Tag: “Poeziyamızın parlaq sənətkarı – Bəxtiyar Vahabzadə”

  • “Poeziyamızın parlaq sənətkarı – Bəxtiyar Vahabzadə” Oğuzda

    Oğuz rayonunda Şəki – Zaqatala Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi B.Vahabzadənin 100 illiyinə həsr olunan “Poeziyamızın parlaq sənətkarı – Bəxtiyar Vahabzadə” layihəsi çərçivəsində ədəbi-bədii gecə keçirilib.

    Tədbir dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

    Ədəbi-bədii gecədə Oğuz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib.

    Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə dahi şair B.Vahabzadənin şeirləri fəal oxucuların ifasında dinlənilib, UGİM-nin rəqs qrupu maraqlı rəqs nömrəsi ilə çıxış edib. Eyni zamanda Mədəniyyət Mərkəzinin əməkdaşları, oğuzlu müğənnilər “Zirvə” ansamblının müşayiəti ilə şairin sözlərinə bəstələnmiş musiqi nümunələri ifa ediblər.

    Çıxış edənlər B. Vahabzadə yaradılıcığı haqqında danışıblar. Sonda xatirə şəkli çəkilib.