Bədirə Rza Həsənqızı
“Olmayacaq qorxu, təlaş” şeri ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə
edir” aksiyasına qoşuldu.
Xatırladırıq ki,
karantin rejimində virtual xidməti davam etdirən Mərkəzi Kitabxana bir-birindən
maraqlı ədəbi nümunələri öz oxucularına təqdim edir.
Bildiririk ki, Bədirə
Rza Həsənqızı (Niftalıyeva)“Gülüstan”
Ədəbi Birliyinin, “Xəzər nəğmələri” Ədəbi Birliyinin, həmçinin Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi
Kitabxanasının Fəxri oxucusudur. Hal-hazırda Neftçala rayon Mərkəzi
Kitabxanasında Metodika və biblioqrafiya şöbəsinin müdiri
vəzifəsində işləyir. Onun ilk
kitabı 2016-cı ildə çap olunub.
“Ömür axarı” adlı ilk kitabından sonra 2019-cu ildə “24 yaşın son vidası”,
2020-ci ilin mart ayında isə “Vətənsevər”
kitabları çap olunmuşdur. Bədirə Rza Həsənqızının
şeirləri həmçinin “Turana açılan könüllər”(II və III cildlər), Türkiyədə nəşr
edilən “Qarabağdan Kərkükdən Çanakkalaye”,
“Şiir seçkisi” antologiyalarında da çap edilmişdir. Şeir, hekayə və məqalələri
“Çümhuriyyətə işıq saçan
qadınlar” (2018) toplusunda, “Yurd” jurnalında, “Vedibasar”, “Yenilik”,
525-ci qəzetlərdə çap edilmişdir. “Mustaqıl.az”, “İlkxeber.orq”, “Yazarlar.com”
saytlarında məqalələri, hekayələri
verilmişdir.
“Olmayacaq qorxu,
təlaş!” şeiri ilə gücün həmrəylikdə,
birlikdə olduğunu vurğulayan yazar bu səssiz
imtahandan da qələbə ilə çixacağımıza inanır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, yazıçı-şair, publisist İradə Ayteli doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər. Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova “Dünyanı sağalt” adlı yeni şeirini kitabxanaya virtual formada təqdim etdi. Yazıçı dahi Nizaminin kəlamı ilə başlamış olduğu şeirdə cahil insanla aqil insanın fərqini izah edir. O, elmə bələd olan kamil insanlara səslənərək pisliklərə dözməyən və zəhərlənən dünyamızı sağaltmağa, gözəlləşdirməyə çağırış edir. Dahi insanların “bəşəri xilas edən elm olacaq” fikri ilə razılaşan Gülzar İbrahimova kitab sevərlərə evdə qalıb mütaliə edərək dünyanı gözəlləşdirən xəzinənin bir parçası olmağı tövsiyə edir.
Dünyanı sağalt
Çox iti zehinlər oldular yatan, Axırda saxsı qab oldular satan, Dahi Nizami o vaxt belə deyib, Heç indi də bu kəlam köhnəlməyib. Cahil insan kitabla dostluq etməz, Aqil insan kitabdan ayrı düşməz. Müdriklər getdiyi yolla sən də get, Həmişə yaxşı ol və yaxşılıq et! Övladım! Dünyamız pis xəstələnib, Pisliklərə dözməyib zəhərlənib, Oxu, öz elminlə dünyanı sağalt, Gözəlləşsin yenə bizim Kainat! Belə deyib dünyanın dahiləri, Yalnız elm xilas edər Bəşəri! Bu kəlmələr dahilərdən gəliblər, Kitabı sevənlər belə deyiblər! Bu gün çətin olsa da evdə qalmaq, Bizə kömək edər səbrli olmaq! Gəlin birlikdə Şərə qalib gələk, Dünyamızı yenə nura qərq edək!
Şair-qəzəlxan
Yasin Xəlil “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına
qoşularaq yeni qəzəlini təqdim etdi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”
layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası
davam edir. Qeyd olunan aksiyaya şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və
“Vahid” ədəbi məclislərinin üzvü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının
Fəxri oxucusu Yasin Xəlil (Xəlilov Yasin Xəlil oğlu) də
qoşularaq #Evdəqal çağrışına dəstək oldu.
Ali məktəblər üçün
üç dərsliyin, iyirmiyə yaxın metodiki vəsaitin, səkkiz ölkənin nüfuzlu elmi jurnallarında
dərc olunmuş yüzə yaxın elmi məqalənin, on iki ixtiraya patentin müəllifi olan
Yasin Xəlil “Bir kiçik zərrə bütün aləmi məyus elədi…” misrası ilə başlayan
qəzəlini təqdim etdi. 8 beytdən ibarət olan qəzəl dünyada sürətlə yayılan və
bir çox canlara son qoyan “bir kiçik zərrə” adlandırdığı koronovirus
haqqındadır.
Şair-qəzəlxanın
ruhundakı fəryadı əks etdirən qəzəldə həmçinin o, “Güc birlikdədir” deyərək
bütün dünyanı bu kabusdan qurtulmağa səsləyir.
M.Ş.Vazeh adına Yasamal rayon
Mərkəzi Kitabxanasının Fəxri oxucusuYasin Xəlilin
qəzəli oxuculara təqdim olunur:
Bir kiçik zərrə bütün aləmi məyus
elədi,
Evimizdə o bizi gör necə məhbus elədi.
¨¨¨
Boğdular haqqı dəmadəm, göyə çıxdı
ahı
Yığıb Allah hamısın bir qara kabus elədi.
¨¨¨
Şərin iz qoyduğu hallar olub əvvəllər də,
Hər belə addımı Allah özü mənhus elədi.
¨¨¨
Gedib Allaha danışdı bir uşaq gördüyünü
Öz şikayətlərini körpəyə məxsus elədi.
¨¨¨
Son zamanlar düzü, çox ağ eləmişdin, vallah,
Adəm oğlu demə ki, öylə deyil, sus, elədi.
¨¨¨
İttihamlar da bugün məncə bir az yersizdir,
Çağdaş
Azərbaycan ədəbiyyatının mövzu-ideya, forma-məzmun, sənətkarlıq baxımından zənginləşməsində,
inkişafında, heç şübhəsiz ki, lirik, fəlsəfi şeirlər müəllifi, sevimli Xalq
şairimiz Vahid Əzizin də özünəməxsus yeri və rolu var. Zamanın gərdişindən,
vaxtın dəyirmanından, taleyin çətin
sınaqlarından üzüağ, alnıaçıq çıxmağı bacaran şairimizin zəngin təcrübəsi, bədii
yaradıcılıq medotlarına, tarixi-ənənəvi prinsiplərə, humanizm və səmimiyyətə
söykənərək bir-birindən dəyərli sənət nümunələri yaratması müasir dövr üçün
aktual olan məsələlərdən biri olaraq qalmaqdadır. Belə ki, şair təxəyyülü coşan
dəniz, çağlayan sellər kimi daim oxucusu ilə görüşməyi arzulayan, yenicə
doğulmuş körpəni xatırladır. Şairlik Uca Allahdan tərəfindən seçilmişlərə
verilmiş hikmətdir desək, heç də yanılmarıq. Əsərləri yüksək sənətkarlıqla
dünyanın müxtəlif dillərinə tərcümə olunaraq geniş oxucu auditoroyası tərəfindən
rəğbətlə qarşılanan ölməz söz sənətkarımız, daim insanlığı, insanlığın bütün
canlılardan üstün olmasını, bəşəriyyətə yaraşıq olduğunu, yaradılış içərisində
insanın ən kamil varlıq olması ideyasını təbliğ və tərənnüm edən dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin “Ərənlər, ulu kəslər saf gələrək düzəlib, Əvvəlcə peyğəmbərlər,
sonra şairlər gəlib” kəlamı dediklərimizə ən əyani sübutdur. Bu amil birbaşa Ustad sənətkar Vahid Əziz
yaradıcılığı üçün səciyyəci cəhətdir.
Əgər
Sovet hakimiyyəti dönəmində çoxşaxəli və rəngarəng olan Azərbaycan ədəbiyyatında
ictimai-siyasi lirikanın ən gözəl nümunələrini Bəxtiyar VAHABZADƏ, Nəriman
HƏSƏNZADƏ kimi görkəmli Azərbaycan şairləri öz əsərlərində uğurla davam
etdirirdilərsə, çağdaş dönəmdə bu şərəfli missiyanı poeziyamızın bənzərsiz nümayəndəsi şair Vahid
ƏZİZ tam məsuliyyətilə davam etdirməklə bərabər, həm də inkişaf etdirir.
Ümumiyyətlə,
ictimai-siyasi lirika özündə bir çox amilləri birləşdirir. Söz sənətkarları adətən
yaşadıqları
dönəmdə cərəyan edən bir çox hadisələrə biganə qalmayıb, öz münasibətlərini
sözün gücü ilə bildirirlər. Söz öz yerini tutanda daha gözəl sənət əsərləri
yaranır. Şairlik nöqteyi-nəzərdən ən önəmli məsələlərə yanaşıldıqda sözümüz öz
qüdrətini məhz obrazlı təfəkkürün məhsulu kimi göstərir.
Cərəyan
edən ictimai-siyasi hadisələrə fəlsəfi yönümdən yanaşmaqla, öz zəngin
yaradıcılığını bu gün də uğurla davam etdirən şairimiz oxucularını, ədəbiyyatsevərləri
yeni poeziya nümunələri, örnəkləri ilə tanış edir. Müasir dövrün tələblərinə
uyğun olaraq, həmin ədəbi-bədii nümunələri sosial şəbəkədəki (xüsusən,
facebook) hesabında paylaşım etməklə gerçəkləşdirir. Eyni zamanda, ədəbi
elektron məkanda fəaliyyət göstərən mədəniyyət və ədəbiyyatyönümlü portalların
da (edebiyyat-az.com və gundelik.info) istedadlı şairimizə dəstək olmasını
xüsusilə qeyd etmək lazımdır.
Böyük
təcrübəyə malik səmimi şeirləri ilə oxucuların dərin rəğbətini qazanmış şair
Vahid Əziz formalaşmaqda olan yeni nəsil Azərbaycan gəncliyinin ədəbi-bədii
ideya istiqamətinin düzgün müəyyən olunmasında, gələcəyin əmanəti, yeganə
qarantı olan yüksəkintellektli, dünyagörüşü etibarı ilə elmin, texnologiyanın ən
son yenilikləri ilə silahlanan gənclərdə Vətənpərvərlik hisslərinin
aşılanmasında, əsrarəngiz sənət nümunələrinin sayının artmasında, yeni nəşr
olunmuş kitablar ilə ədəbiyyatımız üçün mühüm töhfələr verməsini unutmaq olmaz!
Ədəbiyyat
tariximizdə ənənəvi mövzu kimi söz sənətkarlarının dönə-dönə müraciət etdiyi “Durnalar” şeiri təcrübəli şair Vahid
Əziz yaradıcılığından da yan keçmir. Bir çox məqamlarda isə müraciət etdiyi
varlıqlara (adətən canlılara, heyvanlara, quşlara) sualla müraciət edir. Mətn
(kontekst) daxilində bədii sualdan istifadə yolu ilə cavabı sualla paralel işlədir.
Bu baxımdan “Qarğa” adlı şeirini də
adıçəkilən mövzuda yazılan əsərlər silsiləsinin davamı kimi nümunə göstərmək
olar.
Xalq
ruhuna, ədəbiyyatında dərindən bələd olan şair Vahid Əziz öz dolğun fikirlərini
daha çox xalq şeiri üslubunda (qoşma və gəraylı) oxucuların diqqətinə çatdırır.
Altı bənddən ibarət olan “Durnalar” rədifli qoşması da deyilənlərə ən bariz
nümunə ola bilər:
Nə olur, bu payız qalın, getməyin,
buralar çox pisdir məyər, durnalar?..
Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirin, Süleyman Rüstəmin, Almas İldırımın eyniadlı şeirlərində müşahidə olunan qürbət sıxıntısı, vətən həsrəti ənənəvi olsa da, müəllif öz əsərində sözügedən məsələyə fərqli yanaşır, qəliblənmiş söz və ifadələrdən yararlanmır. Əksinə, müəllif adıçəkilən mövzu ilə əlaqədar qələmə almış olduğu şeiri öz şair təxəyyülünə, ovqatına uyğun yazır. Vaxtın, zamanın süzgəcindən keçirdiyi hər birini misranı axıcı, səlis, sadə və anlaşıqlı dildə yazmaqla konkretliyə və ardıcıllığa riayət edir, mətn daxilində mövzudan kənarçıxmaya (lirik haşiyəyə) qətiyyən yol vermir. Uzunçuluqdan tamamilə uzaq olan şair Vahid Əziz oxucuya çatdırmaq istədiyi əsas fikri birbaşa, dolayı yol olmadan, bədii təsvir və ifadə vasitələrinin daxili imkanları hesabına çatdırmaqla öz oxucusunu yormur.
