,
    Niyə solub gedir bu fidan belə?

    Keçid ağzındadır , yolaq üstədir,
    Axarlı-baxarlı bulaq üstədir,
    Baxan deyir baxtı ayaq üstədir,
    Niyə solub gedir bu fidan belə?

  • Müzəffər MƏZAHİM.”Öyrənirəm”

    mm

    Dünya mənim yaşıdımdır,
    Mən dünyanın uşağıyam.
    Ömür məndən yuxarıdır,
    Mən ölümdan aşağıyam.

    Bu dünyanı seyr edirəm,
    Tale adlı pəncərədən.
    Fələk ölü hazırlayır,
    Mənim kimi biçarədən.

    Ömrü ömrüm qədərdirsə,
    Qədər nədən qədir bilmir?
    İnsafını Allah kəsib,
    Möhlət, aman nədir bilmir.

    Bu dünya tək mənzillidir,
    Rahat ömür sürən yoxdur.
    Qapısında bir giriş var,
    Çıxışını görən yoxdur.

    Yaşamağı hamı blir,
    Yaşanmağı öyrənirəm.
    Çox daşıdım,
    son mənzilə
    Daşınmağı öyrənirəm.

  • Müzəffər MƏZAHİM.”Uğur olsun!”

    mm

    Göstər gücünü düşmənə, Ordum, uğur olsun!
    Sayəndə azad olmada yurdum, uğur olsun!

    Ver xalqa zəfər müjdəni, şəninlə öyünsün,
    Qəlbimdə qürur heykəli qurdum, uğur olsun!

    Öz qüvvəmizə arxalanıb düşməni yensək,
    Zənn eyləyərəm kamıma vardım, uğur olsun!

    Bu ali məram, haqq işi uğrunda savaşda,
    Qoy eyləsin Allah bizə yardım, uğur olsun!

    Qov tülküləri, rədd elə aslan yuvasından,
    Dönsün fərəhə, şənliyə dərdim, uğur olsun!

    Yaz tarixə yenməzliyini, qoy hamı görsün,
    Susmaz, daha cəng təbilini vurdum, uğur olsun!

    Yurdun əbədi əsgəriyəm mən də, Müzəffər,
    Ordum ilə bir cərgədə durdum, uğur olsun!

  • Müzəffər MƏZAHİM.”Yaşamağın çarəsi”

    mm

    Haqqın tapdalanıbsa,
    Haqq yoxdur demə, çəkin.
    Həqiqət dolu olsun,
    Qəlbin, ruhun, məsləkin.

    İnam yaşatsın səni,
    Dur vicdan keşiyində,
    Qoyma kiminsə haqqı,
    Boğulsun beşiyində.

    İşin düz gətirməsə,
    Olma naşükür, asi.
    Halallıqdır, insantək,
    Yaşamağın çarəsi.

  • Müzəffər MƏZAHİM.”Gedir”

    mm

    Ömrə-günə nə etibar,
    Göz görəsi axıb gedir.
    Bu dünyanın göy üzündən,
    Şimşək kimi çaxıb gedir.

    Yol yorğunu olub daha,
    Bəxt əlinə verib yaxa,
    Cangüdəni qaraçuxa,–
    Bəd ayaqda çıxıb gedir.

    Ömür köhlən, dünya cıdır.
    Bu qovha-qov can acıdır,
    Fələk cığal oyunçudur,
    Qurduğunu yıxıb gedir.

    İnsan qənimdir özünə,–
    Ölüm görünmür gözünə,
    Dünyanın soyuq üzünə,
    Məsum-məsum baxıb gedir.

  • Müzəffər MƏZAHİM.”İnsan”

    mm

    Dəf eyləsə qəlbindəki bəd niyyəti insan,
    Çəkməz əməlindən əzabı, zilləti insan.

    Dünya malına aldanaraq qəflətə uymuş,
    Yığmış nə qədər axirətə töhməti insan.

    Hər kəs ki: -Günahkar deyiləm,-söyləsə uyma,
    Çünki yaranışdan qazanıb lənəti insan.

    Bildinmi neçin Adəmi cənnətdən atıb Haqq? –
    Təkrar özü qoy dərk eləsin cənnəti insan.

    Allah verəcək hər iki dünyada əcr bil,
    Şeytandan əgər eyləməsə minnəti insan.

    Olduqca, Müzəffər, gözü tox, qəlbi firavan,
    Axtarmaz uzaqlarda malı, sərvəti insan.