1533150_672733326111760_899121006_n

(Həyati bir hekayə, olmuş bir əhvalat, 80 yaşa yaxın ahıl bir babanın dedikləri)

Qızım, sənin nur saçan, bu mələk çöhrən mənə
Elə əziz gəlir ki……
Elə bil, haradasa dəqiq görmüşəm səni…
Elə bil ürəyimə yaxın bilmişəm səni….
Elə bil ki, leysanlı, çiskin payız gecəsi,
Qaranlıq gümanıma günəş bilmişəm səni…
Qızım bu bağa girmə…
Bilmirsən axı qızım, bu bağa kimlər girir,
Kimlər çıxır bu bağdan?!
Yəqin inanmısan sən,
O insanın iblistək verdiyi vərdlərinə,
Ey mələksima qızım,
Amma bələd deyilsən, onun əməllərinə!!
İnanmısan sən onun saxta şirin dilinə!!
Qızım, girmə bu bağa….
Bu bağın bağbanıyam,
Qoca, ahıl insanam.
And olsun tək Allaha,
İndiyədək buraya gələn bir kimsəyə də,
“Qurtul” deməmişəm mən,
Elə bildim Aysan sən,
Başdan –başa nursan sən!!
Qurtul qızım, qaç qızım….
Sənin gələcəyin var,
Günəştək nur saç qızım.
Noolsun, imkanlıdı?
Həm də ki, arxalıdı?
Neçə qadının gözü yaşlı qalıb a qızım,
İnandığın o insan,
Neçə qızı bu bağdan yola salıb, a qızım!!!
Qaç get qızım….
Nə qədər ki gec deyil,
Qurtul qızım, nə qədər ki, gec deyil!!!