Son dövr yaradıcılığnın məhsulu olan “Bir məktub yazmışdım…” şeiri məhəbbət mövzusunda yazılsa da, müəllif öz ənənəsinə sadiq qalaraq bu dəfə də yenicə işlədiyi əsərindı ictimai-siyasi lirikaya da vaxt ayırır:
Dünya yaranışdan yaşayır bu cür– yazdan uzun olur payız ayları,
Adıçəkilən sənət nümunəsini Ədəbiyyat tariximizdə Göylərə ünvanlana ən gözəl Məktub kimi səciyyləndirsək, daha düzgün olardı. Müəllif sözügedən əsərində birbaşa fəlsəfi fikirlərini bəşər övladı, insan üçün səviyyəvi olan müsbət cəhətləri təbiət hadiəsələrinin üzərinə köçürməklə yaratmış olduğu mükəmməl metaforalar formasında oxucusuna çatdırmış olur:
Bir məktub yazmışdım bildir göylərə, deyəsəm–məktubu indi oxuyur.
Şeirin növbəti bəndlərində isə sadalanan hadisələrinin ardıcıllığının şahidi oluruq. Zaman etibarilə ecazkar sənət əsəri sayılmağa layiq olan, heca vəznində qələmə alınan, oxucunu bir az düşünməyə vadar edən “Bir məktub yazmışdım…” əsəri yaz fəslində yazılmasına baxmayaraq, faktiki olaraq, məktub ilə payız fəslinin, məktub ilə göylərin qarşılıqlı əlaqələrinin olduğunu göstərən növbəti ədəbi faktordur. Çünki müəllif ədəbiyyatımızda az təsadüf olunan bir mövzuya müraciət edib. Özü də bilmədən yeniliyə-novatorluğa imza atıb. Belə ki, məktub insanın xatirələrini yeniləməyə, yaşanan dəyərli anlara qayıtması üçün cansız varlıqlar içərisində ən gözəl, ən dəyərli olaraq qalması fikrini təbliğ edən yeganə peoziya örnəyi kimi tariximizdə və yaddaşımızda əbədi olaraq qalacaq. Heç şübhəsiz ki, yazılan məktublar müəllifin özünün də keçmişinə qayıtması üçün bilavasitə vəsilə olandır. Axı bir parça kağız parçasının da müəllif-söz sənətkarı üçün müqəddəs qələm qədər önəmi var.
Ədəbiyyat
tariximiz üçün həmişə aparıcı olan Bədii üslubun hər üç səviyyədə (istər
fonetik, istər leksik, istərsə də qrammatik) göstəricilərinə, müasir Azərbaycan
ədəbi dilinin normalarına dərindən bələd olması, yiyələnməsi, müdrik xalqın
dünyagörmüş şairi kimi hər dəfə öz oxucularını sevindirən, təəccübləndirən
sevimli Xalq şairimiz Vahid Əzizə yeni-yeni yaradıcılıq uğurları, fəaliyyəti,
tükənməz və bol enerji diləyi ilə
Kənan AYDINOĞLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat
Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Централизованная библиотечная система Ясамальского района в
течение марта-апреля нынешнего года осуществляет проект “Kitabxana
koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ
коронавирусу!»).
В проекте
принимают участие все желающие. Проект является также своеобразным вкладом в
цикл мероприятий, связанных с Годом волонтеров (Könüllülər ili) в Азербайджане. В рамках данного проекта проводятся выставки
рисунков читателей, конкурсы стихов, песен и танцев. Все это способствует
полезному и интересному проведению времени в период режима строгого карантина в
нашей стране.
Библиотека
использует для этого различные площадки – социальные сети (Facebook, Instagram), каналы YouTube.
Впервые в истории библиотечного дела в нашей стране
проводится акция «Поэты и писатели в борьбе с коронавирусом» (“Yazıçı və şairlər
koronavirusla mübarizə edir”). Акция проводится а рамках
проекта “Kitabxana
koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ
коронавирусу!»).
Сегодняшним гостем является Гюльнур Аслан, хорошо известная
читателям как участница акции «Подари библиотеке книгу», а также как автор
романа “Ангелос”, сборника “Мир людей” и многих песен
азербайджанской эстрады. Гюльнур Аслан – общественный деятель, поэт и писатель.
Представляем читателям и пользователям библиотеки ее новое
стихотворение «Счастье».
Bakı
şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət”
layihəsi çərçivəsində Azərbaycanın doğma diyarlarını tanıtmağa davam edir.
Layihədə Xızı, Ucar, Göyçay, Agcəbədi, Qax rayon və Şəki şəhər mərkəzi
kitabxanaları da fəal iştirak edir.
Vətənimizi yaxından tanımaq üçün ölkəmizin gözəl
guşələrindən biri olan, qala, istehkam mənasını
daşıyan Qaxa yollanırıq.
Videoçarx
ərazisi 1494 kv kilometrdən ibarət Qax rayonunun xəritədə təsviri ilə başlayır.
Xəritənin təsvirində dağlar, çaylar, göllər, düzənlikər, həmçinin kəndlərin adı
və yerləşdiyi ərazilər də qeyd olunmuşdur. Rayon şimal-şərqdən Dağıstan
Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala
rayonu, cənub-şərqdən Şəki rayonu, cənub-qərbdən Yevlax və Samux rayonları ilə
həmsərhəddir.
Təqdim
edilən videoçarxda Qax rayonunu bol su ehtiyatı ilə təmin edən Qanıxçay,
Kürmükçay, Qapıçay, Ləkit çayı, Zərnə çayı, Əyriçay, Hamamçay kimi çayların,
dağ zirvələrindən Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalının siyahısı
və fotoları da verilmişdir. Zəngin təbiəti ilə məşhur olan İlisu kəndində 25 metr hündürlüyündə Ramramay,
unikallığı ilə seçilən Ləkit kəndindəki
Damcılı şəlalələri, Süskən kəndində çıxan mineral suyun Azərbaycanda məşhur olması
haqqında məlumatlar əks olunmuşdur.
Videoçarxda
keçmiş dövrdən indiki dövrə kimi bir sıra görkəmli şəxsiyyətlərin adları və
fotoları da öz yerini tapmışdır.
Videoçarxda
hər daşının altında bir tarixin yaşadığı
qeyd olunaraq, tarixin müxtəlif mərhələlərini özündə yaşadan abidələr diyarı
Qaxın tarixi abidələri, ziyarətgahlarının fotoları qeyd olunmuşdur. Fotolar
sırasında Qum bazilikası, Şam qalası, Həsənqala, Kümük məbədi, Alban məbədi, İçəri
bazar və s. yer alır.
Videoçarxın
sonunda bir-birindən fərqli dadları özündə birləşdirən Qax mətbəxinə məxsus
sürhüllü, xingili, qırs, quru ətdən hazırlanan yeməklər və müxtəlif plov növlərinin
fotolarını izləmək olar.
Videoçarxın
giriş hissəsində Akif İslamzadənin “Bura Vətəndir”, davamında isə Pərvin
Piranovun “Qax” mahnıları verilmişdir.
Videoçarx
aşağıdakı linkdə yerləşdirilib:
https://www.youtube.com/watch?v=8V96ePH7p8o&t=44s
Vətənimizə
aid videoçarxlar müntəzəm şəkildə davam etməkdədir.
29-il əlyazmalarımın arasında qalıb. Bir az əl gəzdirib Sizə göndərirəm. Hadisələr Azərbaycan Xalq şairi, Respublikanın Milli Qəhrəmanı X.R. Ulutürklə mənim gənclik və tələbəlik illərimizdən bəhs edir.
Biz iki rəfiqə qızla ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda, artıq mənim xanımım dünyasını dəyişmişdi. İndi də X.R. Ulutürk dünyada yoxdu.
Tanrı Firəngiz xanım Ulutürkü qorusun!
Bakı şəhəri – 23 mart 2020
Sizə hörmətlə, Nəriman Həsənzadə, Xalq şairi
P.S. Bu şəkli 1962-ci ildə, tələbə ikən Moskvada çəkdirmişik.
PROLOQ ƏVƏZİ
Qarşımda bir şəkil var,
arada neçə il var.
Neçə payız, neçə qış:
orda saçlar qaraydı,
burda saçlar ağarmış.
Orda vüsal danışır,
burda həsrət, ayrılıq.
Ordakı “mən deyiləm”,
burdakı mənəm artıq.
Arada bir Araz var,
içimdə etiraz var.
Üz-üzə iki sahil! –
çağır, eşidən deyil.
Xəlil!
Sara!
Firəngiz!
Üçü də doğma, əziz.
Bir dastandı bu şəkil,
sirli, sehirli dastan.
Qalıb iki gəlindən,
iki tələbə dostdan.
Hardadı şəkil çəkən? –
səadət bəxş eləyib,
O da özü – bilmədən.
Burdakı nöqtə, vergül,
adi işarə deyil.
Öz ahımdı – nəfəsim.
Sinəmdən damcılayıb,
qələmdən yox,
əzizim!
I
İyirmi bir yaşında,
örpəkləri başında.
Səadəti gözündə,
Həyaları üzündə.
İki gəlin, iki gül,
eşq dolu iki könül.
Biri – Şirindən şirin,
biri – Leylidən əziz.
Sara, bir də Firəngiz.
Güləndə – ekiztayı,
mümkün deyil ayırmaq,
ayırıb qəlbi qırmaq.
İkisi də – bəxtəvər:
biri bir az doludu,
o biri sınıqtəhər.
Biri bərk güləyəndi,
o biri – az danışan.
Biri tez küsəyəndi,
o biri – tez barışan.
Biri – kino sevəndi,
o biri – şəkil yığan.
Biri – gecdən durandı,
o biri çox yatağan.
İkisi də – ağappaq.
Günüağ olmuşların
hərəsi bir cürə ağ,
hərəsi bir cürə pak.
Birinin düşbərəsi,
o birinin süfrəsi.
Bir gəncin yastığına
baş qoyubdu hərəsi.
Ovsunlayıb aparıb
hərəsi bir cavanı, –
biri – Xəlil Rzanı,
o biri də Qiyamı.
Sonra bu toy-bayramı
biri Salyanda qurdu,
biri Gəncədə qurdu.
Aşıqlar oxuyurdu,
gəlinlər oynayırdı,
qanımız durulurdu.
Bəylər qucaqlaşırdı.
Bu dünya paklaşırdı…
Sara elə bilirdi
daimiyik, əbədi.
Yüz il sonra gec olmaz,
danışsa bu söhbəti.
Mən dedim elə demə,
dünyaya ərk eləmə.
Dünya timsah ağzıdı,
açılıb bəşər üstə.
Yatıb xumarlanırıq,
biz mişar dişlər üstə.
Yazıram o söhbəti,
heyif, özü görmədi.
Onda yaza bilmədim,
indi susa bilmədim.
II
Hadini oxuyurdum,
Cavidi oxuyurdum.
Müşfiqi də yanaşı, –
bir sırada qoyurdum.
Hadi – Cümhuriyyətin,
şair oğluydu – mətin!
Yoxa çıxdı sonradan,
On birinci ordudan,
bir silahlı çalağan,
dilində söyüş, hədə,
bir yabançı ləhcədə
sual verir, o susur,
Əmr eləyir, o susur.
Satır şeirlərini,
alanı yox, o susur.
Uçub ilham pərisi,
həyanı yox, o susur.
Deyirdilər o nadan,
atəş açıb sonradan.
Gəncədə deyirdilər,
Bakıda deyirdilər.
Deyən, görən sınırdı,
millət hayıfsınırdı.
Şəhərdə bir təlatüm,
xalq qalxmışdı, görürdüm.
Özüm də qarışırdım,
evdə də danışırdım.
Meydanda başqa Meydan,
nümayiş, şüar, filan!
Üçrəngli bayrağımız,
yuxulu oyağımız,
oyaq yatanlarımız,
ara qatanlarımız…
Tamam dəyişib şəhər,
asfaltla yox,
insanla
örtülmüşdü küçələr.
Xəzər – iki dənəydi,
Meydanda – zəlzələydi.
Bu da tarixi bir gün,
tarixi mərhələydi.
Meydanda – “Cümhuriyyət”,
“Demokratik hökumət”.
sözünü ilk dəfəydi
üzə deyirdi millət.
Mən də qalxdım kürsüyə,
demirsən qayna-qarış.
Aparıcı susurdu,
Elçibəy dedi: danış.
Söz verirəm sənə mən! –
təkrar elədi yerdən.
Sağ gözümdə qığılcım,
sol gözümdə məşəqqət, –
bir dildə danışırdı,
bayraq dilində – Millət.
III
Dəyişdi, sənə qurban,
səndən sonra dünyamız.
Himnimizə qarışdı
ağımızla
laylamız.
Tanklar yeridi, tanklar!
Susdu qaynar bulaqlar.
Yer tüstüydü, göy bulud,
təkərlər altda sükut
boğulub,
bağırırdı,
dünyanın axırıydı.
Döngələr təhlükəliydi,
tarixi bir ləkəydi!
Qətl, qarət – xəbərsiz,
qanunsuz, məhkəməsiz.
Fövqəladə vəziyyət!
Bu zülüm, bu əziyyət
Kremlin “töhfəsiydi”.
Dolu sisternlərin,
neftimin əvəziydi.
Bakı – proletariat!, –
bir fəhlə ölkəsiydi.
Bakı – SSRİ-nin
seçilən bölgəsiydi.
Kremlin gözüylə bax:
özü yox, kölgəsiydi!
