Ömür sürmək
Adam işidir, qardaş.
Mən ömür sürmürəm ki,
Ömür sürüyürəm.
Özüm də bu yük altda
Yavaş-yavaş əriyirəm.
Görürəm ki, artıq
Ömrümün yoxuşudur,
Ruhum bu yorğun ömrümü
Sürüyə-sürüyə
Arada vəlleyli qalmasa yaxşıdır.
2013
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33; E-mail: edebiyyat-az.com@mail.ru, Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri