f

Bir payız yağışı yağır eşikdə
Ruhum xəyalına qoşulub gedir
Üşüyən körpə tək soyuq beşikdə
sevgin ürəyimdə sanki dövr edir…

Darıxır gözlərim, titrəyir əlim
susur səssizlikdə danışan dilim
sanki dünyamdakı o boş mənzilim
sənidə qapıdan qovlayıb gedir…..

İtmiş xəyalına qonaqdır yağış
üzündəki gülüş mənədə tanış
səndə ürəyinlə vicdanla danış
soruşki mən onu o kimi sevir?

Cavabı nə olsa qanedir dilək
kaş sonsuz yollar tək sevib sevilək
yazda qönçə olmuş payızda kövrək
ruhum xəyalınla sanki rəqs edir….

Dinləyib yağmurun həzin səsini
qucub əlləriylə əziz kəsini
sənin götürdüyün sənin bəsinmi?
Bir düşün o anda kim necə sevir?……..

Fidan bu mənzərə kövrəltsə səni
yanına çağırma mən adlı səni
ovcunda sıxdığın kövrək qəlbini
burax gör o hansı məkana gedir……