Tarix! Ulu Öndərin
tarixi çəkisi var 1
O göy gurultusunun
bir ildırım səsi var.
Cəllad onda gördü ki,
millətin yiyəsi var.
Salam, Fəxri Xiyaban! –
səndə bir Türbəsi var.
Hər gün, növbədənkənar,
hər nəslin növbəsi var.
Zaman səs verdi bizə,
İstiqlal yazılırdı
qədim salnaməmizə.
İgidlər məzarına,
əyildikcə, ucaldıq.
Ölən yoxuydu daha,
Şəhid olurduq artıq.
IV
Şeirin, sözün ağrısı
bu dəfə cana düşdü.
Xəlil zindana düşdü.
Qarışdı Lorkalara
və Musa Cəlillərə.
Xalq səs verdi Xəlilə
və Xəlilkimilərə.
SARA
Cinayəti nəydi bəs?
QİYAM
Dedilər millətpərəst.
SARA
Yaşayıbmı dünyada
millətsiz bir sənətkar?
QİYAM
Dedilər sev milləti,
Dili lal, qulağı kar.
SARA
Nə qədər yatdı Xəlil?
QİYAM
Nə qədəri şərt deyil.
Uca tutdu başını
Sovetin bayrağından.
Nə çəkicindən qorxdu,
nə onun orağından.
SARA
Firəngiz hardadı bəs? –
həssasdı, dözə bilməz.
QİYAM
O, keçmədi Xəlildən,
ona borcludur vətən.
Sərt, təmkinli, pərişan,
az dinən, az danışan.
Teleqramlar vururdu
yuxarıya birəldən.
Səni xatırlayırdı
məni görəndə hərdən.
“Davam edir otuz yeddi,
daha kəskin, daha ciddi!”
Xəlilin gur səsiydi.
“Lefortovo” zindanı
təzə “gözətçi”siydi.
“Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
nə kəsdilər dilimi…”.
Xəlilin sinəsində
şaxələndi bu üsyan.
İki dahi yetişdi
bizim Kür qırağından,
O – türkçü,
Bu – Ulutürk.
Türkün xəritəsini
xəritədə böyütdük.
V
SARA
Moskva, yataqxana,
yadımdadı o illər.
Yanaşı çarpayınız,
Şərikli kitab-dəftər.
bizim kirayə evlər.
Qaçırdıq yanınıza,
arada, axşam-səhər.
Yoxuydu heç nəyimiz,
İki qutu göy noxud
gətirdik, gələndə biz.
Qonşu hiss eləmişdi,
həyətə, bağa çıxıb.
Deyirdi, altı qutu
anbardan yoxa çıxıb.
– Altı qutu?
– Düz altı.
Əlim çənəmdə qaldı.
İki qutuydu vur-tut,
yarı su, yarı noxud.
Əvəzində sonradan,
noxudun havasıyla, –
aş apardım qonşuya,
üstünün qarasıyla.
uğundu, getdi Xəlil:
“İki qutu göy noxud,
bir sini aş…” pis deyil!
– Bir axşam itmişdiniz,
kinoya getmişdiniz.
Moskvaya, şəhərə!
Nə burda, bələdsiniz,
nə də orda, bir yerə.
Şər qarışır, gün batır,
biz yollarda bir təhər.
Allah, ürəyimizə
nələr gəlmirdi, nələr!
– Sara!
– Firəngiz!
– Sara!
səs salmışdıq yollara.
Gedib qəbristanlığı
harayladıq nə qədər,
Yol – içindən keçirdi,
susurdu daş qəbirlər.
Baxırdıq, boylanırdıq,
gedirdik, əylənirdik.
Sonra gileylənirdik.
XƏLİL
Firəngiz gülər üzdə,
küsər heç şeyin üstə.
Sonra da minnət, xahiş,
gəl, indi dindir, danış.
QİYAM
Sara da küsəyəndi,
dediyini deyəndi.
Bilmirəm necə dözür,
soruşsan danar özü.
XƏLİL
Qızlar küsür ki, Qiyam,
hardasa oxumuşam:
onları çox istəyək,
nə desə, onu deyək.
Xəlil susurdu hələ,
tutulmuşduq arada.
Gəlib tapdıq biz sizi,
bizim yataqxanada.
– Bircə yolumuz qalır,
bundan sonra biz gərək, –
Vağzaldan bilet alıb,
evinizə göndərək.
Xəlil dedi, mən dedim,
mən bilmədim, nə dedim.
Sənin gözlərin doldu,
Firəngiz də tutuldu,
o da çəkdi içini.
İndi necə uçurdaq
İki ağ göyərçini!
Öz tale payımızı,
öz alın yazımızı,
dünyadan – dünyamızı?!
Güləndə, bağışladıq,
söz də veririk ki, sözsüz, –
kinoya gedəcəyik,
ikimiz yox,
dördümüz.
VI
Qorki institutundan
məktub göndərmişdilər,
Qızlar pərtiydi yaman, –
ailəli olanlar
tək gəlsin, – demişdilər.
Dolmuşdu yataqxana,
ümid yoxuydu ona.
Moskva!…
İlk dəfəydi.
bizim də səfərimiz.
Məndən soruşdun, Xəlil,
bəs Sara, bəs Firəngiz?!
Küsdülər, köyrəldilər,
vağzalacan gəldilər.
Getmək istəyirdilər,
Moskva qızlarını
dalda pisləyirdilər.
– Necə? – qısqanırsınız?
– Yox, – deyib danırdılar.
Xəlil, bizi sevənlər
bizdən utanırdılar.
Bu da bir istedaddı,
heyif, çoxuna yaddı!
Neyləyəsən, həyatdı:
bir bağın meyvəsi də,
gah şirindi, gah acı.
Söz – ağızda çəkilir,
dil – nədir bəs?
Satıcı! –
əridir mətahını,
ucuz-baha qiymətə.
Eşq olsun təbiətə!
VII
Bizə demişdilər ki,
yağarlıqdı Moskva.
Soyuqdu, sərtdi hava.
plaş alın siz orda,
zont alın, beret alın,
Qaloş alın siz orda.
Əldə zont, başda beret,
geyindik plaşları.
Ayaqqabının üstən
keçirdik qaloşları.
Dərsin birinci günü
“bəzənmişdik” büsbütün.
Nə hava soyuq oldu,
nə yağış yağdı o gün.
Sən demə, baxıbdılar,
gülübdülər kənardan.
“Marsdan, Aydan gəlibdi
yəqin bu iki cavan…”
Nə plaşı çıxartdıq,
nə qaloşu soyunduq,
Nə bereti, nə zontu,
Beləcə, “məşhur” olduq.
VIII
Yaxşı keçdi seminar,
inciyən olmadı heç.
Smelyakov apardı –
Yaroslav Vasilyeviç.
On il sürgündə yatan,
nə yuvası, nə evi.
“Gözəl qızıydı Lida”
şeirinin müəllifi.
Ürəyi söznən dolu,
narazıydı mühitdən.
Misal çəkərdi bizə,
Puşkindən, bir də Fetdən.
– Heç kim yerində deyil,
kimsə, bilmək istəsən:
yaxşı dərzi olardı
şairdi, nə deyəsən!
Əla cərrah çıxardı,
istəsəydi filankəs.
O da poema yazır,
şairdi, gəl indi döz!
Vlademir Oqnev də 2
həqiqətə mat qalır:
– “Klassiklər” çoxalır,
oxucular azalır!
Seminar rəhbərinin
dönüb baxır üzünə.
O, dərin məna verir,
tənqidçinin sözünə.
Seminarın davamı
düşmürdü dilimizdən.
Bu, deyirdi: mən düzəm,
o biri deyirdi: mən!
“Şeiri Mayakovski
necə yazır, bax elə.
“Sol,
sol,
sol!..
ancaq elə.
Döyüşdəsən, davada.
misralar qırıq-qırıq!
Ütülü,
Sığallı yox!..”
Bir tələbə – şairin
fikiriydi bu, belə.
O biri də deyirdi,
təmkinlə yox, təkidlə:
“Yesenin də yazır bəs? –
başqasına bənzəməz.
Ağcaqayın dilində,
ana dilində rusun.
Kimə meydan oxusun?
Kimin üstə çığırsın?
Misranı niyə qırsın?”
Bu biçdik, bir ölçdük,
bir yaxşı fikrə düşdük.
Xəlil dedi gəl, gedək,
mən də dedim ki, mütləq.
Bağ evi qonşudaydı,
burda, Nazim Hikmətin.
Ustad sözü deyərdi,
Nə desəydi o, yəqin.
Nazim uca boyuyla,
qıvrım, sarı saçıyla,
öz şəfqət bacısıyla 3
evindəydi –
təzə-tər.
Yenə o mavi gözlər!
Yenə o türkcə dəvət!
Yenə o səs, o ülfət!
Yenə “Canım!”, “Şəkərim!”
sevdiyi kəlməsiydi.
Bizi görəndə hər dəm,
bizə “gəl” deməsiydi.
XƏLİL
Seminarıydı, ustad,
şeiri necə yazaq?!
Mayakovski kimi,
yoxsa,
Yeseninsayaq?
QİYAM
Gəldik, sizdən soruşaq.
Vurğunun bir bəndini
əzbərdən deyə-deyə, –
söykəndi pəncərəyə.
“Nemətdisə gözəl şeir,
şair olan qəm də yeyir.
Ömür keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir,
saçlarına düşən bu dən,
şair, nə tez qocaldın sən?”
Bir xəzinə yatırdı
Nazimin sinəsində.
Mehriban görkəm aldı,
sağ əli çənəsində:
– Canım, bax, hansı dildə
ananla danışırsan, –
o dildə yaz şerini,
başa düşsün qoy anan.
XƏLİL
“Mən Şərqdən gəliyorum,
Şərqin dərdlərini
bağıra-bağıra
gəliyorum!
Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq,
nasıl çıxar qaranlıqlar
… aydınlığa?!”
– Sizinkidi bu, ustad,
misal çəkirdi Xəlil.
– Mayakoskivari,
üsyan, çağırış deyil?!
– Canım, üsyan, çağırış
lazımdısa oxumaq;
qoy məni oxusunlar,
Mayakovskini yox.
Gördüm başqa bir sual
düşündürür Xəlili.
– Bəs?..
Nazim qabaqladı:
– Vurğun, Rəsul, Rəfili.
Oxuyuram onları,
risk, yeni söz, cəsarət
yaşadır sənətkarı, –
deyirdi Nazim Hikmət.
Dünən orda seminar,
bu gün burda bu söhbət.
İki tələbə – şair,
ortada Nazim Hikmət.
Nazim – parlaq bir ulduz,
Nazim – özünəməxsus.
Yolda bir səs deyirdi:
uddunuz, uduzdunuz?!
Şərt deyil dedi o səs,
oxşamaq,
oxşamamaq.
Şərtdi – şair doğulmaq,
şair – doğulur ancaq.
IX
Məhəmməd Mamakayev –
Çeçeniydi milləti.
Canlara dəyəniydi
amma bir xasiyyəti:
Gücsüzün tərəfiydi,
haqsızın – qənimiydi,
onda da səmimiydi.
İki, ya üç yaş artıq,
əslində yaşıdıydıq.
Boyda-buxunda da şax!
dilində yalnız: Allah!
Ucadan danışardı,
danışanda – yaşardı
əli, qolu, bədəni.
Canlıydı, daş deyildi,
biz sevirdik çeçeni.
Xəlilin ad günüydü,
yataqxana süfrəsi.
Biz dəvət eləmişdik,
o da saymışdı bizi.
Bir çeçen xəncəri də
gətirmişdi Xəlilə.
Belindəki kəmərə
bağladı öz əliylə.
General Yermolovun
heykəlini uçurdan, –
biri – Məhəmməd imiş,
deyirdilər o zaman.
İstiqlal istəyibmiş,
Məhəmməd Mamakayev.
cəza çəkib gəlibmiş
Məhəmməd Mamakayev.
Qorki İnstitutunun
o da tələbəsiydi.
Çeçen tərbiyəsiydi,
bizə qardaş deyirdi,
sağlıq deyən tələbə.
(Yadımdadı hələ də!)
Professor İşutin, –
bizim müəllimimiz,
kimdənsə, tutub xəbər,
bilməmişik birimiz,
açdı qapını gülər.
– Burda bir tələbəmin
ad günüdür dedilər.
Təsadüf!
Nə qiyamət!
Əvvəl Xəlil gəl! – dedi,
sonra çeçen Məhəmməd.
– Bir tələbə qız gəlib,
lap uzaqdan, Çitadan.
Mən onu axtarırdım
elə burda bayaqdan.
Biz onun gəlişini
bəyəndik, alqışladıq.
Bərk tərifə başladıq.
Saxladı: – Yox, belə yox,
mən bunu xoşlamıram.
Xəlilin sağlığına
qaldırdı bir yüz qram.
– Maqomet Mamakayev! –
düzmü dedim bu adı?
Mənim tələbəm olub,
o yaxşı yadımdadı.
Başsağlığı oxudum,
qəzetdə dünən axşam.
düzü, bərk tutulmuşam.
Əsl çeçen: igid, ər,
bəs sizə deməyiblər?
– Başqa Mamakayevdi,
adı qəzetdə gedən.
Məhəmməd Mamakayev
cavab verdi yerindən.
Gülüş – masabəyiydi,
tələbə süfrəsində.
Doldurulan hər qədəh, –
bir sağlıq növbəsində!
Hər kəs öz aləmində,
hər kəs öz kölgəsində.
Mamakayev oxudu
bir çeçen ləhcəsində.
X
İki göyərçin qondu,
o gün pəncərəmizə.
“Gəlirik, qarşılayın”
teleqram gəldi bizə.
Firəngizdən, Saradan,
Rostovdan, Belqoraddan,
Xarkovdan, daha hardan!
Bir qayğımız var ancaq, –
Onlar harda qalacaq?
komendant köhnə bezdi.
Desək ki, qızlar gəlir,
deyəcək hələ tezdi.
– Xəlil!
– Qiyam!
çağırdı
İkimizi iki səs.
Bir an – yüz günə dəyər,
yüz gün bir ana dəyməz.
Baxdıq, gordük, sevindik,
Göydəydik, yerə endik.
– Sizsinizmi?
– Bizik, biz!
Sara, bir də Firəngiz!
Dünya – qadın ətirli
gülüymüş, bilməmişik.
Gələndə özümüzlə
niyə gətirməmişik?
Nə yaxşı, burda tapdıq,
orda itirməmişik!
XƏLİL
Teleqram vurubsunuz,
yəqin bərk qorxubsunuz.
Düz deyirəm Firəngiz?
beş… altı… bu da səkkizi
Heç qalmayıb pulunuz,
yolda soyulubsunuz.
– Gəlmişik ki, qaytaraq,
bir az da artıq alaq…
Firəngiz gülə-gülə,
cavab verdi Xəlilə.
Sara da dedi: Qiyam,
mən qorxmuşdum, danmıram.
Ünvanı səhv yazarıq,
gəlib burda azarıq.
QİYAM
Görmüşdüm yuxusunu,
gələndə, yol uzunu
deyirdim sən işə bax,
ayan olur ürəyə.
Bir cüt göyərçin – dümağ,
qonmuşdu pəncərəyə.
Əsl xəbərçidilər,
Sizin gəlişinizi
onlar bizə dedilər.
XI
Sara mənə deyirdi ki,
bu, ayrıca hekayətdi,
sizdən sizə şikayətdi.
Mən tərsinə yozurdum:
– Yox,
Şikayət də – məhəbbətdi.
SARA
Siz getdiniz qoyub bizi,
məni, bir də Firəngizi.
Gündə poçtu yoxlayırdıq.
Atamızın evindəydik,
sizdən ötrü ağlayırdıq.
İyirmi il doğma ikən,
yad olmuşdu bu ev birdən.
Firəngizə, mən dedim ki,
bir yol tapım, çıxış yolu,
aramızda sirr oldu bu.
Məktub yazdıq atamıza,
mən Qiyamın imzasıyla,
o Xəlilin imzasıyla,
yeni görüş sövdasıyla.
Guya xiffət edirsiniz,
xahiş, minnət edirsiniz,
bizi dəvət edirsiniz.
“Bilet alıb salın yola,
Moskvaya,
Dobrolyubov küçəsinə,
üç-dörd günə…”
Məktubu göstərdilər,
muştuluq istədilər.
Oxutdular…
oxuduq.
İkimiz də yox, – dedik,
guya razı deyildik.
Guya biz darıxmırıq,
Darıxan tək sizsiniz.
orda ikinizsiniz.
Fikirliydi atamız,
İki evə sığmırdı
hikkəmizlə ədamız.
– Haraya… Moskvaya?…
deyirdik onda biz də.
Məktubu yazmasaydıq,
ölərdik ikimiz də.
Anamız təkləyirdi,
bizi birçəkləyirdi:
– Gedin, ev-eşik olun,
bir az göz-qulaq olun,
yatanda, oyaq olun.
duranda dayaq olun.
Təzə ər-arvadsınız,
elə bil ki, yadsınız.
Gedin, verin əl-ələ,
yaşayın innən belə.
Darıxıb binəvalar,
Orda pisdi havalar.
Gedin, bir həyan olun,
bir az mehriban olun…
Ağıl-öyüd verdilər,
qəlbimizə girdilər.
Danışdılar, küsdülər,
biz dözdük axıracan,
onlar da çox dözdülər.
Yenə ana ürəyi!
Gəlinlərin “kələyi”
özü də bir yuxuydu,
xəbərləri yoxuydu.
Qorxurduq sonra, düzü,
sirrimiz çıxar üzə.
Gələndə göstərəllər
məktubu onlar sizə.
Sizsiz,
sizin imzanız,
axı, yazmamısınız.
Məktubu tez götürdük,
rahat bir köks ötürdük.
Firəngizlə görüşdük,
Paytaxta 1 yola düşdük.
Gəlib yola saldılar,
bizdən razı qaldılar,
Vağzallarda enirdik,
uçurduq, sevinirdik.
hədəfə –
bir teleqram.
“Dobrolyubov küçəsi,
Moskva, Xəlil, Qiyam!”,
Dəvət eləmədiniz,
yenə Sara, Firəngiz!
Elə ki, gördük sizi,
əlinizdə gül-çiçək,
Ağladıq ikimiz də,
çətindi sözlə demək.
Gərək bunu mən, Qiyam,
nəvəmə də danışam,
o da öz nəvəsinə…
Mat qalmışdım mən onun
yaşamaq həvəsinə.
Ağırıydı yataqda,
amansızdı təbiət.
Bəlkə də bu hekayət,
qadın heysiyyətindi,
onun vəsiyyətiydi?
EPİLOQ ƏVƏZİNƏ
Ömür uzun, ömür qısa,
ad qazandıq adımıza.
Məndən sizə nə qaldısa,
o da bu sözlərlə qaldı.
İz axtardım, yola çıxım,
sağa dönüm, sola çıxım.
Üzüm bir sahilə çıxım,
o gücüm izlərdə qaldı.
Mən dost gördüm, həyan gördüm,
salam verib, sayan gördüm.
Sənə bir oxşayan gördüm,
gözüm o gözlərdə qaldı.
[1] Heydər Əliyevin 1990-cı il 20 yanvar faciəsi ilə bağlı Moskvanın Azərbaycan nümayəndəliyində xarici ölkə jurnalistləri qarşısındakı çıxışı nəzərdə tutulur (müəllif)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
* * *
Hələ onda bildim mən onda bildim, Atamın həm oğlu, həm də qızıydım. Mənim qəpik quruş xərcliyimdə də Acılığım bir yol da üzümə vurdu.
Ora qaç, bura qaç, oxu düşünmə O, keçər bu keçər unutsan keçər, Atam oğlum deyər, anam qızımdı. Baxarsan onda da qız üzün gülər!
I knew then, I knew then, I was both my father’s son and daughter. My penny is also a penny Anger hit me in the face one way or another. Run there, run here, don’t read and think He passes, he passes, he passes, if you forget, My father says my son, my mother was my daughter. If you look, then the girl smiles.
* * *
Özümə dost bilib güvəndiklərim, Vaxt gəldi yad kimi üzümə durdu. Bir yol da yıxılsan baltalayarlar Bu yıxdı o tikdi gedən də qurdu.
Those whom I trust to be my friends, When the time came, he stood in front of me like a stranger. If you fall one way, they will ax you It was demolished, it was built, it was built.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
* * *
Qorxu – nəsə itirmək hissi… Kimisi can itkisindən Kimisi mal itkisindən Kimisi vəzifə itkisindən Qorxar,susar kölələşər. Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər. İnsan da insanlığın itirməkdən yaman qorxar. Qan danışar,sonra isə qan qusar…. Yuxu-ruhun azad olduğu an… Daş üstündə daş kimi yatan da var. Yatağında ilan kimi qıvrılan da var. Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var. Qula çevrilmiş ruhlar,istəməsə də, bu “canları”daşımağa məhkumdurlar. Ruhlara bu cəzanı niyə vermiş Allah? Görən bunların hansı günahı var?… Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi… Yaradana sevgi, Valideynlərə sevgi, Vətənə sevgi, Qadına sevgi, Vəzifəyə sevgi, Var -dövlətə sevgi… Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi? Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir… Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq: Azadlıq !Azadlıq! Azadlıq!!!
Xatirələr…
Sənsizlik,tənhalıq sıxanda məni Arzular,ümidlər dayağım olur. Mən haçan darıxsam,səninlə bağlı Şirin xatirələr qonağım olur.
Həsrət fırtınası azdırsa məni O ulduz gözlərin mayağım olur. Mən eşq dənizində üzən bir gəmi Qolların limantək sığnağım olur.
(Gənc xanım yazar Yağmur Əsmərsoyun bədii
yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz)
Zəngin
yaradıcılıq ənənələri ilə öz inkişaf səviyyəsini qoruyub saxlayan çağdaş Azərbaycan
ədəbiyyatı dövrün, zamanın tələblərinə uyğun olaraq, forma-məzmun, mövzu-ideya
baxımından bir-birindən daha maraqlı bədii əsərlərin, poeziya nümun ələrinin,
dramaturgiya sahəsində yenifikirli qələm sahiblərinin, istedadlı yazarların, gənc
nəslin nümayəndələrinin sayının artmasına, dünyaya və həyata baxışın köklü surətdə
dəyişilməsinə, xalqın zəngin tarixinə nəzər
salmaqla, humanizmi, səmimiyyəti, dərin fəlsəfi fikirləri, hikmətamiz sözləri
yenidən cilalamağa səbəb olan bir çox sənət əsərlərinin yaramasına səbəb olur.
Uzunmüddətli yaradıcılıq axtarışlarının nəticəsi kimi qiymətləndirilə bilən bu
proseslərin özündə də xalq hikməti, birbaşa xalqa bağlılığı özündə təcəssüm
etdirən ənənələr var.
Novatorluğu
və ənəni özündə birləşdirən, tarix boyu “Türkləşmək,
islamlaşmaq və müasirləşmək” ideyasının təbliğinə xüsusi önəm verən, qədim
köklərə söykənən Azərbaycan ədəbiyyatı görkəmli söz sənətkarları ilə yanaşı ilə
həm də, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin təbliği, tədqiqi
(daha çox ədəbiyyatşünas-alim və ədəbi tənqidçilər tərəfindən araşdırılması)
xüsusi diqqət ayırmış, ədəbi mühitdə tanınması üçün lazımi köməklik göstərmişdir.
Heç şübhəsiz ki, bu proses, bu tarixi ənənə
bu gün də uğurla davam etdirilir. Ədəbi tənqid isə öz növbəsində müəllif əsərlərinin
müsbət və mənfi cəhətlərini müəyyənləşdirməklə qələm sahiblərinin ədəbi-bədii
ideya istiqamətinin doğru müəyyən olunmasında mühüm və mühüm olduğu qədər də
tarixi rol oynayır. Gələcək üçün oxucu ilə müəllif arasında yeni-yeni körpülərin
salınmasına bilavasitə zəmin yaradır.
Əslən
Azərbaycandan olmasına baxmayaraq, qürbətdə, bədii yaradıcılığını daha çox
lirik şeirləri ilə davam etdirən gənc xanım yazarlardan biri də, təbii ki, Yağmur Əsmərsoydur. Rusiyanın “Mədəniyyət
paytaxtı” Sankt-Peterburqda yaşasa belə, qəlbi daim Vətən, yurd eşqi ilə döyünən,
böyüyüb, boya-başa çatdığı elinə, obasına bütün varlığı və vücudu qədər bağlı
olan xanım yazarın qələmindən çıxan hər bir misradan müəllifin obrazlı təfəkkürə, bədii təsvir və ifadə
vasitələrinin daxili imkanlarına bələd olması, daim yenilik axtarışında olması daha
aydın çözülür. Böyük əminlik hissi ilə demək olar ki, nəcib, incə duyğulu şeirləri
ilə oxucuların rəğbətini qazanan gənc xanım yazar Yağmur Əsmərsoyu böyük ümidlərlə
dolu xoşbəxt gələcək gözləyir. Bunun üçün tələb olunan əsas şərtlərdən biri və
birincisi daim öz üzərində çalışması,
yaradıcılıq fəaliyyətini davam etdirməklə bərabər, həm də ömrünü-gününü mütaliə
(daha çox bədii əsərlərin) içində keçirməsi ola bilər. Belə ki, uğurlarının
sayı artdıqca hər bir, hətta kiçik uğurdan belə ruhlanması, özünü yeni məzmunlu
əsərlər yazmağa sövq etməsi müəllifin
özünəməxsus dəsti-xəttinin formalaşmasına şərair yaradacaq.
Müəllifin şeirlərinin hər birində səmimiyyətin, gələcəyə olan inamın şahidi olmağımız bizə belə deməyə əsas verir. Bir də ki, istedad hər bir şəxs və ya şəxsiyyət üçün önəmli amildir. Heç şübhəsiz ki, istedad müəllifi ədəbi mühitdə tanıdan əsas müsbət keyfiyyətlərdən biri kimi diqqətçəkən məqamlardandır. İstedad isə öz növbəsində müəllifin xaraterini, dünyagörüşünü formalaşdıran, cərəyan edən ictimai-siyasi hadisələrə biganə qalmamağı təbliğ etməyində əsas və yeganə silahdaşı kimi gözlərimiz önündə canlanır. Duyğu və düşüncələr aləmində bir-birindən maraqlı və maraqlı olduğu qədər də dəyərli sənət nümunələrini yaratmağa vəsilə olan əsas səbəblərdən biridir.
Müasir Azərbaycan ədəbi dilinin
funksional üslublar sistemiə daxil olan üslubların hər biri üçün səciyyəvi olan
fonetik, leksik, qrammatik normaların gözlənilməsi
müəllifin yaradıcılığının əsas müsbət cəhətlərdən biri kimi xarakterizə
olunmalıdır.
Müəllifin
şeirləri də özü kimi kövrəkdi. Sevgi ilə yazmış olduğu poeziya örnəkləri,
sözügedən məsələ ilə bağlı bunu bir daha ədəbi faktor kimi təsdiq edir.
Gənclik dövrünü yaşayan, bərkə-boşa
çəkildikcə möhkəmlənən, söz ilə silahlanan, xalqın zəngin adət-ənənələrinə,
milli-mənəvi dəyərlərinə dərin hörmət və ehtiram bəsləyən
gənc qələm sahibi Yağmur Əsmərsoy oxucusu ilə daha çox könül dilində-səmimiyyə
dilində danışır. Uydurmaçılıqdan tamamilə uzaq olması da müəllifin qısa zamanda
uğur qazanmasına səbəb olan müsbət keyfiyyəti kimi səciyyələnməlidir. Ona görə
ki, fərd və müəllif olaraqgənc xanım yazar sənət meydanında uğur qazanmağın
yollarını bilir və bunu dərk edir. Hər şeydən öncə öz istedadına güvənir. İstedadına
güvənmədən uğur qazanmağın mümkün olmadığını da ədəbiyyatsevərlərlə bərabər, müəllif
həm dərk edir, həm də özü üçün mülahizələr yürüdür. Şeirlərinin hər biri isə
real həyat hadisələrinə söykənir. Misradaxili bölgü, qafiyə də öz yerində. Bir
çox məqamlarda ictimai-siyasi, fəlsəfi məzmunlu fikirlərini də çatdırmağı
unutmur.
Son
vaxtlar ədəbi elektron məkanda bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda
şeirlərini oxudum. Hər birində cərəyan edən hadisəyə fərqli yanaşmanın, fərqli
düşüncənin şahidi oldum desəm, heç də yanılmaram. Hansı mözvuda yazmağından
asılı olmayaraq, müəllif hər şeydən öncə dilin sadələyinə, anlaşıqlı və təsirli
olmasına önəm verir. Bu amil müəllifin özü üçün də çox vacibdir.
Yaradıcılığında
humanizmi, səmimiyyəti təblği edən gənc xanım yazar Yağmur Əsmərsoy gələcək ilə
bağlı arzu və istəklərini, düşüncələrini də bölüşür.
Sənət
meydanında ilk titrək qədəmlərini atan qələm yoldaşımız, şair dostumuz Xanıməfəndi
Yağmur Əsmərsoya yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi özümə həm
vətəndaşlıq, həm də qardaşlıq borcu bilirəm. El qızı, uğur olsun!!! Uğurların
bol olsun!!!
Gün
o gün olsun ki, Sənin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmağını görək.
Şeirlərinin, bir-birindən maraqlı və rəngarəng kitablarının işığına yığışmaq
diləyi ilə
Kənan AYDINOĞLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Allahın günahkar bəndəsi məndim, Mən desəm yaxşılıq üzə vurulmaz. Yaşa unutdurar zaman hər şeyi, Bu gündü o aydı yenə də durmaz.
Я грешный слуга Божий, Если я говорю, что добро не выявляется. Когда ты все забудешь, Сегодня этот месяц еще не останавливается
I am a sinful servant of God, If I say that goodness does not come to light. When you forget everything, Today, that month still does not stop
მე ვარ ღვთის ცოდვილი მსახური, თუ ვიტყვი, რომ სიკეთე არ გამოირჩევა. როცა ყველაფერს დაივიწყებ დღეს, ეს თვე კვლავ არ წყდება
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Oldu da tüfürüb buraxdıqlarım, İndi yaxınlaşıb üzümə baxmaz. O, gündən bu günə yaltaqlananlar, Bir də tüfürdüyü kişi yalamaz.
What I spat and left, He doesn’t approach me now and look at my face. He is flattered from day to day, And the man who spit does not lick.
Что я плюнул и ушел, Он не подходит ко мне сейчас и смотрит на мое лицо. Он польщен изо дня в день, И человек, который плюет, не лижет.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Kitabxana – dostluq körpüsüdür” (“Dostluq sərhədləri tanımır” çagırışı) layihəsi çərçivəsində bu kitabxanalarda ən populyar və ən çox oxunan kitabların virtual sərgisini təşkil etdi.
Virtual sərgi #EVDƏQAL çağrışına dəstəkdir. Virtual
sərgi aktuallığı ilə maraq doğurur. Burada müasir oxucuların ən çox oxuduqları
kitablar yerləşdirilib.
Sərgilənən kitabları seçmək üçün M.Ş.Vazeh adına
Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamları ilə yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında”
olan kitabların mütaliəsini analiz etdi. Nəticədə son yeddi ildə müxtəlif ölkələrdə
yaşayan oxucular tərəfindən ən çox oxunan beş kitab müəyyən edildi.
Sərginin birinci bölməsində son yeddi il ərzində ən
çox oxunan və populyar olan beş kitab (Пять самых читаемых и популярных книг Азербайджана) haqqında məlumat verilmiş,
Azərbaycan, ingilis və rus dillərində olan bu kitablar əks olunmuşdur.
Onların arasında ingilis dilində William Goldman
“The Princess Bride” (“Prenses gəlin”), kolumbiyalı yazıçı, ədəbiyyat
üzrə Nobel mükafatçısının Gabriel Garcia Marquez ingilis dilində “One Hundred
Years of Solitude” (“Yüz ilin Tənhalığı”), akademik İqrar Əliyevin rus dilində
«История Азербайджана» (“Azərbaycan tarixi”), Qabusnamə, professor F.Veysəllinin
“Dil” kitabı.
Virtual sərginin ikinci bölməsində Orenburq sakinlərinin beş ən çox oxuduqları (Пять самых читаемых
книг оренбуржцами) kitablar verilmişdir: «Книга о губернаторах Оренбуржья»
(“Orenburq qubernatorları”), «Оренбург: Литературные прогулки – книга-альбом»
(Orenburq: ədəbi gəzintilər – kitab-albom), britaniyalı yazıçı Coan Roulinqin
“Harri Potter” (Джоан Ролинг “Гарри Поттер”), avstraliyalı yazıçı Kolin
Makkalounun «Поющие в терновнике» (“Tikanlıqda şərqi deyənlər”) rus yazıçısı
Mixail Bulqakovun «Ма́стер и Маргари́та» (“Master və Marqarita”) və Geоrge
Orwel «1984» kitabı.
Son aylarda virtual kitabxanaya yerləşdirilən
kitablar arasında ən çox oxunan «Uşaq hüquqları dünya xalqlarının
nağılllarında» (Azərbaycan və rus dillərində), «Azərbaycan çörəyi”, rus dilində
T.Aleksandrovanın “Kuzka yeni evdə” (“Kuzka v novom dome”) və Brayan Cekson “Lyuk
haqqında əfsanə” (“Leqenda o Lyuke”).
Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə
“Kitabxana – koronavirusa YOX deyir!”
layihəsində iştirakı davam edir
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana –
koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla
mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim etməkdə davam
edir.
Kitabxana karantin rejimində işini uğurla davam
etdirərək, oxuculara virtual xidmət göstərməkdədir.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına
Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis növbəti “Nənə,
nağıl de mənə…” adlı nağılını kitabxanaya virtual formada təqdim etdi. Nağılın
qəhrəmanı Məsmə nənənin – “O
xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona
üstün gələcək” – sözləri ilə yazar “Biz birlikdə güclüyük!”, “#Evdəqal” çağrışını bir daha dəstəklədi.
Əziz uşaqlar, “Göy
guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün
xəstəlikləri yuyub apardı!” – deyən yazar, tezliklə bəşəriyyətə kabus olan
bu virusun məğlub olacağını, insanlığın qələbə çalacağını bildirir.
Biri var idi, biri
yox idi.Məsmə adlı bir nənə var idi.Məsmə nənənin Azər və Turan adlı iki nəvəsi
var idi. O, hər gün axşam nəvələrinə maraqlı nağıllar danışar, nəvələri da onu
dinləyərdi.
Bir gün Məsmə nənə
yenə nağıl danışmağa başlayanda Turan dedi:
– Ay nənə, elə nağıl
danış ki, orada əjdaha, div olmasın.
Bunu eşidən Azər isə
dedi:
– Nə danışırsan?
Onda nağıl maraqlı olmaz ki… Qoy əjdaha, div olan nağıl danışsın. Sən qızsan,
qorxursan get yat!
Turan incik halda
cavab verdi:
– Mən onlardan
qorxmuram! – Sonra əlavə etdi. – Nənə, ola bilər ki, o əjdaha və divlər bizim
yaşadığımız zamana da gəlib çıxsınlar?
Məsmə nənə Turanın
başını sığallayıb dedi:
– Əslində hər
zamanın öz divi, əjdahası olur. Bizim də zamanda div, əjdaha var, amma biz
onları görmürük. Onlar öz pis əməllərini gizlincə edir. İnsanları qorxuya,
vahiməyə salır. Onlara zülm edir.
Turan maraqla
soruşdu:
– Ay nənə, düzdür
ki, əjdahanın başında tac olur?
Məsmə nənə
gülümsəyərək cavab verdi:
– Düzdür. Amma bəzən
başında tac olan daha qorxulu şeylər də olur.
Azər tez qışqırdı:
– Mən bilirəm, bizim
dövrdə olan əjdahanın adı nədir, o koronavirusdur. Onun da başında tac var, o
da insanlara düşmənçilik edir, adamlara əzab-əziyyət verir. Nənə, onda demək
pis xəstəliklər divlər kimidir? Onda da adamlar evdən çölə çıxmır, hamı öz
evində qalır.Ay nənə, nağıllarda qəhrəmanlar o divlərə, əjdahalara qalib gəlib,
onları öldürür, insanları xilas edir, bəs bu xəstəliklərə kim qalib gələcək?
Onları kim məhv edəcək?
Məsmə nənə
mehribanlıqla cavab verdi:
– O xəstəliklərə
insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək.
O xəstəlik gəzəcək, axtaracaq, küçələrdə yoluxmağa adam tapmayacaq. Hirsindən,
qəzəbindən özü məhv olub gedəcək. Axı insanlar əlbir olanda, bütün
divlərə, əjdahalara qalib gələ bilirlər.
Beləcə bu günkü
nağılımız da sona çatdı. Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış
havada olan bütün xəstəlikləri yuyub apardı!
Bu günlərdə veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin Fəxri üzvü, “Müqəddəs qələm” media mükafatı laureatı, bu gün də gənclik eşqi ilə yazıb yaradan Zümrüd xanım Baloğlanovanı evində ziyarət etdik (“Möhtəşəm Azərbaycan” qəzetinin texniki redaktoru Ərşad Nihadla birgə).
Bu ziyarəti də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri kimi özümə borc bildim və qələm dostlarımızın, birlik üzvlərinin salamını Zümrüd xanıma çatdırdım.
Çay süfrəsi arxasında jurnalistikamızın dünənindən, bugünündən danışdıq, dünyasını dəyişmiş tanınmış jurnalistləri xatırladıq, həmçinin “Dəlidağ” (rəhbəri tanınmış şair-jurnalist Namiq Dəlidağlı), “Dan yeri” (rəhbəri şair-publisist Nisə Heydərli) Ədəbi Birlikləri, “Çeşmə” (rəhbəri şairə Lilpar Cəmşidqızı) Ədəbi Məclisi ilə birgə Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və “Möhtəşəm Azərbaycan” qəzetinin ofisində keçirdiyimiz bir-birindən maraqlı və əhəmiyyətli silsilə tədbirlər üçün darıxdığımızı dilə gətirdik.
Sonra koronavirus pandemiyası ilə bağlı fikir mübadiləsi apardıq, respublikamızda həyata keçirilən önləyici tədbirləri müzakirə etdik, karantin rejimi şəraitində fəaliyyət göstərən jurnalistlərin üzərinə düşən məsuliyyətli məsələləri önə çəkdik.
Vurğuladıq ki, inşallah tezliklə respublikamızda həyat normallaşar və biz də Milli Mətbuatımızın bu il tamam olacaq 145 illik yubileyi ilə bağlı müəyyən layihələrin icrasına start verərik.
Zümrüd xanım həmçinin qeyd etdi ki, dostlar davamlı olaraq mənimlə əlaqə saxlayır, hal-əhval tutur və darıxmağa qoymurlar. Belə günlərdə Namiq Dəlidağlının yaratdığı “Yaradıcı dostlar qrupu” çox köməyimizə çatır. Bu qrup vasitəsilə, demək olar ki, hər gün Sevinc Qərib, Namiq Dəlidağlı, Firdovsi Cəfərxan, Natiq Ismayıloğlu, Nisə Heydərli, Aygun Hacıyeva, Ruhiyyə Bahar, Şərbətəli müəllim, Lilpar Cəmşidqızı, Mərcan Sabirqızı, Qənirə Mehdixanlı, Rahile Veyselli və digərləri ilə əlaqə qurur və maraqlı paylaşmalarla bir-birimizə mənəvi dəstək oluruq.
Güman edirəm ki, Zümrüd xanım Baloğlanovanı Sumqayıtda, o cümlədən respublikamızda tanıyan yetərincə insan var. Bununla belə, tanımayanlar üçün veteran jurnalistimizin həyat və fəaliyyəti haqqında qısaca da olsa məlumat vermək istəyirəm.
*
Zümrüd Nöhbala qızı Baloğlanova 1946-cı il avqustun 23-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsindəki 187 saylı eksperimental orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbin 11-ci sinfini qızıl medalla bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində müxtəlif məlumat səciyyəli xəbərlərlə, yığcam yazılarla çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gələrək “Sosialist Sumqayıtı” qəzetində korrektor kimi əmək fəaliyyətinə başlamış, mətbuatda müntəzəm olaraq çıxış etmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini qiyabi davam etdirmiş və 1972-ci ildə təhsilini başa vuraraq, jurnalistlik ixtisasına yiyələnmişdir.
“Sosialist şəhərlərinin yaranmasında mətbuatın rolu” mövzusundakı diplom işi müdafiə vaxtı Dövlət komissiyası tərəfindən yüksək qiymətlndirilərək elmı iş kimi davam etdirilməsi tövsiyə olunmuşdur. Sonradan Zümrüd xanım bu mövzu ətrafında axtarışlarını genişləndirməklə elmi iş müdafiə edərək alimlik dərəcəsi almışdır.
Ötən illər ərzində yerli və mərkəzi mətbuatda müxtəlif səpkili və janrlı yazılarla çıxış etmiş, yüzlərlə operativ yazı, oçerk, reportaj, zarisovka, felyetonların müəlluifi olmuşdur. Hələ 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilmişdir.
1975-78-ci illərdə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin “Kimyaçi” qəzetində məsul katib işləyən Zümrüd Baloğlanova 1978-ci ildə köçürmə yolu ilə “Kirpi” siyasi satira jurnalına işə keçərək felyeton şöbəsinin redaktoru kimi jurnalistlik fəaliyyətini davam etdirmiş, cəmiyyətdəki və gündəlik həyatdakı nöqsanları öz yazıları ilə ciddi şəkildə tənqid etmişdir. 15 il fasiləsiz bu jurnalda işləmişdir.
1993-ildə “Möhür” kiçik müəssisəsini yaradan Zümrüd xanım Baloğlanova, hazırda özəl nəşriyyat kimi bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərir, eyni zamanda dövri mətbuatda – “Manevr.az”, “Sumqayitfakt.az”, “Azpress.az”, “SİA.az” və digər saytlarda, “Azad Azərbaycan” və “Möhtəşəm Azırbaycan” qəzetlərində vaxtaşırı publisistik yazılarla jurnalistlik fəaliyyətimi davam etdirir.
Dəfələrlə respublika və şəhər səviyyəsində fəxri fərmanlara, diplomlara layiq görülmüş, Respublika Komsomol təşkilatının və “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 5 çağırış Sumqayıt şəhər Xalq Məhkəməsinin iclasçısı və “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Partiya Komitəsi Plenumunun üzvü olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Zümrüd Baloğlanova “Müqəddəs qələm” media mükafatı laureatıdır.
Rafiq Oday,
Azərbaycan Junalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti.
Əzəldən hər şeyi bılməyı də var, yalannan ağlayıb,gülməyi də var, həm də igid kimi ölməyi də var; bununçün məzarı dərin qazılar- torpağa kişidən əzizdi qadın.
Yaxşı da,yaman da yadında qalar, hər yeni xəbəri qeybdən alar, keçmişdən,sabaxdan bilgili olar- bilər nə əyridi,nə düzdü-qadın.
Allahım,bir dövrana bax! qan qaraldır axşam,sabax. Bilmək olmur–nə əyyamdır? adamların çoxu yalax, insanləğa ləkə,yamax. Kaş ki,məni bu cahana gətirəydin Min il qabax.
Kür–bənndlərdə yatıb gəlir, Araz çirkə batıb gəlir, insan köçəri quş kimi- kimi Yurdu atıb gedir, kimi Vətən satıb gəlir. Bir gün toyam,bir gün yasam, Xəzərdə batası olsam- boğulaydım Min il qabaq.
Vətənin əlində əsa, zamanın üstüynən gedir yanlarını basa-basa, yaramnazdım mənnən olsa! Bir nakişı yıxacaqsa- yıxılaydım Min il qabaq.
Yaxşı çalın-neydirsə bu, ağılladın-keydirsə bu, əvf edin-gileydirsə bu; dağılmalı şeydirsə bu- kaş,bu fani,zalım dünya dağılaydı Min il qabax!
Fələk mənə qulaq asa, (xatırlaya,mümkün olsa)- hansı Şair xoşbəxt oldu el dərdınnən yaza-yaza?! Vahid ƏZİZ,səndən sonra məzarın da yox olarsa, yox olaydı Min il qabax.
Həm arxayın,həm təlaşlı bir varıığam ağır daşlı, ya–istək kimi qalaydım, ya da o vaxt yaranaydım; Nizamidən bir az əvvəl, Füzulidən xeyli qabax. O zaman ki,Şairlərin matəmində mollalarin duasından çalınardı təbil qabax– o zamanlar, Min il qabax…
“İnsanlar möhkəm iradəyə sahibdirlər. İnsanlarının möhkəm iradə, səbr, əzm və inamı bütün yer üzünü bu bəladan xilas edəcəkdir!” Bu cumlələr Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni-yeni yazıları ilə oxucuların rəğbətini qazanan yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Qoca Loğman” hekayəsindəndir. Dünyda tüğyan edən, can almaqda davam edən yeni koronavirus infeksiyasının qarşısının alıması üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir. #Evdəqal çağrışına dəstək olaraq yeni yazılan hekayə kiçikyaşlı oxuculara təqdim olunur. Hekayə maraqlı sonluqla bitir: “Çox az bir vaxt keçdi… Həqiqətən də Günəş elə şölə saçdı ki, Loğmanın dedikləri həqiqətə çevrildi”. Hekayəni aşağıdakı linkdə oxumaq olar:
“İnsanı ömründə peşmançılıq əzabı qədər daxilən tərbiyə edən başqa bir hiss yoxdur”. Fridrix Şiller
Ağır müharibə illəri idi. Kəndin başı papaqlılarını aparmışdılar davaya. Yaşayış gündən-günə çətinləşirdi. Gülpəri arvad beş balaca-balaca uşağı ilə qalmışdı kiçik bir damın altında. O, səhərdən axşama kimi işləyir, toyuq-cücə bəsləyir, bir də olmazın əziyyətə qatlaşaraq iki inək saxlayırdı ki, körpələrinə süddən-qatıqdan yedizdirə, onları bir yana çıxarda bilsin.
Gülpəri
çox zirək və ağıllı qadın idi. Allah baisin evini yıxsın, müharibə olmasaydı,
əri Həsrətlə necə də xoşbəxt idilər.
Kəndə
mal-qara oğrusu dadanmışdı. Həftədən, iki həftədən bir kiminsə qoyun-quzusu,
kiminsə danası, ya da inəyi oğurlanardı. Danışırdılar ki, oğru silahlıdır. Ona
görə də axşam düşən kimi hamı həyətin darvazasını, evin qapısını bərk-bərk
bağlayıb Allaha dua edirdi ki, oğrunun yolu bağlansın, onlara dəyib-dolaşmasın.
Gecədən
xeyli keçmişdi. Gülpərinin üçüncü uşağı, altı yaşlı Ağaverdi anasını
silkələdi. Gülpəri yorğun gözlərini güclə açıb:
–Nə olub, bala, niyə yatmırsan?
–Ana, bayıra çıxmaq istəyirəm.
–Axşamdan o qədər su içirsən ki, – ana
deyindi –dur gedək.
–Oğru nə gəzir, ay bala, it-pişikdi –demişdi ki, Gülpərinin gözləri tövlənin
yanındakı qaraltıya sataşdı. Qaranlıq olsa da, qaraltının adam olmasına
şübhə yox idi.
Gülpərinin
beynindən bircə anda yüz fikir keçdi. Qışqırmaq, qarğımaq yersiz olardı. Özünü
güclə ələ alıb:
–Bala, sənin gördüyün oğru deyil, dayındı. Dayın insaflı adamdı.
O, inəyin birini aparacaq, birini bizə saxlayacaq, – deyib
oğlunun əlindən yapışaraq sürətlə evə girdi.
Qəribağa
neçə illər idi ki oğurluq edirdi. Həmişə onu üzünə də, arxasınca da
söymüşdülər, qarğış etmişdilər. Heç kimə məhəl qoymamış, heç kəsə cavab
verməmişdi. Amma onların söyüş və qarğışları Qəribağanı oğurluğa daha da
həvəsləndirmişdi.
Bu
gecə isə onu oğurluq vaxtı görən bir qadın “insaflı adam, “uşaqların
dayısı” adlandırırdı. Bəlkə də… O, insaflı adam ola bilərmi? ”İnsaflı
adam”, necə də gözəl səslənir. Yox, yox, mən insaflı adam
olacağam”. Qəribağa tövlədən uzaqlaşdı. O, ürəyində indiyə kimi etdiklərinə
görə qəribə bir hiss keçirdi. Bu peşmançılıq hissi idi.
Gülpəri
səhərə kimi yata bilmədi. Sakit-sakit ağladı ki, uşaqları
oyanmasın. Sübh tezdən Gülpəri tövləyə getdi. Ümidsiz-ümidsiz tövlənin
qapısını açdı və gözlərinə inanmadı… Hər iki inək tövlədə idi.
“Şəhərəgəldiyim
heç iki il də deyil. Şükür Allaha, özümə görə qazanmışam. Balaca
dükanım da var. Bir qədər də pul toplamışam. Allah qoysa, bu gün-sabah ev
də alaram. Atam deyirdi ki, şəhərdə yaşamaq, işləmək çətindi. Ora bizim kənd
deyil. Bakıda hər cürə adamlar var. Həmişə ayıq-sayıq ol. Vallah,
Bakı bizim kənddən də sakit yer imiş. Heç bizim kənddəki dələduzlar burada
yoxdu”.
–Qardaşoğlu, olar bu tarı bir-iki saatlığa yanına qoyum?—Əlli-əlli beş yaşında
üzündən mehribanlıq yağan bir kişi Güləddini şirin xəyaldan
ayırdı. –Xəstəxanaya gedirəm, qardaşım ağır xəstədir. Ona baş çəkib
gəlirəm.
–Niyə
olmur, əmi, arxayın olun. Verin mənə, qoyum göz qabağına. Nə vaxt gəlsəniz,
götürə bilərsiniz.
Güləddin
tarı alıb piştaxtanın arxasındakı masanın üstünə qoydu.
Güləddinin
dükanı şəhərin mərkəzində yerləşdiyindən tez-tez bura əcnəbilər də gəlirdi.
Dükana bir azərbaycanlıyla görkəmindən ingilisə oxşayan bir nəfər şəxsin
girməsi də onu təəccübləndirmədi. İngilis heyranlıqla tarı göstərib nəsə
dedi
Tərcüməçi:
–Cənab Karl tarla maraqlanır. Məşhur biznesmendi. Dünyanın hər yerində iri
müəssisələri var. Bizim musiqinin vurğunudur.
Güləddin,
–buyurun, baxın, – deyərək tarı ingilisə uzatdı. İngilis tarı əlinə
allıb o üzə, bu üzə çevirdi. Simlərini əli ilə danqıllatdı, pərdələrinə əl
gəzdirdi, aşıqlarına barmağı ilə toxunub öz dillərində nəsə dedi.
–Cənab Karl tarı almaq istəyir, –tərcüməçi üzünü Güləddinə çevirdi.
Güləddin
“Tar satlıq deyil, əmanətdir. Sahibi indi gəlib aparacaq.”
Tərcüməçi
tarın əmanət olduğunu ingilisə başa saldı. İngilis nəsə dedi və tərcüməçi
əcnəbinin tara iki yüz dollar vermək istədiyini söylədi.
–Dedim sata bilmərəm, əmanətdir.
–Bəlkə, beş yüz dollar? –ingilisin tərcüməçi vasitəsi ilə satıcı ilə
dialoqu davam etdi.
–Tarı qaytarın mənə, satmıram, vəssalam.
–Min dollar verirəm.
–Satmayacağam.
–İki min dollar.
Tərcüməçi
az qala yalvararaq:
–Eloğlu, görürəm yaxşı oğlansan. Cənab Karl da sənin etibarına heyran
qalıb. Şəhərdə çoxlu tar görsə də, qəlbinə bu tar yatıb. Lap sənə dörd min
dollar da verər. Tarı sat bizə. Al bu min dolları beh kimi. Üç min dolları
da günün axırına kimi gətirəcəyəm. –O, əlindəki on dənə yüzlük dolları
Güləddinin ovcuna basdı. –Xeyirli olsun.
Müştərilər
dükandan çıxsalar da, Güləddin yerində donub qalmışdı. O, nəyə görə razılıq
verdi. Birdən nə isə qiymətli bir şey tapmış kimi qışqırdı.
–Tapdım, əla.
Bir
az keçmiş tarın sahibi qayıtdı.
–Allah köməyin olsun. Tarı ver gedim.
–Əmi, tarı satın mənə də. Nə qədər istəsəniz pul verərəm, –Güləddin dedi.
–Bala,
musiqi alətləri mağazasında kefin istəyən qədər tar var. Get, onlardan hansını
istəsən al. Bunu isə satmıram, atamın yadigarıdır.
Bir
az əvvəl ingilis Güləddinə necə dil tökürdüsə indi Güləddin tar sahibini elə
yola gətirmək istəyirdi. Çox çək-çevirdən sonra Güləddin istəyinə çatdı.
İki min dollara razılaşdılar. Karldan aldığı min dolları özünün yığıb
topladığı min dolların üstünə qoyub verdi tar sahibinə.
Yaman
sevinirdi. Bir neçə saatın içində iki min dollar düşürdü qabağa. Bir azdan
tərcüməçi pulu gətirəcək. Doğrudan da, adamınkı gətirəndə gətirir.
…Amma
Güləddin bilmirdi ki, onunku gətirməyib. Üç nəfər fırıldaqçı kənddən gəlmiş
oğlanı aldadaraq aylarla zəhmət çəkib qazandığı min dolları əlindən alıblar.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bugünədək bir çox tanınmış şair və yazıçılar qoşularaq, əsərlərini təqdim etmişdilər. Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) bu mövzuda bir neçə gün əvvəl də şeiri ilə aksiyaya qoşulmuşdur. Karantin rejimi davam etdiyi üçün və mövzu aktual olduğundan şairin növbəti şeirini oxuculara təqdim edirik.
EVDƏ QAL EE, EVDƏ QAL! Anlamırıqmı hələ, hansı bəla tuş gəlib?! Xanə xərab etməyə bir yeni bayquş gəlib! Vermiş ona canını, çoxları bihuş gəlib! Ya iliş o dərdə sən, gəl, bizi də dərdə sal, Ya sözə bax, millətim, evdə qal ee, evdə qal!
Əlbir olaq, ay balam, tez bitirək bu işi, Yaxşı sabunlan canım, eylə bu cür vərdişi, Baxma mənə qıyğacı, gülmə yenə kişmişi, Yolxucuya tuş gəlib, olmayasan halbahal, Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Çox deyirik, bir çoxu amma bəla sanmayır, Guya zarafatdı bu, hər sözə aldanmayır, Hər nə qədər başə sal, anlamayır, qanmayır, Fərq eləməz ki ona, beynin apar – zurna çal! Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Kimdisə, icad edib, guya həmin virusu, Bəlkə bu bir qurğudur, kimsələrin qurğusu! Vəlvələmi, zəlzələ, fərq eləməz doğrusu, Gər ilişirsə sənə, çarəsini tap, sağal, Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Dostlarımız öyrənib, yazdı o gün çarəsin: Ağlı olanlar baxıb bir balaca dinləsin, Meyvə, tərəvəz yeyib, zəncəfili çeynəsin! İsti suya soda qat, həm də limon doğra, sal! İç onu, ey millətim, evdə qal ee, evdə qal!
Hər kəsi quc-quc edib, vermə daha əl-ələ, Bir belə maç-maç nədi, busələri ləğv elə, Köksüvə qoy əlləri, təzim elə, bax, belə! Kimsəni çimdikləyib, salma daha qalmaqal, Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Bəxtimizə gün doğar, həm bu bəla yan keçər, Bax bu çəmənikdə o güllər açar tazə, tər! Tazə gülüstanda həm də Ələmi bəxtəvər Badəsini qaldırıb, şer oxuyar dalbadal, Amma, gülüm, get hələ, evdə qal ee, evdə qal!
Həsən kişinin iki ekiz oğlu var idi. Oğlanlardan birinin adı Musa, o birininki İsa idi. Bu əkizlər o qədər oxşayırdılar ki, onları fərqləndimək belə çox çətin idi. Qohum-qonşu uşaqları ayıra bilmirdilər. Lap kiçik yaşlarından İsanın sakit və ağıllı, Musanın isə dəcəl və qoçaq olduğu bəlli oldu. İsa və Musa böyüyüb məktəbə getdilər. Həmin gündən valideynlər də çaş-baş qaldılar. Müəllim xəbər göndərdi ki, İsa çox şuluqdu, uşaqlarla dalaşır, Musa isə, maşallah, çox ağıllıdır. Ata-ana görürdü ki, İsa bütün günü çalışır, dərslərini hazırlayır, amma Musanın gündəliyinə “beş”lər yazılır. İllər keçdi, uşaqlar böyüdülər. İsa həm özünün, həm də Musanın əvəzinə ali məktəbə imtahan verdi. Qardaşlar təhsillərini başa vurdular. Hərəsi bir peşənin sahibi oldu. Musa neftçi- mühəndis, İsa avtomobil mütəxəssisi kimi işləməyə başladı. Musa yeri gələndə İsanın adından istifadə edir, lazım olanda gördüyü günah işləri İsanın üstünə atmaqdan da çəkinmirdi. …Musanın toyu idi. O, tay-tuşlarını xeyir işə dəvət etmişdi. Dostlarının toyunda yeyib-içən, onlarla duzlu-məzəli zarafat edən Musa başa düşürdü ki, qonaqları ondan “hayıf” çıxacaqlar. Ona görə də ustalıqla aradan çıxıb qonaqların yanına qardaşını göndərdi. İsa qonaqlarla mehribanlıqla rəftar edir, deyib-gülürdü. Qədəhlər dolub-boşalır, bəyin sağlığına badələr qaldırılırdı. Üçüncü badədən sonra qonaqlardan biri – baməzə Nadir özünü saxlaya bilməyib: –Ayə, Musa, axı sən bəysən. Elimizin adətinə görə bəy toy günü az içməlidir. Bizi biabır etmək istəyirsən? –Nadir, mən Musa deyiləm, İsayam. Elə bu an Musa göründü: –Necədir, Nadir? Qardaşım mənə çoxmu oxşayır? –deyib qəh-qəhə çəkdi. Məclisdəkilər Musanın qəh-qəhəsinə qoşuldular. Musagilin yaşayış yeri ilə işlədiyi qəsəbə arasında xeyli məsafə var idi. Xidməti maşın olmadığından Musa bu yolu gedib gəlməkdə həm çətinlik çəkir, həm də xeyli pul xərcləyirdi. Elə oldu ki, İsa da həmin qəsəbədəki sürücülük məktəbinə müəllim təyin olundu. İsa işinə can yandırır, şagirdlərinə diqqət və qayğı göstərirdi. Musanın Allahı vermişdi. Hər gün dayanacaqda gözləyərkən avtomobil sahibləri onu çağırıb: –İsa müəllim, buyurun əyləşin, gedək, – deyirdilər. Bu avtomobil sahibləri sürücülük məktəbində daha yüksək dərəcə almaq istəyənlər idilər. Onlar Musanı İsa müəllim hesab edir, ona hörmət və nəzakət göstərirdilər. Musa xoşhal olur, sürücülərin “İsa müəllim“ müraciətinə “bəli” deməklə kifayətlənirdi. Evlərinə çatdıqda özündən razı halda bic-bic gülümsünərək İsa ilə ekiz olduğuna görə çox sevinirdi. Lakin İsadan bəzi şagirdləri narazı idi. O, güzəşt etməyi sevmirdi və istəyirdi ki, sürücülər öz ixtisaslarına mükəmməl yiyələnsinlər. Kərim adlı sürücü yüksək dərəcə almaq üçün dəfələrlə imtahan vermiş və hər dəfə də İsa müəllimdən “iki” almışdı. Kərim qət etmişdi ki, İsa müəllimdən qisas alsın. Fürsət axtarırdı ki, onunla hesablaşsın. Nəhayət, bir gün dayanacaqda Musanı görüb səslədi: –İsa müəllim, gəlin, gedək. Musa ərklə maşına mindi. Bir qədər getdikdən sonra Kərim: –İsa müəllim, necəsiniz, işiəriniz necə gedir? –Sağ olun, – Musa cavab verdi. –İsa müəllim, ”avtoşkola”da nə var, nə yox? –Hər şey yaxşıdır. –İsa müəllim, bəs məni niyə get-gələ salırsan? -Kərim avtomobilin əyləcini elə basdı ki, Musanın başı maşının qabaq şüşəsinə dəydi. – Burada sənin aşının suyunu necə verərdim? Onda bilərdin ki, adam incitmək necə olur. – Məən, məəən… Musanın dili topuq çaldı. Tez maşından düşdü. Kərim ədəbsiz küçə söyüşləri işlədərək maşını sürətlə uzaqlaşdırdı. Küləkli, yağmurlu havada kimsəsiz küçədə kədərlə dayanan Musa ömründə ilk dəfə idi ki, İsayla ekiz olduğuna görə bəxtini lənətləyirdi.
Otağımızın qapısı döyüldü. – Buyur, gəl,- dedim. Oqtay idi. Həmişəki kimi “Bir atım çayınız olmaz?”- soruşdu. Çay qutusundan dəftər varağına bir qədər çay tökdüm, verdim Oqtaya. ”Sağ olun”-deyib çıxdı. Otaq yoldaşlarım Zabitlə Nahid bir-birinə baxıb güldülər. –Ayə, bu Quruçay – Oqtayı öz aramızda belə çağırardıq –lap bizi təngə gətirib. Axşam-sabah, hər gün çaya gəlir. Adam da utanır, ”yoxdu” deməyə. Biz də tələbəyik, çayı havayı almırıq ki… Zabit deyindi. Nahid: –Siz “Hə” deyin, mən ona çay istəməyi tərgitdirim. –Tərgitdirə bilirsən, tərgitdir də. – Mən gülümsündüm. Səhəri gün Nahid bir qutu bahalı Seylon çayı aldı. Qutunu boşaltdı boş bir qaba və gülə-gülə: –Bu qutuda Oqtay üçün çay tədarük edəcəyik. Həmin gündən etibarən hər dəfə çayniki təmizləyəndə işlənmiş çayı yığaraq başladıq qurutmağa. Nəhayət, çayın hamısı içilib qurtaranda boş qutu da doldu. Nahid çay qutisunun ağzını səliqə ilə yapışdırdı: –Bu, Oqtayın çayıdır. Nə vaxt gəlsə, verin ona. …Sabahkı dərslərimizi hazırlayıb yatağımıza yenicə girmişdik ki, Oqtayın səsini eşitdik: –Mənə bir atım quru çay verin. –Şkafı aç, yuxarı gözdəki çayı götür-Nahid dilləndi. –Hamısını? –Hə, hamısını. Bizim var. –Sağ olun, əla. Qonağım gəlib. Lap yaxşı oldu, sizin sağlığınıza bala-bala içərik. Gülməkdən özümüzü güclə saxlamışdıq. Oqtay çıxdı. Bir daha onu qonşulardan quru çay istəyən görmədik.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Əl açdım əyildim Namaza min yol, Razımı Allahım bəndəliyimdən. Peyğəmbər eşqinə əyildim öldüm, Mən yandım kül oldum yandım o, gündən.
Quranı üç öpüb alnıma qoydum, Yuxumda kəbəni bir yol da keçdim. Haqq dedim, yüyürdüm mən haqqa döndüm O,suru o,nuru içdim mən içdim.
Göz açdım səhərlər əzan səsində, Həmd olsun min şükür bu günü açdıq. Mən qorxdum çəkindim yanlışlarımdan Yalandan, riyadan biz elə qaçdıq .
Adəmi həvvası, sonrası bizdik, Yenildi nəfsinə bax,onda insan. Cənnəti yox bilib çoxda ki keçdik Unutduq olmadı, unutduq o, an.
Nə oldu bir əsri bir belə keçdik, Günahı, savabı gec amma bildik. Sığındıq o nura bağışla Allah, Doğluduq bir öldük torpağa döndük
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Qasımov Astan Zakir oğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Sevinc bizdən uzaq idi, Kədərin də üzü döndü. Bumeranqdır sanki həyat, Nə etdiksə,bizə döndü.
Haqq yoluna üz qoyduq. Yaramıza duz qoyduq. Qəlbimizə buz qoyduq. Buz bir anda közə döndü.
Günah da yük,savab da yük. Qələm balta,vərəq kötük. Günahları edam etdik. Savabımız sözə döndü. 09.04.2020 Nemət Tahir
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Cənnətmi, anamın ayağı altda, Gündə min yol öpür əyilirəm mən. Saçın da ağ gəzib üzüldüyüm də, Qayğında bir ölüb dirilirəm mən.
Nurundan pay aldım a mehribanım, Duan da varlığım əzbərə döndü. Zakirin durnası köçüb gedəndən Eşqimin alovu o gündə söndü.
Başımı sığalla bir yol sığalla, Ölüm cənnətin də qoy ölüm ana. Nə yazdım, nə bildim hansı sualla, Dil açım danışım, qayıdım ana.
Bir ağız çağır ki yüyürüm gəlim, Mən haqqdan yoğrulub haqqdan gəlmişəm. Açıldı Allaha gecələr əlim, Cənnəti ay anam səni bilmişəm.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Uzansam gecələr çəkilməz olmur, Yuxular gözümdən tez uzaq düşüb. Pəncərəm toz basıb gedəndən elə Mən yazıq, sən ölü eşqimiz qalıb.
Bir eşqin adından yazdım eşitməz, Ay da şahidliyə yaxına durmaz. Bir susdun göründün yox oldun yenə. O gündən saatlar dörd beşi vurmaz.
Günəş də oyatmır səhərlər məni, Dururam bir uşaq səsinə onda. Uzansam çəkilmir günlər çəkilmir Bir nöqtə vergülsüz bitərmi sonda.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası keçirərək, koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir. Növbəti yazar, kitabxananın Fəxri oxucusu uşaqlar üçün hekayələr, nağıllar yazan Xanım Mehdixanlı (Xanımbacı Məlikzadə) “Ana təbiətin qəzəbi” hekayəsini oxuculara təqdim edir. Hekayədə cəmiyyətdə baş verən hadisələr təbiət, dəryaların şahzadəsi, meşə, torpaq, heyvanlar və Günəşin dilindən verilir. Müəllif son günlərdə yayılan virusu insanların təbiətə müdaxiləsinin cəzası kimi göstərir. Qeyd edək ki, Xanım Mehdixanlı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, ADMİU-nu kultroloq ixtisası üzrə magistr pilləsini bitirib. O, 2016-cı ildən AYB-nin üzvüdür. Bu yaxında bir roman və bir povestdən ibarət kitabı çapdan çıxıb. Hekayəni aşağıdakı linkdə oxuya bilərsiniz:
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Bəlkə də bu boyda haq etməmişdim, Ağlasam gözüm də yaşı silən yox. O, sevdi o, gördü o, da bitirdi Hələ mən getməmiş bitirməmişdim.
Getdimi, ömrümün payızı qaldı, Bir bahar qəlbimin üstünə qoydum. Nə oldu, elə bir çətin sualdı Çox içdim bu eşqə elə ki doydum.
Biraz payıza döndüm Bahara bir addım qalmış. Ocaq ocaq bir yol söndüm. Bitirdiklərim bitməmiş qalacaqmış.
Dayandım o getdi baxdı o getdi, O, günü tarixə bir xəttlə yazdım. Bir dua göylərin yolundan ötdüm Bir eşqliq yolumu yenə də azdım.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Sevdinsə Canın yanar Uzaqlar gözündən Asılı qalar. Nə gedən qayıdar, Nə gələn səni onu tək sevər, Bir bahar yox olarsan, Bir payız saralarsan. Bir yaz yağışlara qarışarsan, Sevdinsə Canın yanar… Bir yol yorularsan Bir yol o eşqə asılı qalarsan, Şəhər-Şəhər unudarsan, Hər gün biraz unudarsan Nifrətin də ölən günlərin Acısın da qovrularsan. Sevdinsə Canın yanar… Nə gələcəyə inamın qalar, Ölümə hər gün biraz yaxınlaşarsan, Dəyməzmiş amma… Bir eşqin acısı çox ağır oldu, Hər gün biraz biraz bitirdim səni. Nə susdum, nə dindim bir şəhər yenə, İtirdim itirdim, İtirdim səni.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazəçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir. Kitabxana bu qorxunc virusa qalib gəlmək, yoluxma riskini azaltmaq üçün Umumdunya Səhiyyə Təşkilatının (ÜST) #Evdəqal çağrışına dəstək olaraq oxuculara evdə qalmağı tövsiyə edərək, virtual xidmət edir. Bu dəfə Azərbaycan Yazışılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, “Fəxri mədəniyyət işçisi” döş nişanına, “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diploma, “Vətən”, “Məhsəti” mükafatlarına layiq görülmüş, 11 bədii-publisistik kitabın, 100-dən artıq elmi-publisistik məqalənin müəllifi, 9 biblioqrafik məlumat kitabının tərtibçisi, onlarla kitabın redaktoru Xuraman İsmayılova aksiyaya qoşularaq “Dua edək” şerini təqdim etmişdir. Şeri oxuculara təqdim edilir. Dua edək Heç bir gözlə görülməyən, Əllə tutula bilməyən, Kiçicik bir nöqtə qədər Bəla gəldi Yer üzünə. Silkələdi, alt-üst etdi millətlərin həyatını, Buxovladı dünyamızın ömr atını. Pozdu bəşər övladının növrağını, büsatını. Düşündükmü, nədən oldu? Axı, bütün bəlaların özəyini, özülünü İnsan oğlu əllərilə özü qoyur. Görən hansı xətamızın bəlasıdır çəkdiyimiz? Ey amirlər, əmr edənlər! Yer üzünə, bu dünyaya sahib olmaq istəyənlər Bir düşünün, bir daşının, Nöqtə boyda bir virusa əlac tapa bilmirsiniz. İnsanlığı məhv eyləyən silahları yaradanlar. Bir silah da indi tapın, Bəşəri bu bəlalardan xilas edin! Bəlkə Tanrı qəzəbidir gəldiyimiz? Bəlkə Tanrı görk eyləyir. Bizə deyir görün, baxın, İddiası böyük olan, mənəm-mənəm deyənlərə, Bir nöqtənin qarşısında acizcə baş əyənlərə. Gəlin, tövbələr eyləyək, Tanrımızdan əfv diləyək, Səhər-axşam dua edək: Ey dünyanın, Yer üzünün tək memarı Ulu Tanrım! Bu bəlanın əlacını göndər bizə! Bu müşkülün, bu sualın, Bu sınağın, imtahanın Cavabını göndər bizə! Sənə açılan əllərin, dua eyləyən dillərin Muradını göndər bizə! Ey Allahım, gözəl Rəbbim! Qəbul eylə duamızı, Savabını göndər bizə!
“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi və Könüllülər ili çərçivəsində Gülarə Munisin növbəti şeiri
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” könüllülər aksiyası davam edir.
EvdəQal çağrışına dəstək olan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis yeni yazdığı “Sabun və dəsmal” şeirini təqdim edir. Şeirdə uşaqlara təmizliyin vacib amil olduğunu bildirilir. Dəsmalın dilindən təmizliyin duşmənə qarşı ən böyük silah olduğu vurğulanır.
Şeir “Kitabsevər uşaqlar” Facebook və eyni adlı kanal vasitəsi ilə dünyada yaşayan azərbaycanlı uşaqlara da çatdırılacaq.
Şeir şəkillərlə aşağıdakı linkdə:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/602017500.pdf
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Doğmalar içində bir yadam mən. Sanki yaddan çıxıb,unudulub xatirə dəftərinin vərəqləri arasında qurumuş gül ləçəkləri… Dərdlərimi çətir etdim başıma. döyəcləyir yaz yağışı. Öz əlimlə ağı qatdım aşıma. Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı. Yaralı budaqlar sərilib yerə, Əlimdə ağlayır nar çiçəkləri… Dua etdim üflədim ovuclarıma. Uça bilmədi… Arzularım,istəklərim,diləklərim qanadları islanmış may böcəkləri… Qar yağır varlığıma. Ruhumda fırtınalar,tufanlar İçimdə şaxta,sazaq. Ürəyim buz bağlamış bir qaya. Boynubükük ümidlərim günəşə boylanan qar çiçəkləri… Nemət Tahir
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Qəlbim yara, gözümdə yaş, Duz yaranı göynədərmi? Könlümdə buz, sevgim atəş. Od buzları əridərmi?
Öz qarğışım tutub məni. Dost nəfsinə satıb məni. Kor quyuya atıb məni, Haqq səsimi eşidərmi?
Şaxta vurmuş ürəyimi Daşa dönmüş diləyimi Xəzan olmuş gəncliyimi, Qış günəşi isidərmi?
Sevgi yaşadar insanı, Kindən,kinfrətdən yıxılar. Aşkar olandan sarsılmaz, İnsan qəflətdən yıxılar.
Doğru sanmam gördüyünü, Fikirlərim cin düyünü, Azalıbdır toy-düyünü, Dünya matəmdən yıxılar.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
QOCALIR
Zaman tələsdirir qovur insanı, Baxıb bu həyata dövran qocalır. Duyub düşündükcə ömrün sonunu, Saçları ağarır, insan qocalır.
Həyat insanların üstünə cumur, Əl əli yuyanda əlüzü yumur. Görən bu həyatda insan nə umur, Baxıb min arzuya güman qocalır?!
Əyrini düz sayır, düzü də əyri, Allah cüt yaradıb “Şəri və xeyri”. Bircə bu dünyada yalandan qeyri, İnsana baş əyən zaman qocalır.
Bəşər yox olubdu qandal qolunda, İblislər əyləşib sağı-solunda, Həyatın çıxılmaz çətin yolunda, İnsanı dərk edib qanan qocalır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
ALA YURDUMU
Gülü dərilməyib təzə tər qalıb, Ürəkdə nisgil var dərdi sər qalıb. Düşmən tapdağında Kəlbəcər qalıb, Bir oğul gəzirəm ala yurdumu, Səliqə səhmana sala yurdumu.
Lənət o anlara, lənət günlərə, Dilə gəldi o gün o dağ, o dərə. Əldən getdi Ağdam, Laçın, Ağdərə, Bir oğul gəzirəm ala yurdumu, Səliqə səhmana sala yurdumu.
Dərbənd rus əlində, Şuşa dığada, Füzuli, Cəbrayıl qalıb yağıda. Gör kimlər oynadır at Qubadlıda?! Bir oğul gəzirəm ala yurdumu, Səliqə səhmana sala yurdumu.
Ruhumu incidir Qazan Bayandur, Deyir oğuz oğlu qalx ayağa dur. Çağırır Xocalı, Göyçə, Zəngəzur. Bir oğul gəzirəm ala yurdumu. Səliqə səhmana sala yurdumu.
Hər şeyin öz adı var öz adında. Xocavənd, Xankəndi qalsın yadında. Silinməz iz qoysun qoy yaddaşında. Bir oğul gəzirəm ala yurdumu, Səliqə-səhmana sala yurdumu.
13 mart 2020-ci il tarixində saat 15:00-da Bakı şəhər Mədəniyyət Baş İdarəsi İnstagram-da mənimlə oxucularımın, kitabsevərlərin canlı görüşünü təşkil edir. Sizləri yayıma qoşulub maraqlandığınız bütün suallara cavab almağa dəvət edirik! Maraqlı olacaq!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
* * *
bircə ovuc göz yaşısan… haramdı gözəlliyin… Bilirmi məni yaradan, xoş günümün baş daşısan? ayparam… ciyərparam… addımlarım izlərinin fədaisi… Uçuq-sökük arzularım eşqin ən ibtidaisi… o vaxt bu cür sevərmişlər… “Yarı zormuş, yarı xoş…” Ayrılanda ölərmişlər… İndi ayrılanlar sərxoş…
*** Sən gedən yollara elə söymüşəm… Abrı olsa, bir də adam aparmaz… Özümü həsrətlə elə döymüşəm… Abrım olsa, Bir də könlüm eşq doğmaz… Sən vardın… Göylərə bir əhdim vardı; Hər səhər duamı gülə bələrdim… Tanrı əmanəti bir ömür vardı Getdin, o ömrü də külə döndərdim…
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
MƏNİM YARIMÇIQ ŞEİRİM…
Dağınıq fikirlərim kimisən bu gün yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə, başqa aləmdə… İş masamın üstünə düzülüb xəyalların… Bütün kağızların bir tərəfində sənin şifrələnmiş adın, bir tərəfində mənə aid cızma-qaralar… Eynən duyğularım tək qarma-qarışıq… Yağış döy ən pəncərəmdə görünür bir ara üzün, Diksinib baxıram… “yanıldım” yenə o hüzn…
Bir tərəfdə sırf özəl əşyalar, gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar… Soldakı çərçivədə rəsm – sonuncu xəyal, kiçik bir ailə, kiçik ev, məsum uşaqlar… Önümdə yazdığım bir neçə sətir – hələ tamamlanmamış yarımçıq şeir… nədənsə istəmirəm sonuncu cümləni yazmaq… dağınıq fikrilərim kimisən bu gün yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə , başqa aləmdə… Sən mənim yarımçıq şeirim kimisən heç vaxt son cümləsi yazılmayacaq…
2011
Çıx get ürəyimdən
Gəl çək öz köçünü duyğularımdan, Çıx get ürəyimdən,daha sevmirəm. Yuxuydun yox oldun sən həyatımdan, Çıx get ürəyimdən,daha sevmirəm.
Döndün ümidimin göz yaşına sən Aldandın kiminsə göz-qaşına sən. Köçdün taleyimin yaddaşına sən, Çıx get ürəyimdən,daha sevmirəm.
Sevmək,sevilmək də yalanmış demə Sevgin özü boyda yükdü qəlbimə, Sən layiq deyilsən mənim sevgimə Çıx get ürəyimdən,daha sevmirəm.